Su icmeyin 40sebebi

[hide]

Su içmək üçün 40 səbəb
Yer kürəsinin 71 faizini, insan bədəninin isə təxminən dörddə üçünü təşkil edən su həyatımız üçün də çox vacibdir.
Su həyat mənbəyidir.
Yer səthinin 71 faizini dənizlər, 25 faizini quru ərazilər təşkil edir. İnsan bədəninin 25 faizi qatı maddələrdən, 75 faizi isə sudan, mayedən ibarətdir. Beynimizin isə 85 faizi sudur.
Dünyanın yaranmasından öncə də su var idi və yaradılış tamamlandıqdan sonra da ilk həyat su ilə başladı.
Suyun həyatın ən əsas ünsürlərindən olduğunu bilirik. Sözü gedən maddənin faydalarının gerçək mənada üzə çıxarılması istiqamətində görülən işlərin, aparılan araşdırmaların həmin gündən sonra sürətləndiyini bilirdiniz?
İranlı həkim Doktor Firudin Batmangeldj suyun bir çox xəstəliklərə dərman olduğunu, insanın səhhətini yaxşılaşdırdığını həbsxanada qarşılaşdığı bir hadisə nəticəsində öyrənib: 1979-cu il İran inqilabı dövründə mən siyasi məhbus kimi həbsxanada idim. Bir gün məhkumlardan birinin həbsxananın koridorunda mədə sancıları ilə çapaladığını gördüm. Məni görən kimi: Mədəmdəki yara məni öldürür, – dedi. Bu sancıları azaltmaq üçün nə etmisən? – deyə soruşduğum zaman: – Üç ədəd Tagamet və bir şüşə antiasid qəbul etmişəm, amma bir təsiri olmadı, – söylədi. Doktor Batmangeldj əzab çəkən məhkuma qeyri-ixtiyari yardım etmək qərarına gəlir və ölümünün yaxınlaşdığını düşündüyü şəxsə iki stəkan su içirir. Amma bir müddət sonra gördüyü mənzərə onu təəccübləndirir. Məhkum çox keçməmiş ağrılardan azad olur. O gündən sonra Doktor Batmangeldj suyun şəfa verici təsiri üzərində çalışmalarına start verir. Həbsxanada olduğu 2 il yarım ərzində 3 mindən artıq mədə xorası olan xəstə məhkumu sağaldır. Təbii ki, dərman kimi yalnız sudan istifadə edir. Batmangeldjin azadlığa buraxılmaq vaxtı çatanda, o, həbsxana müdirindən xahiş edir ki, bir müddət də zindanda qalması üçün ona icazə versin: Mən bir az daha məhkum həyatı yaşamaq istəyirəm. Çünki araşdırmalarımın ən vacib mərhələsindəyəm. Bu qədər xəstəni dünyanın heç bir yerində, bu şərtlər altında tapa bilmərəm.
Beləliklə, Doktor Batmangeldj bir müddət daha könüllü həbsxana həyatı yaşayır və araşdırmalarını davam etdirir. Həkimin su ilə bağlı kəşfləri ilk olaraq İranian Medical Association (İran Tibb Assosiasiyası) tərəfindən yayımlanır.
Doktor Batmangeldj Xəstə deyil, susuzsunu kitabında bədənimizin tam 40 səbəbə görə suya ehtiyac duyduğunu açıqlayıb.
Həmin səbəblər aşağıdakılardır:
1. Heç bir canlı susuz yaşaya bilməz.
2. Susuzluq əvvəlcə bədənin funksiyalarını öz təsiri altına alır, sonra isə öldürməyə başlayır.
3. Su ən vacib enerji qaynağıdır.
4. Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə güc verir.
5. Su hüceyrələrin daxilindəki maddələri bir-birinə bağlayan yapışdırıcıdır.
6. DNK-nın zədələnməsinin qarşısını alan su onun bərpa olunması mexanizminin daha yaxşı fəaliyyətini də təmin edir. Beləliklə, yaranan anormal DNK sayı da azalır.
7. İmmun sisteminin bütün mexanizmlərinin mərkəzi sayılan sümük iliyini “xərçəng” də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı gücləndirir.
8. Bütün qidaları, vitaminləri və mineralları parçalayan əsas vasitədir. Su bədəndəki qidaları kiçik hissələrə ayırır, həzm olunmasında və son metobolizma mərhələsində vacib rol oynayır.
9. Su qidalara enerji verir və parçalanan qidalar həzm prosesi zamanı bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.
