RENGIN SENIN XARAKTERIN…..

RENGIN SENIN XARAKTERIN.....

Qara rəng

Mübarizəyə daim hazır olan insanların rəngidir. Onlar ehtiraslı və çılğındırlar. Emosiyaları parlaq və ekstremaldır. Əgər sevirlərsə, bütün varlığı ilə sevir, nifrət edirsə deməli bu dəhşətli nifrətdir.

Seks onların həyatında aparıcı rol oynayır. Çox ehtiraslıdırlar. Həyatda hər şeyin üzərinə gedirlər, heç nə onları saxlaya bilməz.

Daş-qaşa gəlincə – qara daşlar (aqat, obsidian) və ya yaşıl daşlar (zümrüd, amazonit, açıq malaxit) uyğundur

Ağ rəng

Ağ rəngə üstünlük verənlər ekstaz vəziyyətinə tez düşürlər, onların intuisiyası və təsəvvürü güclüdür. Həyatda sakitliyə üstünlük verirlər. Bu insanlar tamamilə zidd xasiyyətlidirlər- gah özlərinə qapanırlar, gah da əksinə.

Bu insanlara yaşıl qaşlı bəzək əşyaları uyğundur. Bundan başqa ağ rəngi sevdikləri üçün mirvari, oniks və ya opal daşlarını da seçirlər.

Sarı rəng

Sarı rəngi xoşlayanlar yaradıcı, güclü iradəsi və mənəviyyatı olan insanlardırlar. Onlar hakimiyyəti sevirlər. Həm elmdə, həm biznesdə, həm də incəsənətdə müvəffəqiyyət qazana bilərlər. Daim xoşbəxtliyə can atırlar və ona nail olmaq üçün əllərindən gələni edirlər.Çatışmayan cəhətləri isə lovğalıq və dikbaşlıqlarıdır.

Narıncı rəngə üstünlük verənlər də eyni xüsusiyyətlərə malikdirlər, lakin onlar həyatın seksual sferasına daha böyük önəm verirlər. Sevgi və sekslə bağlı hər şeydə bacarıqlıdırlar.

Yaşıl rəng

Tünd yaşıl rəngi sevənlər – inadkardırlar. Qızılı rənglə yaşılın ahəngini xoşlayanlar isə özləri üçün hər bir şəraiti yaradırlar: maddi cəhətdən, hörmət etibarı ilə hər şeyə sahib olmağa can atırlar. Sakitliyi və təbiəti sevirlər. Onların yanında yaxınları arxalarında dağ hiss edirlər.

Seksual sferanın onların həyatında böyük əhəmiyyəti var. Sevgi və seksdəki uğursuzluq onu sarsıdır. Güclü iradəyə malik insanlardır. Bütün cətinliklərin öhdəsindən gələ bilərlər.

Açıq-yaşıl rəngə üstünlük verənlər isə yumşaq xasiyyətli olurlar. Əməkdaşlığı yüksək qiymətləndirir və diplomatiyaya meyillidirlər. Zərif, dəqiq, məsuliyyətli və ağıllı insanlardır.

Açıq yaşıl rəng cavanlğın, yazın, yüngüllüyün rəngidir.

Mavi rəng

Tünd mavi rəng – gecə səmasının rəngidir. Sözün geniş mənasında səyahətçilərin seçimidir. Daim biliyə can atırlar. Adətən hərbçi və ya dənizçi olurlar. Çünki xasiyyətlərindəki qaynayan həyat buna sövq edir. Onlar həyatı sevir, enerjilidirlər.

Açıq mavi rəngi sevənlər xəyalpərəstliyi, romantizmi ilə seçilir. Səyahəti sevirlər. Dəniz, su daim onları özünə çəkir. Ünsiyyətcil və dostsevərdirlər. Adətən onları ətrafdakılar çox sevir. Kollektivdə olmağı xoşlayırlar.

Açıq mavi rəng – qadınlığın, analığın, təhlükəsizliyin və ailə münasibətlərinin rəngidir. Ona görə də bu rəngi sevənlər analarına dəhşət bağlı olanlardırlar.

Seksual həyatda sakitdirlər. Onları həyatın emosional-intellektual sahəsi daha çox maraqlandırır. Platonik sevgi, hisslər, romantikaya önəm verirlər. Onlar daxilən zərif və mənən gözəl xüsusiyyətlərin daşıyıcılarıdırlar.

Onlara gümüş və mavi çalarlı daş-qaş yaraşır: füruzə, mavi akvamarin, mirvari, opal və s.

reativ, qeyri-adi insanlardırlar. Azadlığa can atırlar. Onların həyatı sürprizlərlə doludur.

