Müsəlman Bakının məscidləri

M252;s601;lman Bak305;n305;n m601;scidl601;ri

“Azərbaycanda hər məscidin özünün stabil camaatı var”



Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi deyil. Azərbaycan paytaxtını islam mədəniyyəti ilə bağlayan tellər arasında birinci yeri məscidlər, pirlər və başqa müqəddəs ziyarət ocaqları tutur. Məscidlərin milli-mənəvi dəyərlər kimi qorunduğunu təsdiq edən başqa bir amil də var. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, təkcə Bakıda eyni vaxtda 4 məscid (Bibiheybət, Təzəpir, “Əjdərbəy” və “Cümə”) dövlətin birbaşa dəstəyi ilə əsaslı təmir olunur.



Bakıda təmir olunan ibadət mərkəzləri təkcə bunlarla məhdudlaşmır. Ölkə rəhbərliyinin tapşırığı və dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası da yenidən tikilib. XVII-XVIII əsrlərə aid olan Qala kənd məscidi isə ABŞ-ın Bakıdakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunub. Bunun üçün Amerika hökuməti 37 min dollar ayırmışdı.



12 yaşında atasından Quran oxumağı öyrənən Hacı Eldar bu yaxınlarda təmir olunan “Cümə” məscidinin layihə rəhbəridir. Deyir ki, Azərbaycanda məscidlərin sayı çox olsa da, sovet dövründə Azərbaycanda islama qadağa qoyulduğundan dini obyektlərin əksəriyyəti xarabalığa çevrilib. Yalnız dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycanda islama qayıdış dövrü başlayıb. Ancaq iqtisadi çətinliklər, uzun müddət davam edən ateizm ideologiyası məscidlərin yenidən bərpası elə son illərdə yada düşüb.



“Allaha şükür, indi xeyirxah insanların qazancı artdıqca, məscidlərə kömək etmək istəyənlərin sırası genişlənir. Prezidentin özü bir neçə məscidin əsaslı təmirinə kömək üçün göstərişlər verir. Bunlar cəmiyyətin, dövlətin islama, milli-mənəvi dəyərlərə olan münasibətinin göstəricisidir” – deyir, Hacı Eldar.



Məscidlərin təyinatını dəyişdiriblər



Bununla belə, məscidlərin indiki sayı islama qayıdışın yeni dövrünü yaşayan müsəlman ölkəsi üçün heç də çox deyil. Qafqaz Müsəlmanları İdarəsində deyirlər ki, hazırda Azərbaycanda 1700-dən çox məscid var. Ölkə üzrə bütün məscidlərin 90 faizə qədəri 1920-1930-cu illərədək tikilənlərdir. Ancaq hazırda bu məscidlərin əksəriyyəti demək olar ki, fəaliyyət göstərmir.



Dindarlar arasında müzakirə obyekti olan başqa bir məsələ isə məscidlərdə imamların təyinatı ilə bağlıdır. Həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə imamların vahid mərkəzdən təyinat olunmasını daha üstün tutur. Hazırda Azərbaycanda bütün məscidlərin imamlarını Qafqaz Müsəlmanları İdarəsi təyin edir.



Teoloq Hacı İlqar İbrahimoğlu isə bunun yanlış olduğunu düşünür. Onun sözlərinə görə, hər bir məscid konkret dini icmalara məxsusdur və həmin məscidlərin imamlarını da icmalar özü seçməlidir: “İmamlar hansısa seçkili orqanı təmsil etmir, onlar məmur deyillər. Dindarlar etibar etdikləri, inandıqları müsəlmanın arxasında namaz qılır. Ona görə də imamları məsciddə namaz qılanlar öz aralarından seçməlidir və buna heç bir dövlət və ya ictimai qurum müdaxilə etməməlidir”.



Rəsmi məlumata görə, Bakı şəhərində tarixi abidə kimi qorunan məscidlər və ibadət evləri də daxil olmaqla 140-a yaxın məscid var. Amma regionlarda olduğu kimi, paytaxtda da ibadət mərkəzlərinin böyük əksəriyyəti ya işləmir, ya da başqa istiqamətlər üzrə fəaliyyət göstərir. Belə ki, təxmini hesablamalara görə, Bakıdakı məscidlərdən yalnız 64-dən dini ibadət obyekti kimi istifadə edirlər.



Bununla belə, 1992-ci ildən bu ya Bakıda bir neçə yeni məscid tikilib ki, burada ibadətlə məşğul olanların sayı köhnə məscidlərdən əhəmiyyətli şəkildə fərqlənir. Bunlar “Şəhidlər” məscidi, “Hüseyniyyə” məscidi, “Cümə” məscidi və “İlahiyyat” məscididir.



QMİ-də deyirlər ki, hələ sovet dövründə məscidlərin bir çoxu mədəniyyət evi, klub, kitabxana, hətta ticarət obyektləri kimi istifadə olunub. Elə indinin özündə də 1700 məscidin bir çoxunda namaz qılınmır. Məsələn, İçərişəhərdəki 25 məsciddən yalnız 2-də namaz qılınır. Yerdə qalanları isə ya qapısı bağlıdır, ya da kitabxana, qədim əşyaların satışı obyekti kimi fəaliyyət göstərir.



