Suya duwmuw telefonu xilas etmek

[hide]
Suya duwmuw telefonu xilas etmek

Suya düşən cib telefonları maraqlı üsullarla qurtarıla bilir.
İnternetdən alınan məlumatlara görə, islanan telefonların içindəki su, havayla çox çox təmas etmədən sürətli bir şəkildə təmizlənə bilsə cihazın yenidən çalışması mümkün ola bilir.
İstehsalçı firmaların, zəmanət əhatəsinə götürmədiyi islanma vəziyyətlərində istifadəçinin ilk olaraq, cihaz cərəyan mənbəyinə qoşulmuşsa qısa dövrə etməməsi üçün cərəyan mənbəyindən çıxarması deyilsə eyni riskdən ötəri cihazla batareyanın bir-birindən ayırması ardından da SIM kartı çıxartması lazımdır. Bir çox vəziyyətdə cihaz islansa belə SIM kartlar işə davam edir.
Cihazın batareyasnı və SIM kartı çıxarıldıqdan sonra quru bir bezlə sürətli şəkildə qurulanması lazımdır. Cihaz içərisindəki nəmin təbii bir şəkildə buxarlaşması vəziyyətində telefonun “xilas olma” ehtimalı daha çox var.
Cib telefonunun içərisindəki nəmi buxarlaşdırmanın ən yaxşı yolu, bir elektrik süpürgəsi ilə içinə, mühitdəki havanın üflənməsi ya da çəkiş xüsusiyyəti olan bir elektrik süpürgəsi ilə içəridəki havanın çölə çıxarılması. Ancaq saç qurutma maşınının istifadə edilməməsi lazımdır. Çoxu saç qurutma maşını, ‘soyuq üfləmə’ rejimində belə mühitdəki havadan daha isti bir havanı maşının içərisinə üflədiyi üçün inteqrə və lehimlərə zərər verə bilir. Bunun nəticəsində cihaza batareya qoşulduğu an telefon qısa dövrə edə bilir.
Qurulandığı halda içində hələ nəm olan cib telefonlarını tamamilə qurutmanın ən yaxşı yolu isə düyü dənələri ilə dolu bir qabın ortasına qoyub ağızını bağlamaq və ən az bir gün gözlətmək. Düyü dənələri mühitdəki nəmi sürətlə əmə bilir.
İstifadəçilərin, saç qurutma maşınları, mikrodalga sobalar və doğrudan günəş işığından qaçınması lazımdır. Cihazların “suya salınmadığı müddətcə” də spirtlə təmizlənməməsi lazımdır. Solvent məzmunlu olan spirt, cihaz içindəki plastik əlaqələri əridə bilir. Bunun yerinə “Denature” spirt istifadə edilə bilər.
Telefonunu dənizə salanların, cihazı sudan çıxarıb bu səfər şirin suya buraxmaları daha sonra oradan da çıxarıb qurulamaları lazımdır. Çünki duzlu su saxladığı kristallardan ötəri cihazın bəzi parçalarına zərər verə bilir.
Bir çox istifadəçinin, suya saldığı üçün işləməyən telefonlarını dəyişdirmək istəyələrinin ardından istehsalçı firmalar, uzun bir müddətdir cihazın həm xaricinə həm də içinə zəmanət etiketləri yerləşdirməyə başladı.
Su ilə təmas etdikləri zaman rəng dəyişdirən bu etiketlər sayəsində səlahiyyətli xidmət, telefonun içini açmadan belə suya düşdüyünü anlaya bilir. Bir çox telefonun içində də gizli işarələr var. Bu işarələr, telefon islandıqdan sonra xaricindəki etiket dəyişdirilsə belə cihazın islandığını təsbit edə bilir

Fikirlerinizi bildirmeyi unutmayin!!!

[/hide]

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    MAraqli idi mende bir defe duwdu suya sonra oz ozune kameraya duwurdu sonra 30 manat verdim duzeltdirdim xi xi xi)))

  2. Emo_Girl dedi ki:

    tesekkurler xebere gore

  3. merry-girl dedi ki:

    Cox sagolun ellerinize sagliq

  4. _AyDaN_ dedi ki:

    lazimli xeberiydi tkr

  5. BadBoy dedi ki:

    Ayselka spasibki tebe za trud!!!

  6. aznetin_gozeli dedi ki:

    hmmmmmmmmmmmmmmmmmmmmmmm

  7. Devil_666 dedi ki:

    melumata gore saqolun twkler

  8. AYSANKA dedi ki:

    maraqlidi telikim suya duwende ne vaxtsa gelib burdan meslehet alaram

  9. Sip_Sirin dedi ki:

    Bunlari ozunde oxu tel.xilas et wink

  10. love_krasotka dedi ki:

    Сагол forgenc

  11. Rena_786 dedi ki:

    Cox sag ol))) smile

  12. Aelita dedi ki:

    suya dusmus telefonu xilas etmek ucun elivi saliib sudan goturursen i fso roll