QADIN NIYE XEYANET EDIR AXI???

QADIN NIYE XEYANET EDIR AXI???

Həm kişilər, həm də qadınlar xəyanət etməyə qadir varlıqlardır. Heç bir yerdə “kişiyə xəyanət etmək olar, qadına isə qadağandır” sözləri yazılmayıb. Nəzərə alsaq ki, onların hər ikisi insandır və daim xoşbəxtliyə can atırlar bu zaman xəyanətin də olması tam realdır. Düzdür, statistikaya əsasən kişilər 4 dəfə tez və çox xəyanət edirlər. Qadın xəyanəti isə bir qədər fərqlidir

Qadın xəyanətinin əsas səbəbləri
1. Təbiət etibarılə qadın güclü, ehtiraslı və aktiv kişinin hakimiyyətində olmağa vərdiş alıb. Buna görə də müasir zamanın qadınları daim təşəbbüsü əlinə alan, güclü kişi arzulayır. Bu baxımdan əgər kişinin aktivliyi azalırsa qadında bir o qədər çatışmamazlıq yaranır və o, kənara qaçmağa başlayır. Arxa-dayağı başqa yerdə axtarır.
2. Təbiətən qadın öz övladına yaxşı ata axtarır. Uşağın real həyatda olub olmaması isə önəmli deyil. Qadın ilk növbədə anadır və onun düşüncələri də bu istiqamətdədir. Bəs “yaxşı ata” kimdir? Bu nəinki xeyirxah insandır, həmçinin mənən və fiziki güclü, maddi baxımdan təmin olunmuş insandır. Buna görə də qadınlar varlıların yanına qaçır. Tamahkarlıqdan yox, sadəcə təbiətən özünü beləsinə layiq görür. Bu da qadının instinktindən irəli gəlir və bu instinkt o qədər güclüdür ki, bütünlükdə qadınların dərrakəsinə təsir edir. Bu instinktin özünü büruzə verməməsi üçün kişilər onlardan tələb olunanları vaxtaşırı olaraq öz qadınına nümayiş etdirməlidir. Bu güc, ağıl, məsuliyyət, qayğı, təşəbbüs və məişət stabilliyidir.
Növbəti punkt isə kişilər üçün psixoloji məqamdır.
3. Uzun illər bir yerdə yaşadıqdan sonra kişilər öz qadınına qadın kimi yanaşmır, onların münasibıtlərində romantika olmur, münasibətlər daha çox məişəti xarakter daşımağa başlayır. Nəticədə qadın özünü qadınlıqdan çıxmış hesab edir. Axı qadının xoşagəlmə, arzu olunmaq, təəssürat oyatmaq kimi tələbatı var. Tədricən qadinTədricən qadın özünü lazımsız, tənha hesab etməyə başlayır. Ağlında xəyanətlə bağlı fikirlər formalaşır. Daha yaxşı partnyor axtarışına çıxır. Bununla bərabər şüuraltı olaraq öz ərində mənfiliklər axtarıb tapır, köhnə söhbətlər yenidən gündəmə gəlir. Nəticədə həmin qadın ərinə qarşı mənfi emosional “bomba” hazırlamış olur, istənilən uyğun məqamda isə o, partlayacaq və xəyanət baş verəcək. Buna görə də kişilər unutmamalıdırlar ki, onların yanında nəinki qayğıkeş qadın, uşaqların anası, sözün əsl mənasında qadın var. Hərdən isə qadınlığını ona hiss etdirməlisiniz.
Kişilərlə qadınlarda psixoloji olaraq xəyanət anlamı bir qədər fərqlidir. Kişilərdə həyata keçirmə ideyası qadınlara nisbətən daha tez baş verir. Kişilər xəyanət haqda ilk narazılıqlardan sonra düşünməyə başlayırlar. Təbiətən onlar daha aktivdirlər, buna görə də qərar qəbulu və həyata keçməsi daha tez baş verir. Qadın isə xəyanət haqda çox götür-qoy edir, əzab çəkir və dəqiq səbəb tapır.
Təbii ki, yuxarıda yazılanlar heç də hamıya aid deyil. Lakin statistik göstəricilərə görə qadın xəyanətinin əksəriyyəti bu səbəblərdən baş verir. Bu biliklərdən istifadə edərək qadınlarınızdan diqqəti əsirgəməyin!

aznetin_gozeli

Şərhlər:

  1. SuLiKo dedi ki:

    maraqlidi xebere gore thanks

  2. nilgun dedi ki:

    ahaaa :)))) men Aznetin_gozeli ile tammmm raziyammmm……

    QADININ ETDIYI HER BIR XIRDACA SEHVDE BELE KISI BARMAGI VAR…. mosking

    movzuycunnn cooxxxx sagoollllllllllllllllll :))))))))))))))))))))))))))))))

  3. Admin dedi ki:

    Ehh xeyanet eh (((( Menim Heyatimi mehv eden Aci xeyanet…

  4. GLINKA dedi ki:

    tam raziyam
    qadinlar bize xeyanet edirlerse bizde de gunah var

  5. L_U_N_A_T_I_K dedi ki:

    Sitat: aznetin_gozeli
    piyan o yox, siz qadinlara sehv etmeye serait yaratdiginiz an oiyan olursunuz:)

    Vallah o ne kisiliydi nede qadinlig kisinin qadinin qaninda yoxdusa sef hereket bos seydi hamsi :))) bu sadece menim fikrimdi

  6. Single Girl dedi ki:

    Thanks..:))opucuk

  7. aznetin_gozeli dedi ki:

    L_U_N_A_T_I_K,
    L_U_N_A_T_I_K,
    piyan o yox, siz qadinlara sehv etmeye serait yaratdiginiz an oiyan olursunuz:)

  8. L_U_N_A_T_I_K dedi ki:

    Sitat: aznetin_gozeli
    ONU DA DEYIM KI, QADININ ETDIYI HER BIR XIRDACA SEHVDE BELE KISI BARMAGI VAR(BUNU QADIN BILICISI ONORE DE BALZAK DEYIB).

    o bunu deyende piyan olub sen ona fikir verme :)) xebere gore cox sagol

  9. aznetin_gozeli dedi ki:

    SuLiKo,

    buyur

    ONU DA DEYIM KI, QADININ ETDIYI HER BIR XIRDACA SEHVDE BELE KISI BARMAGI VAR(BUNU QADIN BILICISI ONORE DE BALZAK DEYIB).

    AMMA MENCE ISTENILEN HALDA QADIN XEYANETI QEBULEDILMEZDIR.EGER KISI OZ SEVIYYESINI GOSTERIRSE BU O DEMEK DEYIL KI BIZ DE BUNU ETMELIYIK.HEM DE SERQ ALEMINDE QADININ BU CUR HEREKETI AGLASIGMAZ VE YOLVERILMEZDIR..

    BIZLERDE BELE BIR DYIM VAR DA EL ARASINDA:)

    KISYE OLAR, QADINA YOX.ESLA! MENIM UCUN SEVGIDE QADIN KISI TEREFI YOXDUR,HER IKI TEREF SEVEN TEREFDIR VE IKI TEREFIN DE AD SEVGILIDIR.

  10. fanya_ya dedi ki:

    Chox saq ol xabara gora