Bunu məscidləri gəzərkən şahidi olduqlarımız da təsdiqləyir. Məsələn, İçərişəhərdə, “Qız qalası”nın yaxınlığında məscidin üzərindəki lövhədən buranın “Məktəb məscidi” olduğu görünür. Lövhədə həm də qeyd olunur ki, dövlət bu tarixi abidəni qoruyur. Amma maraqlıdır ki, orada nə molla, nə axund gözə dəyir. Daha doğrusu, bura qədim xalçaların satıldığı məscidlərdən biridir.



1078-ci ildə inşa olunan və İçərişəhərdə Mirzə Mənsur küçəsində yerləşən Həzrəti Məhəmməd məscidi də fəaliyyət göstərmir. İçərişəhərlilərin dediyinə görə, 18-ci əsrdə rus qoşunları Bakıya hücum edərkən məscidin minarəsini dağıdıblar. Həmin hadisə məscidə ibadətə gələnləri qorxutduğundan uzun müddət fəaliyyət göstərməyib.



Məsciddə internet?



Yeri gəlmişkən, istər Bakıda, istərsə də regionlarda qədim tarixə malik məscidlərin böyük əksəriyyəti mədəniyyət abidəsi kimi dövlətin hesabındadır. Hazırda fəaliyyət göstərən və yeni təmir olunan məscidlər isə dini adət-ənənələri əks etdirən kitablarla zənginləşdirilir. Məsələn, yeni təmir olunan Təzəpir məscidinin nəzdində muzey və böyük kitabxana fəaliyyət göstərəcək. Burada həmçinin müasir texniki avadanlıqlar da qurulur və bu iş yaxın vaxtlarda nəinki Bakıdakı, hətta bölgələrdə də davam etdiriləcək. Hətta məscidlərdə kompüter texnologiyalarından da istifadə ediləcək və ayrı-ayrı icmalar bir biri ilə internet vasitəsilə əlaqə saxlaya biləcəklər.



Tanınmış ilahiyyatçı Kənan Rövşənoğlu məscidlərin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasını nəinki təbii, hətta vacib sayır: “Məscid həm də müsəlmanlar üçün bir növ ictimai mərkəzdir. Hətta xilafət dövründə, əməvilərin, abbasilərin hakimiyyəti illərində məscid idarəçilik mərkəzi funksiyasını yerinə yetirib. Yəni ölkənin həyatına dair siyasi qərarlar məscidlərdə verilib və bu baxımdan məscid həm də ictimai toplantı mərkəzdir. İndi Azərbaycan dünyəvi dövlət olduğundan məscidlər ictimai mərkəz funksiyasını yerinə yetirə bilmir. Lakin bu, heç də o demək deyil ki, məscidlərdə internetdən istifadə edilməməlidir. Əksinə, müasir cəmiyyətdə hamı internetdən istifadə edirsə, dindarlar niyə kənarda qalsın?! İnternet bu gün həyatımıza daxil olubsa, deməli ondan istifadə etməliyik. Bunun ibadətlə heç bir ziddiyyəti yoxdur”.




1700-dən 32-si



Məscidlərin hansı dini icmalara məxsus olması ilə bağlı məlumatlar isə fərqlidir. Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsində deyirlər ki, hazırda ölkədə 534 dini icma fəaliyyət göstərir və bütün məscidlər həmin icmalara məxsusdur. Ölkədə fəaliyyət göstərən icmaların 65 faizə qədəri şiə müsəlmanlarına məxsusdur. Faktiki olaraq, 534 icmanın 32-si qeyri-islamidir.



Kənan Rövşənoğlu isə deyir ki, Azərbaycanda məzhəbi təsnifat aparılmadığından məscidlərin hansı dini icmalara məxsus olduğunu müəyyənləşdirmək çətindir. Ancaq onun sözlərinə görə, həqiqətən də ümumi bölgü üzrə məscidlərin 65 faizi şiələrə məxsusdur.



Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda bəzi məscidlərin, ibadət ocaqlarının ayrı-ayrı xarici qüvvələrin himayəsi altında olduğunu demişdi. Komitə sədri həmin məscidlərdə çalışanların hamısının Azərbaycan vətəndaşı olduğunu da söyləmişdi.



Türk, İran, ərəb məscidləri



Kənan Rövşənoğlu deyir ki, Azərbaycanda, xüsusən Bakıda İranın, Türkiyənin nəzarətində olan məscidlər var. Hətta bu məscidlərin əksəriyyəti həmin ölkələrin xeyriyyə qurumları tərəfindən tikilib. Məsələn, Türkiyənin Diyanət Vəqfi Azərbaycanda 40-a yaxın məscid inşa edib. Bundan başqa, İran hökuməti və ərəb fondlarının dəstəyi ilə də Azərbaycanda bir neçə məscid tikilib.



