Görəsən bu həsrət nə vaxt bitəcək?!

 

Qəlbimin işığı sönüb gedəcək,
Görəsən bu həsrət nə vaxt bitəcək?!


Ağrılar qəlbimi dəlib deşəcək,


Görəsən bu həsrət nə vaxt bitəcək?!




Nə qədər çəkəcək bu həsrət, aman,


Sənsizkən gün keçmir, ötməyir zaman,


Ayrılıq inlədir qəlbimi yaman,


Görəsən bu həsrət nə vaxt bitəcək?!




Həyatda yaşamaq inan mənasız,


De, necə yaşasın bu can bədənsiz,


Ömrümün çırağı sönər zamansız,


Görəsən bu həsrət nə vaxt bitəcək?!




Gözlərim nə qədər qalacaq ağlar,


Çəkdiyim ah-nalem dağları dağlar,


Ürəyim dözməyib səsizcə ağlar,


Görəsən bu həsrət nə vaxt bitəcək?!




Qoy bütün insanlar sevib sevilsin,


Həsrət acısını onlar bilməsin,


Həyatda heç vaxt deməsin,



Görəsən bu həsrət nə vaxt bitəcək

 

SensizEfirdi

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    COOOX BEYENDIM WEIRI…TEWEKKUR ELERIN AGRIMASIN..

  2. Avtosh_227 dedi ki:

    applause cox sagol…

  3. Single Girl dedi ki:

    Həyatda yaşamaq inan mənasız,
    De, necə yaşasın bu can bədənsiz,
    Цmrьmьn зırağı sцnər zamansız,
    Gцrəsən bu həsrət nə vaxt bitəcək?!

    super muperrrrrr

  4. L_U_N_A_T_I_K dedi ki:

    sen diesen bu seirlerinle meni deli eliyeceysen :((( gozel seirdi cox sagol

  5. nilgun dedi ki:

    cox sagol canim weir eladi … ellerine salik :)))

  6. SensizEfirdi dedi ki:

    GLINKA,


    YOX NE INCIMEK ZOVQLER MUXTELIFDI SAYIB GIRDIYIN UCUN COX SAG OL

  7. PRistupnIK dedi ki:

    TWK MENALIDI ELLERIN YORULMASIN ..

  8. GLINKA dedi ki:

    ser eberlerini sevmirem de neise incime please

  9. qan-donor dedi ki:
    chox gozel sheirdirtesekkur muellif