Uwaqlar geleceyimizdir?

Uwaqlar geleceyimizdir?

Dövlət başçısından tutmuş fəhləsinə qədər kimdən soruşsaq deyərlərki uşaqlar bizim gələcəyimizdi. Bəs gəlin görək biz bu gələcəyimiz üçün nələr edirik?! Gəlin, elə birinci körpələr evindən başlayaq, bu gün təkcə bizim Bakı şəhərimizdə yüzlərlə körpələr evi var. İndi düşünün, burda valideyn sevgisindən, valideyn qayğısından uzaq böyüyən bu uşarqlardan siz nə gözləyirsiz, axı siz onlara bu gələcəyi bəxş etmədiniz! 18 yaşına qədər bu uşaqlar ata, ana sevgisindən, ailə istisindən uzaq olsa da yenə sığınacaq bir yerləri olur. Eləki 18 yaşına çatdılar öz başlarına buraxılırlar, daha düşünmürlər ki, tək başına onlar nə edəcəklər, onları işlə, evlə təmin edən olmur.

Onlardan bəziləri tikintilərdə fəhlə, bazarda yük daşıyan və s kimi ağır işlərdə işləyir, qızlar üçün isə bu şəraitdə yaşamaq daha çətin olur, iş və ev tapa bilmirlər küçələrdə yaşamağa məcbur olurlar. Egər ölkəmizdə bu uşaqlar üçün iş və yaşayış yerləri tikilsə onları böyük çətinlikdən qurtarmış olarıq. Arzumdu ki, heç kim öz övladından imtina etməsin və heç bir ölkədə uşaq evləri olmasın.

Bildiyiniz kimi şəhərimizdə abadlıq işləri gedir, hər yerdə yüksək binalar ucaldılır, böyük alış veriş mərkəzləri, restaranlar, kafelər, şadlıq evləri tikilir. Çox gözəl, tikilsin amma bunları tikərkən uşaqların oyun parklarını, əyləncə yerlərini sökməsinlər. Onsuzda oyun oynamaq üçün binaların qarşısında bir balaca yerləri olur. Onları da əllərindən aldıqları üçün zamanlarının çoxsunu internet kafelərdə zərərli oyunlar oynayaraq keçirirlər. Bax bu uşaqlar böyüdükcə cox aqressiv olurlar, daha çox vurub qırmağa meyilli olurlar, ona görə dünyada gənclər tərəfindən işlənən ogurluqların, cinayətlərin sayı artır. Gəlin onların qaçıb, əylənə biləcəyi oyunlar oynaya biləckləri oyun məkanlarına toxunmayaq.

Bilmirəm siz necə amma mən uşaqların diləndirilməsinə, küçələrdə müxtəlif işlərdə işlədilməsinə çox narahat oluram. Məsəl üçün uşaqları məkdəbdən çıxardıb alver etdirirlər, nəqliyatın ən çox olduğu yerlərdə aftomobillərin qarşısını kəsib onların şüşələrini silməyə məcbur etdirən və yaxud küçələrdə insanların ayaqqabısını sildirən ata, analar var, nə var ki keçinə bilmirlər, uşaqlar da indidən çətinliyə öyrənişməli, pul qazanmağı bacarmalıdır. Niyə başa düşümürlər axı bu körpə əllərə belə ağır işlər yaraşmır. Heç onların küçələrdə oyunlar oynayıb əylənən uşaqlara necə həsrətlə baxdığını görmüsünüzmü? Bəs o zaman niyə onları bu sevincdən məhrum edirsiz. Yenə eyni yerə gəlib çıxırıq, görürsünüzmü gələcəyimizi özümüz məhv edirik! Gəlin gələcəyimiz olan bu körpələri qoruyaq, onları qorumaqla, onlara düzgün tərbiyə verməklə biz öz firavan, xoş gələcəyimizi təmin etmiş oluruq.

Single Girl

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    WERBET COOOX SAGOL…

  2. Single Girl dedi ki:

    Avtosh_227,
    buyur..

  3. Avtosh_227 dedi ki:

    cox saol.ellerin der gormesin.

  4. Night---Wolf dedi ki:

    Dogurdanda geleceyimizdi…Geleceyimize sahib 4ixaq……..!!
    Xebere gore sagolun…..

  5. GLINKA dedi ki:

    qan-donor,
    ok insaallah balacamizi da aparariq

  6. MMO dedi ki:

    Duzdur,bizde ne vaxtsa ushaq olmiushuq…

  7. SuLiKo dedi ki:

    cox saqol…ama uwaqdan uwaqa ferq varda:)

  8. qan-donor dedi ki:
    Menim Bir Necha lahiyem var Ushaqlarla bagl Inshallah sizlerde qatilarsiniz
  9. Single Girl dedi ki:

    Leonel-207,
    beyendiyinize sevindim:)

    Leonel-207,
    beyendiyinize sevindim:)

  10. Leonel-207 dedi ki:

    COX GOZEL MOVZUDUR.TESHEKKURLER.

  11. Single Girl dedi ki:

    badi_Seba,
    deymez pesokum:)))

    GLINKA,
    hmm:)

    nilgun,
    tewekkur tatlim:)

  12. L_U_N_A_T_I_K dedi ki:

    xebere gore cox sagol

  13. nilgun dedi ki:

    wirinim cooxx sagol…. opucuk

  14. GLINKA dedi ki:

    gordunuz de forgencin geleceyini
    tedbire 3 yasinda qosuldu
    (tedbire gelen usagi deyirem )
    o da forgencin taleyidir
    cingiz forgenci ona tapsirdi userlerin yaninda

  15. merry-girl dedi ki:

    wirinim cooxx sagol….