Mehemmed(s.ə.s)muqeddes kelamlari


Mehemmed(s.601;.s)muqeddes kelamlari

Məhəmməd peyğəmbər demişdi: “ Zalım və ya məzlum olmasına fərq qoymadan müsəlman qardaşına kömək et”. Peyğəmbərdən soruşublar “ əgər o zalımdırsa biz ona necə kömək edə bilərik?”. Məhəmməd peyğəmbər cavab vermişdir: “ Zülmkara zülümdən qorunmaqda kömək et”.

*****

Allah dedi: “ Yaxşı iş görən, istədiyim adama mən onqat yaxşılıq edərəm; yamanlıq edənlər isə əgər mən onları bağışlamasam, eyni miqdarda əvəz alacaqlar; və kim mənə bir qarış yaxınlasmaq istəsə mən ona bir qulac, kim bir qulac yaxınlaşmaq istəsə, mən ona tərəf qaçaram; mənə itaət edən günahlar işləmiş adam hüzuruma gəlsə, onu bağışlamağa hazır duraram”.

*****

İlahi! Həyatımda məni yoxsulluqda saxla və izin ver yoxsulluq içində ölüm.

*****

Kim öz əməyi ilə qazandığı az gəlirlə başqasına çox yardım göstərirsə – bu, Allahın mərhəmətinə layiq xeyirxahlıqdır.

*****

Heç kəs Allah xətrinə olduğu acı sözdən yaxşı içki içməyib.

*****

Özünə arzuladığını qardaşına da arzu etməyən adam həqiqi mömin ola bilməz.

*****

Cəhənnəm həzzlər arxasında, cənnət isə zəhmət və mərhumiyyətlər arxasında gizlənir.

*****

Allah deyir: “ Ey insan! Yalnız mənim qanunlarıma riayət etsən mənim kimi iş görmüş olarsan və deyərsən: “ Olacaq, – özü də belə olacaq”.

*****

Artıq qida və içki ilə ürəyini öldürmə.

*****

Mələklər dedilər: “ Ay Allah! Sənin yaratdıqlarının arasında daşdan bərk şey varmı?” Allah dedi: “Var, dəmir daşdan bərkdir, çünki o, daşı əzir”. Mələklər dedilər: “ Ay Allah! Sənin yaratdıqlarının arasında oddan qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, su oddan qüvvətlidir, çünki o, yanğını dayandırır və odu söndürür”. Onda mələklər dedilər: “ Ay Allah, bəs yaratdıqlarının arasında sudan qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, külək sudan qüvvətlidir – o, suyu dalğalandırır və qovur”. Onlar dedilər: “Ay Allah! Sənnin yaratdıqlarının arasında küləkdən qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, Adəmin xeyirxah uşaqları; sağ əlin verdiyini sol əldən gizlədənlər hər şeyə qalib gələcəklər”.

*****

Allah deyir: Mən heç kimə məlum olmayan bir xəzinə idim. Məlum olmağı istədim və ona görə insanı yaratdım”.

*****

Heç kəsin dalınca danışma. Əgər biri sənin dalınca danışır və eyibini göstərirsə, sən o adamda bildiyin nöqsanların üstünü açma.

*****

Nə qanunidirsə, – aydındır. Və qanuni deyilsə, o da aydındır; lakin bu və ya başkaları arasında şübhə doğuranlar da var. Nə vaxt sənə belə şübhəli şey rast gəlsə, özünü saxla və heç nə eləmə.


Mehemmed(s.601;.s)muqeddes kelamlari

Mehemmed(s.601;.s)muqeddes kelamlari

*****

Kim Allahın yaratdığına lütfkardırsa, Allah da ona mərhəmətlidir; odur ki, yer üzündə həm xeyirxah, həm də qəddar adama qarşı lütfkar ol,- qəddar adama qarşı lütfkar olmaq – onu şərdən çəkindirməkdir.