Kənan Rövşənoğlu deyir ki, hazırda normal qaydada fəaliyyət göstərən məscidlərin əksəriyyəti Bakıda və cənub bölgəsindədir. Onun sözlərinə görə, hazırda Bakıda müsəlmanlarının çoxu türklərin inşa etdirdiyi “Şəhidlər” məscidində, “Cümə” məscidi, “İlahiyyat” məscidi, “Məşədi Dadaş məscidi” və İran Mədəniyyət Mərkəzinin tikdirdiyi “Hüseyniyyə” məscidində qılır: “Bu məscidlərin əksəriyyətində, həm şiələr, həm də əhli- sünnələr ibadət edir. Digər məscidlərin isə özünün stabil camaatı var”.



İçərişəhərdəki “Cümə” məscidinin imamı Hacı İlqar İbrahimoğlu yeni məscidlərin ehtiyacdan deyil, hansısa diplomatik münasibətlərin əsasında tikilməsindən narahatdır. O, “Şəhidlər” məscidi, “İlahiyyat” məscidini türklərin məscidi kimi tanıdılmasını düzgün hesab etmir: “Mən istəməzdim ki, Azərbaycanda məscidlər hansısa təriqətlərin, icmaların adı ilə bağlansın. Bu, xoşagəlməz haldır. Məscid Allah evidir və ona münasibət də birmənalı olaraq, Allah evi kimi olmalıdır. Məscidləri hansısa ölkələrə, dini təriqətlərə aid etmək yanlış məsələdir”.

Single Girl

Şərhlər:

  1. SensizEfirdi dedi ki:

    Allah razi olsun senen bele xeberlerden cox xosum gelir ellerin derd gormesin

  2. Single Girl dedi ki:

    SensizEfirdi,
    SuLiKo,
    Admin,
    Suskun-Ruh,
    badi_Seba,
    Damla,
    L_U_N_A_T_I_K,
    HEKTOR,
    qan-donor,
    meymunka,
    personality,

    Tewekkurler:_)

  3. kotenka dedi ki:

    Allah sonumuzu xeyir etsin.Ocaq deyende siz kimleri ve ya neleri nezerde tutursuz?

  4. nilgun dedi ki:

    caann wirinimmm cooxx sagol ALLAH razi olsun senden opucuk

  5. Single Girl dedi ki:

    kotenka,
    meselen xristian dini var canim onlarda neye inanir?

    nilgun,
    Sendende gozelim:))))

  6. Leonel-207 dedi ki:

    Sitat: Damla
    ey muselmanlar Namaz qilin mecidlere gedin Allahdan gunahlarinizin bagislanmasini dileyin Allah bagislayandir bagislayar


    ALLAH RAZI OLSUN.LAZIMLI XEBER IDI.

  7. Single Girl dedi ki:

    Leonel-207,
    Allah hamimizdan razi olsun..

  8. e_s_k_a dedi ki:

    Аллах разы олсун иншаАллах

  9. Suphenallah dedi ki:

    Allah razi olsun

  10. Single Girl dedi ki:

    aznetin_gozeli,
    e_s_k_a,
    Suphenallah,
    opucuk

  11. personality dedi ki:

    tewekkurler. maraqli xeberdi

  12. meymunka dedi ki:

    Allah Rai olsun!Coooox sag ol….

  13. Crazy dedi ki:

    Allah razi olsun

  14. SuLiKo dedi ki:

    Urey uje sevgiden kecmisen dine?

  15. Admin dedi ki:

    Mescidlerin sayi artirilsa cox gozel olar….Cunki dunyanin axirina az qalib

  16. Suskun-Ruh dedi ki:

    ela xeberdiii Yorulmuyasan hemse bele xeberlerleee

  17. Badi_Seba dedi ki:

    Sitat: Admin
    Cunki dunyanin axirina az qalib

    faint scare
  18. Damla dedi ki:

    ey muselmanlar Namaz qilin mecidlere gedin Allahdan gunahlarinizin bagislanmasini dileyin Allah bagislayandir bagislayar dostik sag ol Allah razi olsun

  19. L_U_N_A_T_I_K dedi ki:

    Mence indiki Mescidder seherde xod geden abyektleri evezeleyir :((( xebere gore cox sagol

  20. HEKTOR dedi ki:

    Mescitlerin ne qeder cox olsa o qeder yaxsidi … xebere gore 1000 sagol

  21. qan-donor dedi ki:
    HMMMMMMMMM AMA BIZLERDE MESCIDLERE GETMAYI OZLERINE BEZI GENCLER AR BILIRLER
  22. SuLiKo dedi ki:

    Suskun-ruh… Imkan olar bir gun goruwek? Seninle balaca iwim var.

  23. SuLiKo dedi ki:

    Suskun-ruh… Imkan olar bir gun goruwek? Seninle balaca iwim var.

  24. a.shevchenko dedi ki:

    Sitat: Suphenallah
    Allah razi olsun