Kor_Yolçu – Bəlkələrlə Keçən Ömür

Kor_Yolçu - Bəlkələrlə Keçən Ömür

Mən kiməm?…
Bəlkə böyük bir labaratoariyada üstündə iş aparılan balaca özünü qoruya bilməyən siçovulu…
Bəlkə mələklərin cəzalandırdığı ölümsüz insan…
Bəlkə bu həyatı ikinci, üçüncü və s. dəfə yaşıyan zavallı bir məxluq…
Bəlkə ruh olub, azadlığa qovuşmaq istəyən, sözün əsl mənasında, ”Azadlıq Fanatı”…
Bəlkə talehi ilə barışıb, balaca dirəkdən qorxan bir fil…
Bəlkə içindəki dərinliyinə gedən yolda azıb qalan, son arzusu, bir qurtum su olan qoca, müdrik bir dərviş. Yadakı, bu dərvişə rast gəlib, xoşbəxtlik axtaran bir insan…
Ancaq mən, nə axtardığımı artıq bilirəm… ”Xoşbəxtlik”…
Bu elə bir şeydirki, pulla ala bilmirsən. Nə qədər pulun çox olarsa, sən bu həyatda o qədər də var olacaqsan! Ancaq, xoşbəxtlik özü elə bir şeydir ki, ”Nə Qədər Pulun Var, O Qədərdə Bədbəxt Olacaqsan!”…
Bu mənim düşüncələrim.
– Bəlkə çox yaxında, bəlkədə uzaqlarda… Bəlkə düz yanında, yadakı, həyatında… Bəlkə sağında, bəlkədə solunda… Bəlkə əvvəldi?… Bəlkədə… Bəlkədə sondur?… Hə, hə… Məncə bu sondur…
Yazıq yolçu… Yazıq Kor Yolçu… Yazıqlar sənə… Sənin əlindən hər şeyi tutub aldılar. Əvvəlcə gözlərini, sonra xoşbəxtliyini, həyatını, xəyallarını, ümidlərini, uşaqlığının sadəlövh arzularını, qanadlarını və birdə gecələrdən sənə hədiyyə qalan şirin yuxularını…
Bu yzını yazıram. Ancaq yazdıqlarımın heç birisi mənə aid deyil! Hamısı körpə qəlbimin, sonu görünməyən dərinliyində, əzab çəkərkən, qışqıraraq kömək istəyəndə, kiminsə dediyi sözlərdir. Onu məndə tanımıram. Özümə sual yaradıb, cavabı axtarıram…
Bu ya Real həyatın özüdür? Yadakı Realizimdən uzaq bir səfərin mənə hədiyyəsi. Bəlkədə cadugarın lənəti. Yadakı…Yadakı, Kor_Yolçu. Mənim yazıq, Kor_Yolçum. Kömək istəyir. Yardım istəyir. Ancaq mən…
Mənim cavabımda, həyatımda, arzularımda, fikirlərimdə, ümidlərimdə, yetim qalan və gərçəkləşməyən xəyallarımda, elə mənim özümdə, orada, qaranlıqda məni gözləyir. Ancaq mən… Ancaq mən qorxuram. O, amansız dərinliyə enməkdən qorxuram…
Bəlkə o, şeytandır?… Mənə pisliyi öyrədərkən, mələklərim dözməyib onu ora atıblar. İndidə məndən kömək istəyir. Ona inanmağımı istəyir. Mənim yardım əlimi öz lənət olası planlarına qardaş eləmək istəyir…
Bəlkədə mən yanılıram… Bəlkədə, o sadəcə bir mələkdir… Mənə yaxşılığı öyrədərkən, şeytan qısqanclıq hissinə dözə bilməyib, onu itəliyərək ora atıb…
Yada… Yadakı, hamısı bir yuxunun mənə gösdərdiyi acı bir həqiqətdir? Bir film kimi uzun-uzadı, yadakı, bir reklam kimi iki dəqiqədən bir mənə göstərilir…
Ehhh… Nəysə…
Sizə bir insan kimi məsləhətim, ömrünüzdə heç vaxt, ”Bəlkə?”lərə yer verməyin! Bu ölümcül bir virusdur. Beyninə bir dəfə düşdüsə, sözün əsl mənasında ”Həyata Əlvida”…

