Bagiwlamıram…

 

Yalnizlıq və sənsizlik dolu gecənin qaranlığından qaçmaq sabaha umidlə, sevgiylə bağlanmaq istəyirəm.

 Səni unutmaq, bir an belə xatirlamamaq üçün milyonlarla dəfə özümə söz versəm də hec birini tuta bilmədim. Sənsizliyin damarlarımda dolasan qanı səni unutmağa bir an belə yadımdan çıxarmağa imkan vermir.

 Körpə uşaq kimi arzularımı dilə gətirməyə kimdənsə kömək diləməyə gücüm qalmayıb. Qəfəsdə olan azadlığı belə elindən alinmiş quşun ölümü gözləməkdən başqa çarəsi olmadiği kimi mənim də sənsiz keçən günlərdə səni gözləməkdən başqa çarəm yoxdur.

Məni həyatdan belə nifrət etməyə vadar edən o sən, söylə xoşbəxtsənmi, arzuların çin olubmu? Gülürmü hər zaman gülən gözlərin? Unudubsanmi məni? Unudacaqsanmı? Məni deyil mənli xatirələri?

 Gücün çatacaqmi? Acı və iztirablardan qaça biləcəksənmi? Saxlanmağa, gizlənməyə yerin olacaqmi? Təsəlli verəcək sirdasin, sığınacaq isti və hər saniyəsində sənin adını həcalayan ürək tapacaqsanmı ürəksiz insanlar arasında?

 Gün əsiri səslənən qəmli mahnıların, həzin musiqilərin səni qoynuna alıb xəyallar aleminə aparmağindan yaxa qurtara bilecəksənmi? Saçların əllərimin istisini, gözlərin utancaqlığımı, dodaqlarin isti nəfəsimi arzulayacaq. Göz yaşlarını axitmamaq üçün özün özünə təsəlli verəcəksən.

Mənə qarşı nifrətini artırmağa bəhanələr axtaracaqsan. Göydəki ulduzlarda, yağan hər yağiş damlasında, qoxuladigin qızıl gül ləçəklərində tapacaqsan məni. Mənə söylədiyin sözünü sübut edə bileceksənmi özüne. Unuda bilməyəcəksən sən də məni. Fələkdən bir az zaman diləyib taleyinə, bu günün və hər günün üçün lənətlər yağdıracaqsan.

 Yenidən qayidacaqsan çağırılmamiş qonaq kimi birlikdə yaşadığımız o xatirələrin qoynuna. Bu dəfə isə məlhəmin qaranlıq gecə, həzin musiqilər olacaq. Əllərimin istisini göz yaşlarınla islatdığın yastığında axtaracaqsan.

İsti nəfəsimi isə köhnə bir kitabın arasında sənın deyil kitabin nəmli və kifli səhifələrinin mərhəmətinə sığınmiş şəkilimdən duymağa çalişacaqsan. Və o zaman yalnız olduğunu anlayacaqsan.

Yalnız bunu da unutma ki, mən səni unutmaq üçün sevmədim özümü unutmaq üçün səni sevdim. Sən mənim üçün heyatımın varlığı, ömrümün dayağı, göz yaşlarımın ilk axişi, həyat məktəbimin son zəngi, doğan gunəşimin aydinlığı, düşən gecəmin qaranliği, səhər üzü yuxumun şirinliyi idin…

Qəlbimdə hər zaman boş qalacaq bir məzar qazdım sənin üçün. Yasayacaqsan mənimlə mən yaşadıqca.

Bu zəif vucudum əcəl qarşısında aciz düşdüyü gün səni özümə, özümü də səninlə birlikdə səssizliyə göməcəyəm….

Badi_Seba

Şərhlər:

  1. Black_Boy dedi ki:

    BBBAAAAAAADDDDDIIIIIIIII seni men indi ak eleyeceyem . Amma ki gozel sozlerdir ellerine sagliq birde bele uzuntulu hekaye qoysan seni ak eleyeceyem

  2. PARKDA YATAN dedi ki:

    eeee bu nedi bas

  3. Leonel-207 dedi ki:

    ellerine sagliq.

    yerivar
  4. Single Girl dedi ki:

    azz qiracaqsan sen bizi?:)

  5. Admin dedi ki:

    Coox beyendim….Heyat ACISIZ olmaz..INsan aci cekdikde yaxshinin deyerini yaxshi anlayir..birdeki unutmayin HEYAT aci ve xoshbextlik uzerinde qurulmasaydi onun MENASI olmazdi…

    sozlerimi anlayanlar biler..

    Coox beyendim….Heyat ACISIZ olmaz..INsan aci cekdikde yaxshinin deyerini yaxshi anlayir..birdeki unutmayin HEYAT aci ve xoshbextlik uzerinde qurulmasaydi onun MENASI olmazdi…

    sozlerimi anlayanlar biler..

  6. girl_from baki dedi ki:

    cox gozeldi.cox sag olun

  7. aznetin_gozeli dedi ki:

    badi_Seba,
    axi agladirsan:(((((baciska

  8. Badi_Seba dedi ki:

    aznetin_gozeli,
    aglama meleyim… cry

  9. star dedi ki:

    canim,coooooooooox gozel,opucuk