Qurban Bayramınız Mübarək

Qurban Bayramı

alt


İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı – İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Mündəricat


    * 1 Tarixi

    * 2 Qurban bayramı Azərbaycanda

    * 3 Qurban bayramı İslamda

    * 4 Müqəddəs Quranda Qurban bayramı barədə

    * 5 Şərtləri

    * 6 Mənbə

    * 7 Xarici keçidlər


alt

Tarixi

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.


Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.


Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.


Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.


Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!


Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.


Qurban bayramı Azərbaycanda

alt

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurban bayramı İslamda


Üç səmavi dinin-Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Müqəddəs Quranda Qurban bayramı barədə

Qurbanların kəsilməsi

alt

“Rəbbin üçün namaz qıl və qurban kəs!”, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər” kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.


Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.


İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.


Şərtləri

Qurban əti


İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.


Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.


Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.


Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Əziz ForGənc Ailəsi sizlərin  hər birinin Qurban Bayramını təbrik edirəm.Sizi vı sizin ailənizi səmimi qəlbdən təbrik edirik….

ALLAH ürəyinizdəki bütün arzuları yerinə yetirsin….etdiyiniz duaları qəbul etsin və Qurbanınızı qəbul etsin….

Hörmət və sevgilərlə Ⅶ: Chingiz

350;601;kil

Qurban
Bayraminiz mubarek, ureyiniz umidli, umidleriniz atli, sevdaniz
qanadli, mutlulugunuz qatli, sufretniz dadli, mekaniniz taxtli, omrunuz
baxtli, eviniz bereketli olsun…Damaginizi ruhunuzu ve cevrenizi
dadlandiran ve gercekden gozel ve bereketli bir bayram
arzulayiram….Xeyir qapilarin sonuna qeder aciq, qeza ve belalarin
qapisi hemishe uzunuze bagli olsun.Bu deyerli Qurban Bayraminda,
kainatin yaradicisi ve alemlerin Rabbi bagishlayici ve aciyici yuce
Allah butun dualarinizi qebul etsin…

Amin!!!!!!

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. nilgun dedi ki:

    C a a a N coxx sagol dostik seninde Qurban bayramin mubarekk :)))))))) ALLAH razi olsuunnnnnnn :)))))))))))) ve tum dualarini qebul etsin :))))

  2. Angelocka dedi ki:
    Allahher birinize Ismayil Qurbani kesmeyi qismet etsin..Allah imkansizlara ele bir yerden qapi acsin ki onlarada Qurban kesmeyi qismet etsin..Men bele muqeddes gunde butun xestelere wefa,ve yaxinlairna sebr arzu edirem..Butun kimsesiz qoca nene ve babalarimizi,kimsesiz uwaqlarimizinda bayramini tebrik edirem..Ve onlara demke isteyirem ki onlar tek deyil Allah var..Esas Allah onlarala olsun..Inwallah bizim aileyede bir bayrami onlarla kecirmek qismet olar AMIN angel
  3. Nurik79 dedi ki:
    ПОЗДРАВЛЯЮ ВСЕХ ВАС,МОИ ДОРОГИЕ,ЛЮБИМЫЕ,РОДНЫЕ!!)))) heart heart heart heart
    ALLAH HE4 VAXT XE4 KESI SAXLAMASIN!! AMIN!!!
  4. GLINKA dedi ki:

    her kesin bayrami mubarek
    ve tebii ki bu gunde xosagelmez seyler de yasandi Allah her kese sebr versin

  5. SuLiKo dedi ki:

    Haminizin Bayrami Mubarek

  6. HEYAT-BIR-QEFES dedi ki:
    GLINKA,

    bagislayiz xowagelmez deyanda neyi nezerde tutdunuz

  7. GLINKA dedi ki:

    HEYAT-BIR-QEFES,

    qurbanliq et satilir plakati altinda satilan etleri

  8. Suphenallah dedi ki:

    Cooooooooooox sag ol Qadasi senden ancaq bu qeder gozel xeber gozlemek olardi

  9. Admin dedi ki:

    Suphenallah,
    Deymez ezizim

  10. BadBoy dedi ki:

    Tebrike Gore Cox sag Olun!!! Mende Tebrik Edirem

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

  11. _Aynur_ dedi ki:

    Butun muselmanlari GURBAN BAYRAMI munasibetiile tebrik edirem!!!!!!!!!!!
    Kesilen Gurbanlari,edilen Dualar ALLAH gebul etsin!!!!!!!!!!!!

  12. Angelocka dedi ki:
    Admin
    Caaaaaannnn cooxxxx gozel bir tebrik..Sendende ancaq bele gozel tebrik gozleyirdim ureyim Coooxxx sagol canim menim Allah senden razi olsun..Mende senin bele gozel xow sozlerine qowulub her bir qeydiyyatdan kecmiw Forgenc.Net userlerini, yaxwi day sensende qonaqlarida laugh1 hetta robotlarida laugh1 semimi qelbden tebrik edirem..(Bax aa robotlar sizi aznetde ilk defe olaraq men tebrik etdim..Indi baxinda.. laugh1 Bunu hele hec kim etmeyib..Neyse allah sizi napmasin laugh1 sizden bir isteyim var biz olmayanda sayta goz qulaq olun yeri gelende burunda olun tkm deliwkalar laugh1 )
  13. tatli_cadi dedi ki:

    COOOX SAG OL ADMIN:)))))) SENINDE BAYRAMINI TEBRIK EDIREM:)))

    MOVZU UCUNDE TEWEKKUUUUUUUUUR:))))))))))

  14. dreamy dedi ki:

    coxxx sagol Chingiz, mende seni ve butun forgenclileri,her kesi bu mubarek bayram munasibetile tebrik edirem.nece bele bayramlara INSALLAH.

  15. Admin dedi ki:

    nilgun,
    Deymezz)))

  16. HEYAT-BIR-QEFES dedi ki:
    Butun for genc ehli haminizin Qurban Bayramini Qelbden Tebrik edirem
  17. Leonel-207 dedi ki:

    Butun urəklər sevinc dolsun,umidlər gercek olsun,ağrılar unudulsun,dualarınız qəbul və bayramınız mubarək olsun. forgenc

    BUTUN FORGENC AILESINI TEBRIK EDIREM.


    xebere gore twkr.

  18. NoNaMe_ dedi ki:

    Butun tebriklere qowuluram men de butun userleri jurnalistleri eziz sevimli redaktorlarimizi ve adminlerimizi ureyden tebrik edirem

  19. Admin dedi ki:

    NoNaMe_,
    Cox sag ol qaqawim bizde seni senin bizimle olmagin bize boyuk musbetdir..Ailemiz gunu gundne boyr ve yeni userlerimiz olur ne yaxshiki sizler varsiz..ALLAH RAZI OLSUN

  20. e_s_k_a dedi ki:

    мы тоже порезали борашку)
    С праздником всех мусульман Курбан Байрамы иншаАллаh Аллаh примет ваши дуа намаз Амин!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. girl_from baki dedi ki:

    cooox sagol canim.BUTUN MUSELMANLARİN BU MUQEDDES BAYRAMİNİ TEBRİK EDİREMŞallah yar olsun sizlere amin

  22. Cristi dedi ki:

    SAG OL. HAMINI BU BAYRAM MUNASIBETILE UREKDEN TEBRIK EDIREM angel