Həyat niyə axı..

Həyat niyə axı..

Yalan dolu həyatdan çox bezmişəm. Axıdılan bu göz yaşları insanın qəlbini param-parça edir.

Həyat, 1 günlük xöşbəxtlik verir sonra 40 gün onu burnundan gətirir.
Həyat,səninləyəm: nə istəyirsən məndən?

Mən səndən sadəcə sakitlik istədim. Demədim ki, sakitlik içində mənə hayqırtı ilə içimdə ağlamağı verəsən.
Nə etmişdim sənə? Söylə!

Nifrət edim sənə? Axı mənim qəlbim bunu bacarmır!
Küsüm səndən? Axı mən küsməyi bacarmıram!
Gedim səndən? Axı günah!
De, bəs nə edim? Ümid edim?
Ümid dərmandı, üstündən içdiyimiz su isə zaman.
Zaman öz axarı ilə gedir amma mən dərmanı tapa bilmirəm.
Gözlərimdə bir təbəssüm yaratmışdın. İndi hara apardın? Bir təbəssümü belə mənə çox gördün?

Niyə o gülür mən yox?
Niyə o şən musiqiyə qulaq asır mən isə kədərli?
Niyə ey həyat mənə hər şey verdin amma birtək qəlb rahatlığından başaqa?

Şillə vurdun hər zaman üzümə,incimədim.
Dedim: həyatdı da,döyərdə,söyər də, öpər də.
Bir öpüşü belə mənə çox gördün?

SensizEfirdi

Şərhlər:

  1. meymunka dedi ki:

    Bacishkam cooooox supeeeeeer!!!
    Ehhhhh Heyat heyat!!!

  2. aznetin_gozeli dedi ki:

    SensizEfirdi

    POETIK BAXIMDAN XEBER SUPER.SOZ OLA BILMEZ.ISLEDILMIS MUBALIGE, METAFORLARA, TESBEHLER IDEAL, YERLI-YERINDE ISTIFADE OLUNUB.

    AMMA:)

    AMMASI VAR KI, HEYATA BU QEDER USYANMI OLAR CANIM?)BILIRSNE NECE?BELE SEYLER OLANDA ADI QARSILA, BARIS KI, HEYAT SINAQDIR.SEXSEN MENE LEZZET EDIR.NE QEDER SINANIRMASA O QEDER QUVVETLI OLURAM:)

    P.S.men sayta xeber qoymusdum coxdan idi deysen amma.nagil idi.amma cox ibretamiz bir nagil idi,atanin qizina mesleheti idi.onu tapim sene sexsi mesajda gondetrecem inshaallah oxuyarsan.

    amma xeber poztik baximdan ideal

  3. L_U_N_A_T_I_K dedi ki:

    Şillə vurdun hər zaman ьzьmə,incimədim.
    Dedim: həyatdı da,dцyərdə,sцyər də, цpər də.
    Bir цpьşь belə mənə зox gцrdьn?

    yani indi bele qiz var ? :)))) indiki qizdari doyub soymey olar ? geceynen kisinin yemeyine zeher qatib oldureller ))) xebere gore cox sagol

  4. Badi_Seba dedi ki:

    Coooooox sagol…maraqliydi…

  5. Single Girl dedi ki:

    tewekkurler maraqli idi

  6. girl_from baki dedi ki:

    COX SAG OLUN .NIYE EY HEYAT MENE HER SEYI VERDIN BIRCE QELB RAHATLIGINDAN BASQA BU FIKRI COX BEYENDIM.TESEKKURLER :heat heart

  7. Single Girl dedi ki:

    girl_from baki,
    day deme:(((