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Bəlkə…

Bəlkə də gəldin bir gecə…

Bəlkə də aşdın bir axşam görüş zirvələrini…

Bəlkə də döydün yel barmaqları ilə sənsizlik tozuna quylanmış qapımı…

Bəlkə də doldun bir gecə baxış aynalarıma yadlanmaz bir özlük kimi…

Bəlkə də gəldin ürəyimə sığmaz bir sevincin inamıtək, duyğu kimi gözlərimdən süzülüb getməyini düşündüm…

Bəlkə də gəldin bir gecə…

…Bəlkə də…

SON !
İmza: Kor_Yolçu

PunishMent

Şərhlər:

  1. Single Girl dedi ki:

    superrrrrrrrrr

  2. Kor_Yolcu dedi ki:

    Yenədə yazımı yerləşdirən PunishMent-ə зox təşəkkьrьmь bildirib, fikirlərinizi bildirdiyiniz ьзьn isə, yenədə SİZlərə цz minnətdarlığımı bildirirəm!…

  3. nilgun dedi ki:

    ehh………..:(((((((

    twk :(((((((

  4. 4Love_Love dedi ki:

    PunishMent,

    AAAAAAAAAAAAAAAAAAAAA dogurdan?????bilmirdim)))ok.hansi adnan?ele bu?

  5. aznetin_gozeli dedi ki:

    COX IDEAL BIR CAVAB VERECEM

    BELKELERIN SONU BILIRSIZ NEDIR? SEKILDEKI INSANIN ACI DURUMU..SAYTDA QOYULAN XEBERLR ARASINDA INDIYE KIMI, EN GOZEL REDAKTE ISIDIR.BILMIRME KIM REDAKTE EIDB XEBERI AMMA ONA EMELLI BASLI BRAVO..

    CUNKI SEKIL ARTIQ BELKE BELKE , KAS , KAS KI, AYDAA IFADELERI ILE GECELERINI BAGLAYIB, SEHERLERINI ACAN INSNAIN DUSECEYI ANDIR.SEKLE DIQQETLE BAXSAZ GORERSINIZ KI, O DENIZE BAXIS SADECE MENEZEREYE BAXIS VE YA SAKITLESMEK UCUN BAXIS DEYIL..
    O HARDASA BEZMIS INSANIN BAXISIDIR.TEBII BAXISLAR GORSENMIR..AMMA AYQLARDAN VE AYAQLRIN DENIZIN BIR ADDIMLIGINDA DAYANMASINDNA BUNU EZMEK MUMKUNDUR.

    AYAQLARA BAXARKEN BAXISLARI DA ANLAMAQ MUMKUNMUS..
    TESEKKUR XEBERE GORE, VE REDAKTORA ISE REDAKTEYE GORE:)

  6. Suphenallah dedi ki:

    BELKEsiz olmur axi
    tewekkurler

  7. PunishMent dedi ki:

    4Love_Love,
    He men cekmisem. O sayta, musabiqeye de sekli men ozum gondermisdim.. angel

  8. 4Love_Love dedi ki:

    bu shekili ozun chekmisen?saytlarin birinde musabiqe gedirdi shekil musabigesi 1 nefer oz adiynan qoymushdu.mene ele geli bu qiziydi..ona gor sorushdum))xebere deki soz ola bilmez)).

  9. Admin dedi ki:

    BELKE insanlari fikrinden donderir ve bu mence yaxshi deyill..Belkeni o zaman demek olarsi neyese risk edende…AMAM bele ise belke lazim deyil \"nedi odu \"

  10. bdu_sep dedi ki:

    mence belkesiz yasamaq mumkun deyil
    cox maraqli idi.muellife tesekkurler

  11. Angelocka dedi ki:
    PunishMent
    Cooooooxxx sagol dostikim minnetdaram..Ellerine sagliq cox beyendim..Cox gozel yazi idi..Menali..Tewekkurler angel
  12. star dedi ki:

    cox pis weydi belke demey,insani curudur,heqiqeten.amma yaxshi \"belke\"ler de var heyatda.

  13. Crazy dedi ki:

    cox sag olun cox gozel xeberdi amma Efish demisken belkesiz olmur axi