10. Su qidalardakı lazımi maddələrin sorulmasını sürətləndirir.
11. Bütün vacib maddələrin bədənə yayılmasına yardımçı olur.
12. Ağ ciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
13. Hüceyrəyə çatan su o hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağ ciyərə daşıyır.
14. Su bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qara ciyərə və böyrəklərə daşıyır.
15. Su oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.
16. Dehidrasiya (bədənin həddindən artıq su itirməsi) oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin toplanmasına gətirib çıxarır. Su isə bütün bunların qarşısını alır.
17. Su bağırsaqları ən yaxşı işlədən yağlayıcı vasitədir.
18. İnfarktın və iflicin qarşısını alır.
19. Ürəkdə və beyin damarlarında laxtalanmanın qarşısını alır.
20. Bədənin soyutma (tərləmə) və isitmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.
21. Düşünmək başda olmaqla bütün beyin funksiyalarının normal işləməsi üçün bizə güc və elektrik enerjisi verir.
22. Uşaqlarda və gənclərdə diqqətsizlik probleminə müsbət təsir edir.
23. Səmərəli iş əmsalını artırır və diqqəti gücləndirir.
24. Su dünyadakı digər bütün içkilərdən daha rahat tapılır və heç bir ziyanı yoxdur.
25. Stress, həyəcan və depressiyanın azalmasına kömək edir.
26. Su yuxunu tənzimləyir.
27. Yorğunluğun aradan qaldırılmasına yardım edir və bizə gənclik enerjisi verir.
28. Üz dərisini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir.
29. Gözlərə canlılıq və parlaqlıq verir.
30. Qlokomdan (göz xəstəliyi) qorunmamıza yardımçı olur.
31. İlikdə qan hüceyrələrinin artmasını sürətləndirir, qan xərçənginin və lenfoöma xəstəliyinin qarşısının alınmasına kömək edir.
32. Su bədənin infeksiya və xərçəng hüceyrələrinin yayılmaq ehtimalı olan bölgələrində immun sistemini gücləndirir.
33. Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır.
34. Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dalğalandırır və qan dövranı zamanı qatı maddələrin çökməsinə imkan vermir.
35. Su içdikdən sonra aclıq və susuzluq hisslərini ayırd etmək mümkündür.
36. Arıqlamağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan arıqlayın.Aclıq hiss etdiyiniz zaman çox yeməyin, amma susadığınız zaman doyunca su için.
37. Su hamiləlik zamanı ürək bulantılarını azaldır.
38. Zehni və bədən funksiyalarını bütünləşdirir. Qərar vermək və hədəfləri müəyyənləşdirmək bacarığını artırır.
39. Yaşlandıqca yaddaşın zəifləməsinin qarşısını alır. Parkinson, skeleroz və digər zehni xəstəliklərin əmələ gəlmə ehtimalını azaldır.
40. Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur.
Bir stəkan suyun faydaları bunlardır.
Suyun yuxarıda sadalanan faydalarını oxuduğumuz zaman Qurani-Kərimdə yer alan ayətin mənasını daha gözəl anlayırıq: Canlı olan hər şeyi sudan yaratdıq. Onlar hələ də inanmırlar? (Ənbiya, 30)

[/hide]

Ayselka

Şərhlər:

  1. Rena_786 dedi ki:

    belay belay Спасибо Ayselka, интересно было почитать forgenc forgenc

  2. love_krasotka dedi ki:

    Сагол Ayselka, forgenc forgenc yerivar yerivar

  3. Admin dedi ki:

    Ayselka heqiqeten cox mukemmel xeberdir elbet duwunuremki butun userlerimiz razi qalacaqlar

  4. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.ellerin var olsun… applause
  5. fanya_ya dedi ki:

    Chox saq ol xabara gora