Saçlarınızın sehri nədən başlayır?

Hər gün saçları yumaq olmaz. Bu düzgündür?

Əfsanədir. Hər gün saç yuma guya onun tökülməsinə səbəb olur. Əslində belə deyil. Saçlarınızı nə qədər tez-tez yumanızdan asılı olmayaraq gün ərzində 50-100 ədəd tük tökülür. Bir çox kosmetoloqlar öz müştərilərinə gündəlik yumanı məsləhət görürlər. Çünki müasir saç kosmetoloji vasitələri gündəlik yuma üçün nəzərdə tutulub və onların ziyanı haqda söhbət gedə bilməz. Lakin hər halda mən ortaq məxrəci qorumağı məsləhət görürəm. Saçları ehtiyac duyulanda yusunlar.
Saçları qaynanmış su ilə yumaq faydalıdırmı?

Düzdür! Adətən bu sözü eşidən müştərilər narahat olmağa başlayırlar. Hazırlıqlı xanımlar isə həyat yoldaşlarından vanna otağında şəraiti qurmağı tələb edirlər. Əgər siz, həqiqətən də gözəl saçlara sahib olmaq uğrunda mübarizəyə qalxmısınızsa o zaman xüsusi su filtrlərindən istifadə edin. Bu suyu yumşaldmaq üçündür.

Saçların dibini massaj etmə onların uzanmasına çox faydalıdır. Bu haqda nə deyə bilərsiniz?

Düzdür. Lakin prosedur müntəzəm olmalıdır. Ayda bir dəfə yüngül massajı sağlamlıq proseduru hesab etmək olmaz. Massaj gündəlik olmalı və minimum 10-15 dəqiqə davam etməlidir. Massaj üçün zeytun və ya gənəgərçək yağından istifadə edə bilərsiniz. Prosedurdan sonra saçlar adi qaydada, şampunla yuyulur.


Sa231;lar305;n305;z305;n sehri n601;d601;n ba351;lay305;r?

Qaynar qayçı ilə saç kəsmə sadəcə dəbdirmi?

Bilirsiniz, bu prosedur haçalanmış saçları (saçqıranlar) olanlar üçün faydalıdır. Mən bu proseduru uzun saçları olan xanımlara məsləhət görürəm. Qayçı hər tükü lehimləyir, buna görə də zülal, vitamin və amin turşuları saçın daxilində qalır. İlk prosedurdan sonra siz saçlarınızdakı dəyişikliyi hiss edəcəksiniz. Müalicəvi təsiri isə ikinci, üçüncü prosedurdan sonra müşahidə edəcəksiniz.

Saç üçün faydalı fenlər mövcuddur?

Bəli, düzdür. Bu cür fenlər saçları isti və ya soyuq hava ilə deyil infraqırmızı şüalarla qurudur. Effekt ondadır ki, saçlar tez quruyur, az elektriklənir, başda qan dövranı yaxşılaşır bu da saçların uzanmasına kömək edir. Lakin təəssüf ki, kütləvi bazarda bu cür məhsullar hələ ki, yoxdur.

P.S. Saça qulluqla bağlı bəzi məsələlərI mütəxəssis kosmetoloq Bahar Mehdiyeva cavablandirdi.

aznetin_gozeli

Şərhlər:

  1. Suphenallah dedi ki:

    Tewekkurler baciw faydalali meslehetler idi
    Eziyyetine gore xususi minnetdarliq

  2. 4Love_Love dedi ki:

    vallax men gic kimi her gun bashimi yuyuram..belke qoydugun bu xeber mene tesir eledi yumadim day))yumasam bilki sene borcluyam bayaca …teshekkurler=))

    vaxsey ke4el qalacam??)))50-100 nedi??1 ile onda he4 tuk qaliyacaxki bashimda bele chixir this )))

  3. aznetin_gozeli dedi ki:

    Suphenallah,
    4Love_Love,
    BUYURUN GOZELLER:) kiss_mini

  4. memi_ dedi ki:

    vacib meslehetlerdi tewekkur

  5. L_U_N_A_T_I_K dedi ki:

    Men sexsen qizda gozelliye fikir vermirem daxili gozel olsun xarici gozelliye qalanda indi ona her serait var sevgilivin burnu uzundu apar kesdir ne bilim nece gormey isteyirsen elede elesinler :))) esas odu daxili gozel olsun

    xebere gore cox sagol

  6. BadBoy dedi ki:

    Xebere Gore Cox sag Olun!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

  7. Firuze dedi ki:

    cox sag ol baciw..