Mirzə Ələkbər Sabir

Mirz601; 399;l601;kb601;r Sabir
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm rıza şapqa qoya başına,
Kafir ola bir nəfər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə!
Bir kərə qan, müxtəsər, oxutmuram el cekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib, uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə,
Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
Indi beş ildir tamam dinimə əl qatmısız,
Sevgili övladımı kafirə oxşatmısız,
Duydum işin sərbəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbrə, – nə ki məktəbə!
Məktəb adın çəkməyin, – mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdir o bildikləri, kaş onu da bilməsə!
Canıma olsun fəda bir də üzü gülməsə!
Ta ki, o zehnindəki fikrləri silməsə,
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Fikrimi verməm əbəs siz kimi nadanlara,
Sövq edəsiz oğlumu bir para hədyanlara,
Çünki xəyanətçisiz cümlə müsəlmanlara,
Mənzilınizdir səqər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

PunishMent

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    PunishMent

    sizi tanimiram.Amma cox xosuma geldiniz.xeber secimde cox superesiniz:

    bele de davam edin!

    COX WUKRLER OLSUN KI, INDI VALIDEYNLERIMIZ SABIRIN O ZAMAN DEDIYI KIMI ETMIR.EKSINE HETTA BESEBES DURARAR OZ OVLADLARINI INGILIS DILI, FRANSIZ DILI VE MUXTELIF XARICI DILLER VE MUSAIR ZEMANEDE LAZIM OLAN YENILIKLERI MENIMSEMIS UCUN ELINDEN GELENI EDIR.
    SABIR SAG OLSA..DEYERDI—EY AZERBAYCAN GENCLIYI MEN SIZINLE FEXR EDIREM!

    XEBERE SUPER IDI.TESEKKURLER!

  2. meymunka dedi ki:

    Obaaaajayu etot stix,sposibo!!!!

  3. L_U_N_A_T_I_K dedi ki:

    indiki Valideyinler ama deyiller

    ushaq menimdir eger oxumasa shille yeyer :)))
    sozlerime baxmasa alninnan tava deyer :)))

    xebere gore cox sagol

  4. Badi_Seba dedi ki:

    coooooooooox tewekkurler..elleriniz agrimasin…Sabir menim en cox sevdiyim wairdi….butun weirlerini beyenirem…

  5. Single Girl dedi ki:

    tewekkurler…indiki zamanda bele wey olar hec 1gun derse getmirsen wuven salirlar:)))

  6. 4Love_Love dedi ki:

    supppper eladir eee o vaxtin serleri