*****

Ən ali inam nədən ibarətdir? – Sualına Məhəmməd peyğəmbər belə cavab vermişdir: “ Ozünə arzu etdiklərinin hamısını başkalarına arzula ki, onlar həmin şeyləri sənə arzu etsinlər və özünə istəmədiklərini başkalarına arzulama”.

*****

Hər bir mömin müsəlman səadətini sınamaq istəyəndə gərək onun səlahiyyətində olmayanları nəzərə almayasan.

*****

Allah yanları divarlı, üstünə pərdə çəkilmiş açıq darvazalı düz yol yaratdı… Bu yolun başlanğıcında duran icraçı deyir: “ Yolla düz gedin və heç yerə dönməyin”. Ondan yuxarıda duran isə bütün qapıya doğru yönələnlərə başqa sözlər deyir: “ Keçməyin, keçsəniz şübhəsiz ki, yıxılacaqsınız”. Və bu yol həyat yoludur; ona açılan darvazalar Allahın qadağa etdiyi işlərdir. Qapılar ötən pərdələr Allah tərəfindən qoyulan sərhədləridir; birinci icraçı Allahın sözüdür, ikinci isə hər bir mömin ürəyində Allahın özüdür”.

*****

Sədəqə vermək hər bir möminin borcudur. Onun üçün vəsait tapmayan qoy xeyir işlər görsün və yamanlıq etməkdən çəkinsin, bu da onun sədəqəsi olacaq.

Crazy

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    Məhəmməd peyğəmbər demişdi: ” Zalım və ya məzlum olmasına fərq qoymadan mьsəlman qardaşına kцmək et”. Peyğəmbərdən soruşublar ” əgər o zalımdırsa biz ona necə kцmək edə bilərik?”. Məhəmməd peyğəmbər cavab vermişdir: ” Zьlmkara zьlьmdən qorunmaqda kцmək et”.

    bu kelama elave olaarq qeyd edim ki, PEYGEMBERIMIZ(SALAVAT OLSUN ONA) DAHA BIR KELAMINDA BUYURUR KI:

    ZALIMLARA QARSI MUBARIZE APARMAYAN HEMIN O ZALIMDEN ONCE GEDECEK CEHENNEME

    BUNA GORE DE NE ZAMAN HAQSIZLIQ GORDUKSE MUTLEQ MUNASIBET BILDIRIB MUBARIZE APARAQ! BIZ BUNU EDERSEK, ALLAH DA BIZE YARDIMCI OLACAQ VE SONDA QALIB AYRILAN BIZ OLACAGIQ , DAHA DOGRUSU BIZ YOX HAQQ -EDALET!

    xebere gore ise muellife derin tesekkurlerimi bildirerem.daim bele deyerli xeberlerle bizim gozumuzu, ruhumuzu oxsa !!!

  2. Leonel-207 dedi ki:

    Heз kəsin dalınca danışma. Əgər biri sənin dalınca danışır və eyibini gцstərirsə, sən o adamda bildiyin nцqsanların ьstьnь aзma.Kim цz əməyi ilə qazandığı az gəlirlə başqasına зox yardım gцstərirsə – bu, Allahın mərhəmətinə layiq xeyirxahlıqdır.

    Allah razi olsun.teshekkurler.

    Sitat: Leonel-207
    Heз kəsin dalınca danışma. Əgər biri sənin dalınca danışır və eyibini gцstərirsə, sən o adamda bildiyin nцqsanların ьstьnь aзma.Kim цz əməyi ilə qazandığı az gəlirlə başqasına зox yardım gцstərirsə – bu, Allahın mərhəmətinə layiq xeyirxahlıqdır.

    Allah razi olsun.teshekkurler.

  3. L_U_N_A_T_I_K dedi ki:

    Bunlarin coxun oxumusdum yenede xebere gore cox sagol

  4. nilgun dedi ki:

    coxx sagol wirin :)) ALLAH razi olsunn :)))))))

  5. qan-donor dedi ki:
    TESEKKKKURRRR
  6. BadBoy dedi ki:

    Minnetdaram!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

    applause