Bu insanlar bəzən yuxuya gedirlər. Lakin bu süküt partlayışdan öncəki sükutdur. Ünsiyyətcildirlər, lakin incəsənət, elm, dünyagörüşü ilə bağlı mövzulara üstünlük verirlər. Həyatın mənəvi tərəfini vacib hesab edirlər. Buna görə də bu insanlar özləri kimilərlə ünsiyyətə üstünlük verirlər. Təhlükədən qorxmurlar, sürəti sevirlər. Lakin sağlamlıq baxımından zəifdirlər.

Bu insanlara ametist, kəhrəba, sarı kvars yaraşır.

Çəhrayı rəng

Yumşaq xasiyyətli, zərif insanlardır. Həyatın xəyal və nağıl kimi olmasını düşünürlər. Romanlardakı sevgi hekayələri haqda xəyal edirlər. Buna görə də xəyallardan oyanıb reallığı dərk etdikdə böyük sarsıntı keçirirlər.

Bu insanlar fantaziyalarında özlərini olduqlarından yüksək qiymətləndirirlər. İş tapşırılan zaman isə müəyyən problemlərlə üzləşirlər. Onlar ömürlərinin sonlarına qədər uşaq xarakterli qalırlar.

Qırmızı rəng

Ehtiraslıdırlar. Bu xüsusiyyət işə, sevgiyə və dostluğa da aiddir. İstənilən halda lider olmağı sevirlər. Əgər emosiyalara qapılmasalar, o halda onlardan yaxşı lider alınar. Həyatı çox sevirlər və mümkün olan və olmayan vəziyyətlərdə bütün arzu və istəklərini həyata keçirməyə can atırlar. Vicdan əzabı çəkmirlər.

Qırmızı rəng romantik rəng deyil. Vəhşi ehtirasın rəngidir. Bu insanlar müxtəlif ektrim vəziyyətləri – ov, riskli idman, avtomobil yarışları, atçapmanı xoşlayırlar. Bununla yanaşı bu rəngi sevənlər bəzən zərifliyə meyilli olurlar. İnanılmaz dərəcədə təmiz və əksinə qəddar diktator ola bilərlər.

Tez əsəbiləşib özlərindən çıxırlar və elecə tez də sakitləşib bağışlamağı bacarırlar. Qırmızı rəngdə sadə daş-qaş seçə bilərlər.

Boz rəng

Tünd boz rəngi sevənlər – güclü məntiqi düşüncəyə malikdirlər. Elmi, tibbi və ya texnikanı sevirlər. Ən çətin problemləri belə həll etməyə qadirdirlər. Səliqə-səhmanlıdırlar. Əşyalar, planlar, həyat, münasibətlər qaydasında olmalıdır.

Seksual həyatda təmkinli olurlar. Əgər nədəsə məyus olurlarsa dərhal bu hissin öhdəsindən gələrək onu aradan qaldırırlar. Süleymandaşı, qırmızı yaqut, qırmızı əqiq və s. Onlara uyğundur

Qırmızı daş-qaşlar ən yaxşı seçimdir. Çünki onlar boz tona təravət bəxş edir.

Açıq boz rəngi sevənlər çox ağıllıdırlar, dərrakəlidirlər. Həmçinin cəld və yorulmazdırlar.

Qəhvəyi rəng

Bu insanlar kifayət qədər təmkinli və dolğundurlar. Bütün hərəkətlərini öncədən düşünürlər. Daim yeni biliklərə can atırlar. Onlar tənhalığı, sakitliyi qiymətləndirir və xoşlayırlar. Ciddi insanlardır. Hər şeyə səliqəli və ehtiyatlı münasibət göstərirlər.

Həmçinin bütün gücləri ilə hakimiyyətə can atırlar.

Sevgidə aktivdirlər, vaxtlarının çox hissəsini ona sərf edirlər. Həyatın digər sahələrində olduğu kimi sevgidə də sakit və təmkinlidirlər. Daim düşünməyə meyillidirlər. Onları cəmiyyətdəki problemlər, siyasi vəziyyətlər çox maraqlandırır.

Onlara yaşma və aqat, həmçinin narıncı əqiq yaraşır.

Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

aznetin_gozeli

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:
    XEBERI REDAKTE EDEN RADAKTORA TESEKKURLER.REDAKTE IDEAL EDILIB.SEKIL SECIMI COX XOSUMA GELDI.TESEKKURLER!
  2. Dreamer dedi ki:

    Chox duzgun yazilib, Choxsagol canik

  3. aznetin_gozeli dedi ki:

    Sitat: Dreamer
    Chox duzgun yazilib, Choxsagol canik


    buyur dostik:)

  4. Suphenallah dedi ki:

    qara rengi dehset cox sevirem İnanilmaz derecede ondan sonra ag ve yasil

    Qara rengi inanilmaz cox sevirem 2 ve 3 cu dereceli ise ag ve yasildi
    cox sag ol Baciw super idi

  5. aznetin_gozeli dedi ki:

    [b]Suphenallah,
    buyur canim Efisim:)[/b]

  6. Single Girl dedi ki:

    mavi renge ustunluk verirem cox saqol canim xebere gore:)

  7. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

    applause

  8. fanya_ya dedi ki:

    he menim en xowuma gelen reng ele cherhrayi rengidir xebere gore sag ol

  9. Agresiv_qiz dedi ki:

    menim en xosuma gelen reng qirmizidir.yazilanlarin hamisi duzdu birce ehtiras sohbetini cixmaqnan.xebere gore tesekkur
    applause applause applause

  10. polo dedi ki:

    cox sagol cnm maraqlidir

  11. FERISH dedi ki:

    menim rengim qirmizi ve qaradi

  12. aznetin_gozeli dedi ki:

    Sitat: GLINKA
    qeseh xeverdi


    qeseng gunun olsun)

  13. aznetin_gozeli dedi ki:

    MUNASIBET BILDIREN HER BIR KESE DERIN TESEKKURLER.BEYENDIYINIZE ISE SEVINDIM!

    Qara rəng

    Mьbarizəyə daim hazır olan insanların rəngidir. Onlar ehtiraslı və зılğındırlar. Emosiyaları parlaq və ekstremaldır. Əgər sevirlərsə, bьtьn varlığı ilə sevir, nifrət edirsə deməli bu dəhşətli nifrətdir.
    Seks onların həyatında aparıcı rol oynayır. Зox ehtiraslıdırlar. Həyatda hər şeyin ьzərinə gedirlər, heз nə onları saxlaya bilməz.
    Daş-qaşa gəlincə – qara daşlar (aqat, obsidian) və ya yaşıl daşlar (zьmrьd, amazonit, aзıq malaxit) uyğundur

  14. meymunka dedi ki:
    aznetin_gozeli,

    Uje admin Redakte edib)))))xixixi
    Buyur Beyendinse sevindim!

    Xebere qaldiqda ise En sevdiyim Reng qara ve Rozividir!Azerice bilmirem hansi rengdir o!
  15. girl_from baki dedi ki:

    cox sagol maraqliydi ve duzdu coxu

  16. qan-donor dedi ki:
    Uch rengden xowum gelir Azerbaycanimizin Bayraginda olan Rengler ve Beshiktasimin Rengi AG Qara
  17. NoNaMe_ dedi ki:

    en cox qara rengi sevirem

  18. Dj ExTrEmE dedi ki:

    Menim ise qara ve ag rengden xowum gelmir. menim yawil aciq yawil qirmizi birde boz !aznetin_gozeli,
    Xebere gore chox sagol Baciw beyendim xeberi !

  19. _Aynur_ dedi ki:

    xeber super cox xowuma geldi.xowladigim renq mavidir demek olarki tam mene goredir

  20. personality dedi ki:

    canim baciwkam suuuuuuuuuuper xeberdi.twk)))

  21. nilgun dedi ki:

    qara renge ustunluk verirem ve qara rengde geyirem……… hmm… ama butun qara geyimlerimin ustundede qirmizi iwareler yada wekiller olurrr :))))))))

    coxx sagol canim :)))))))))))))) ellerine salik marakli xeber idii opucuk

  22. QENKA dedi ki:

    Maraqlidir… chox twk edirem…


    Qara rəng
    Mьbarizəyə daim hazır olan insanların rəngidir. Onlar ehtiraslı və зılğındırlar. Emosiyaları parlaq və ekstremaldır. Əgər sevirlərsə, bьtьn varlığı ilə sevir, nifrət edirsə deməli bu dəhşətli nifrətdir.
    Seks onların həyatında aparıcı rol oynayır. Зox ehtiraslıdırlar. Həyatda hər şeyin ьzərinə gedirlər, heз nə onları saxlaya bilməz.
    Daş-qaşa gəlincə – qara daşlar (aqat, obsidian) və ya yaşıl daşlar (zьmrьd, amazonit, aзıq malaxit) uyğundur