DUR! demeyi bacarmalidir insan…


http://www.kayseri.pol.tr/resim/dur.jpg

Xarakterinizə diqqət edin, özünüzə çevrilə bilər…

Əslində diqqət etməli olduğumuz hər vaxt, düşüncələrimiz alıb götürür bizi uzaqlara…
Duyğular əsir edər düşüncələrimizi…
Sən demə taleyimizə təsir edirmiş düşüncələrimiz və duyğularımız…

– Düşündüyünüz….
– Söyləmək istədiyiniz…
– Söylədiyinizi zənn etdiyiniz…
– Söylədiyiniz…
– Qarşınızdakının duymaq istədiyi…
– Duyduğu…
– Anlamaq istədiyi…
– Anladığını zənn etdiyi…
– Anladığı…

Bütün bu sadalananlar arasında fərqlər var.
Hansı ki, biz bəzən bunun fərqində olmuruq.
Dolayısı ilə insanların bir-birini yalnış anlamağı üçün ən azı 9 ehtimal vardır…

Və ən maraqlısı isə, insanların bir-birini boğması və ya üzməsi üçün məhz bu 9 səbəb kifayətdir, Vəssalam.
Yetər ki, insan oğluna sən səbəb yarat, o hazır olacaq artıq hücuma.
Buna görə də, düşündüklərini söyləmədən öncə özü özünə bir “DUR!” deməyi bacarmalıdır hər insan.

Danış, hirslə danış… Görəcəksən, bax, sonda peşimanlıq duyacağın ən “gözəl” söhbəti etmiş olacaqsan…!

Son peşimanlıq fayda verməsə də hər zaman, çıxan sözləri geri qaytara bilməsək də,peşimanlığın gətirdiyi böyüklük, hirsin götürdüyü durğunluq ilə bəlkə də doğru yolu tapırıq çox zaman.
Halbuki doğru yoldan öncə, doğru, düşünərək danışmağı öyrənsək, peşimanlığın gətirdiyi qızartıya bürünməz simamız.
Gəl gör ki, insanıq, qurulmuş zəngli saat kimi xətalara quruluruq, qalxırıq, yalnışı görüb, təkrar yatırıq…

P.S…Ne derecede mumkundur DUR emrini DUR demeli oldugunda anda vere bilmek??ASANMI , CETINMI?

aznetin_gozeli

Şərhlər:

  1. nilgun dedi ki:

    menimcun asandi :))) ozumu saxlaya bilirem :))))

    movzuycun coxx sagol canim :)) ellerine salik :)))))))))

  2. girl_from baki dedi ki:

    movzun coxgozeldi bacim. ellerine sagliq. fikirlerin cox xosuma geldi.yazan ellerin var olsun.AMIN1

  3. GLINKA dedi ki:

    raziyam dur deye bilmek lazimdir
    amma bezen pseman lursan ki neyese dur demedin
    sonradan ele meqam gelir ki pesmanciliq kecir ki ele yaxsi edib demisem
    her halda insan etdiyine gore pesman olur hemise etmediyine gore cox az pesman olanlar var

  4. star dedi ki:

    men semimi etiraf edim,canim.bezen ele olur ki,\"suret\" o qeder artir ki,dur deyemmirem ozume,bu menim en menfi xususiyyetimdi,yalan ne deyim.(((((((amma birden de ozume ele \"dur\"deyiremki,heqiqetende artiq,isdesem de\" sureti \"artirammiram.yeni ki,baxir veziyyete.

    cox maraglidi,amma hegigeten ele an varki,orda dur demelisen,ele an varki dur demesen yaxshidi.ne bilime,bu heyatdi da,insanin bawina her bir yaxshi ve ya pis iw gelir,onemli olan ozumuzu cilovlamagdi.

  5. KENAN_M dedi ki:

    XEBERE GORE SAGOL.SOZSUZKI AGILNAN GETSEK COX ASANDI,,,VAY O GUNDEN UREK FIKIRLESE

  6. Single Girl dedi ki:

    menimcun cox asandi:)

  7. bdu_sep dedi ki:

    men ozumu saxlaya bilmireeeem bash

  8. aznetin_gozeli dedi ki:

    MUNASIBET BILDIREN HER KESE TESEKKURLER!

    INSANIN BACARA BILMEDIYI HECNE YOXDUR.INSAN HER BIR KESLE HER BIRSEYLE MUBARIZE APARMAGA QADIRDIR.OZU ILE MUBARIZE ISE MUBARIZE APARMALI OLDUGUMUZ ILK SEX.

  9. Leonel-207 dedi ki:

    Gəl gцr ki, insanıq, qurulmuş zəngli saat kimi xətalara quruluruq, qalxırıq, yalnışı gцrьb, təkrar yatırıq…
    bezen asandir,bezen cetin.xebere gore ThankS.