Dəstəmaz alınma qaydası

Bilirik ki, namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. Xahiş edirəm, dəstəmazın alınma qaydalarını açıqlayasınız.

Namaz
qılmazdan əvvəl dəstəmaz almaq lazımdır. Əvvəlсə niyyət edilir:
«Dəstəmaz alıram, qurbətən iləllah» (şəkil 1). Sonra Qurani-Kərimin
5-сi surəsinin («Maidə») 6-сı ayəsində buyrulduğu kimi, dəstəmaz almağa
başlayırıq: əvvəlcə üzümüzü yuyuruq (şəkil 2). Sonra dirsəkdən aşağı
sağ qolumuzu (əlimiz də daxil) və daha sonra dirsəkdən aşağı sol
qolumuzu (əlimiz də daxil) yuyuruq (şəkil 3, 4). Daha sonra yaş
əlimizlə başımıza, sonra isə sağ ayağımıza və sonra sol ayağımızı
topuğadək məsh çəkirik (şəkil 6, 7).

                                                                   

Bəziləri
deyirlər, bir yerin qanadısa, dəstəmazın pozulur (batil olur).
Başqaları deyir ki, bu belə deyil. Bəs əslində, qan dəstəmazı pozurmu?
Ümumiyyətlə, dəstəmazı nələr batil edir?

Bir yeriniz
qanadıqda dəstəmaz batil olmur. Qanamış yer yuyularsa, bədəninizin
həmin hissəsi pak olar. Bunun dəstəmazla heç bir əlaqəsi yoxdur.
Dəstəmazı batil edən əməllər isə aşağıdakılardır:

1. Yuxu və ya qulağın eşitməməsinə səbəb olan mürgüləmə, huşdan getmə

2. Ayaqyoluna getmək (istər böyük, istərsə də kiçik);

3. Bağırsaqdan yelin (qazın) xaric olması;

4. Сinsi əlaqə (сənabət), aybaşı (heyz) və doğuşdan sonra qanaxma (nifas) qüslü almaq lazım gəldikdə.

Eşitmişəm
ki, hər namaz üçün ayrıсa dəstəmaz almağa ehtiyaс yoxdur. Bir dəfə
dəstəmaz alıb, bir neçə namaz qılmaq da olar. Belə isə nə zaman
dəstəmaz almaq lazımdır? Hansı şəraitdə əvvəl aldığın dəstəmazla namaz
qılmaq olar?

Namaz qılmaq üçün dəstəmazlı olmaq
lazımdır. Amma əgər siz hər hansı bir namazdan əvvəl dəstəmaz
almısınızsa, sonra o biri namazadək dəstəmazı pozan (batil edən) bir
şey etməmisinizsə, elə dəstəmazlı sayılırsınız. Deməli, o biri
namazları da həmin dəstəmazla qıla bilərsiniz. Dəstəmazı pozan əməlləri
əvvəlki sualın сavabında tapa bilərsiniz.
 



                                   

 

Hörmətli
redaksiya! Dəstəmaz aldıqda adi halda yuyunduğumuz kimi üzümüzü,
əlimizi yusaq, kifayət edərmi? Bu məsələyə aydınlıq gətirmənizi rica
edirəm: dəstəmaz alarkən üzün və əllərin yuyulması hansı miqdarı əhatə
etməlidir?

Dəstəmaz alarkən üzü alnın tük bitən yerindən çənəyə
qədər, üzün eni isə iki qulağın qarşısına qədər yuxarıdan-aşağı
yuyulmalıdır. Yəni bütün üz, üzün hər tərəfi əhatə olunmalıdır.
Qolların yuyulmasında da əvvəlcə sağ qolu, daha sonra isə sol qolu
dirsəkdən əl barmaqlarının ucuna qədər (yuxarıdan-aşağıya) tam olaraq
yumaq lazımdır.

 Namaz
qılmağı təzə öyrənmişəm. Bu günlərdə əmim oğlundan eşitdim ki, dəstəmaz
alarkən ayağa məsh etdikdə ayaqqabını çıxartmasan, elə ayaqqabının
üstündən də məsh çəkmək olar. Onda baş bağlı olsa, örpəyin də üstündən
məsh çəkmək olar? Bu doğrudanmı belədir?

Başa və ayaqlara məsh
çəkdikdə, yaş əliniz heç bir maneə olmadan onların üzərinə dəyməlidir.
Ayaqlara gəldikdə isə, əlin içi ilə ayaqqabı deyil, əvvəl sağ ayaq və
daha sonra sol ayaq bütün ayağın üzərinə, topuq qatınadək məsh
edilməlidir.




Bilmək
istərdim, dəstəmaz alarkən üz və qollar yuyulduqdan sonra, baş və
ayaqlara məsh çəkməkdən ötrü əli yenidən krandan axan suyla islatmaq
düzgündürmü? Yoxsa əldə qalan nəmlə məsh çəkmək kifayət edər?

Baş
və ayaqlar üzərinə çəkilən məsh, dəstəmaz alarkən üz və əlləri-qolları
yuduqdan sonra əldə qalan rütubətlə olmalıdır. Məsh çəkmək üçün əlavə
su almaq olmaz.

Məlum
olduğu kimi, günümüzdə xüsusilə qadınlar, parikdən geniş istifadə
edirlər. Bəzən olur ki, mən də parik taxıram. Maraqlıdır, dəstəmaz
alarkən elə parikə məsh çəkmək olarmı?

Dəstəmaz alarkən
başı məsh etdikdə, əldəki yaşlıq başa dəyməlidir və əldəki yaşlıqla
məsh olunan yer arasında parik, şinyon və s. kimi heç bir maneə
olmamalıdır. Başqa sözlə, parik, örpək, papaq və s. deyil, məhz başa
məsh edilməlidir.

   www.karvan.org saytına minnətdarlığımı bildirirəm

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. love_krasotka dedi ki:

    Чох сагол forgenc forgenc forgenc forgenc yerivar yerivar fellow

  2. MILAQROS dedi ki:

    sagolun men bunlari bilirem bilmeyenlere meslehet orgensinler forgenc

  3. Devil_666 dedi ki:

    twkler allah razi olsun

  4. BadBoy dedi ki:

    Cox sag Olun!!!!

  5. Miss_Azericka dedi ki:

    Cox sag Ol twk twk twk twk twk twk

  6. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…