Soz asiqlerei ucun
Hər yerdə qarşıma çıxırsan mənim,
Hər zaman gözümün önündəsən sən,
Sənə deməsəm də,belə etməyin
Nədənsə yamanca xoşuma gəlir
Arxamca gəlməyin xoşuma gəlir
Dalımca baxmağın xoşuma gəlir
Mən deyə bilmərəm “Sevirəm səni”
Səninsə sevməyin xoşuma gəlir
****
Səni qısqandırmaq,əsəbi etmək
Özündən çıxarmaq xoşuma gəlir
Acıqli baxırsan,mənsə gülürəm,
Belə hirslənməyin xoşuma gəlir
Hər kəsin fikrincə insafsızam mən,
Hər kəsin sözüncə çox qəddaram mən
Ancaq neyləyim ki,bax beləyəm mən
Səni incitməyim xoşuma gəlir
****
Hər kəsdən gizləyib,saxlasam da mən
“Gözümə görünmə”-söyləsəm də mən
Görəndə üzünə baxmasam da mən
Məni izləməyin xoşuma gəlir
Dostlarım,məhəbbət nədir?bilmirəm
Bəlkə də aşiqəm ,ya da sevirəm
Nə yalan danışım düzünü desəm
Məni qısqanmağın xoşuma gəlir
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Düşübdür yadıma xatirələrin…
Həsrət öz qoynuna məni alarkən
Sevdalı gözlərim yaşla dolarkən
Oğrun bir baxışa möhtac qalarkən
Həsrətin çəkirəm sənli günlərin
Düşübdür yadıma xatirələrin….
****
Səninlə biz nələr-nələr yaşadıq
Sonsuz sevinc payı,kədər yaşadıq
Demək o sevinci hədər yaşadıq
Eşqimiz olmuşdu dəryadan dərin
Düşübdür yadıma xatirələrin….
****
Hər gün küsüşərdiy-barışardıq biz
Leylidən-Məcnundan danışardıq biz
Bəzən çoxlarından soruşardıq biz :
“Gözləri kordurmu sevgililərin?”
Düşübdür yadıma xatirələrin….
****
Sən özgə evində,mənsə özgənin
Məhəbbət ruhuma kəsilib qənim
Sənsiz bir gəmiyəm,yoxdur yelkənim
Ömrümdə görünər ömürlük yerin
Düşübdür yadıma xatirələrin…
Yenilənib:
Sevdalı gцzlərim yaşla dolarkən
Oğrun bir baxışa mцhtac qalarkən
Həsrətin зəkirəm sənli gьnlərin
Dьşьbdьr yadıma xatirələrin….
tskur
Cox sagol Askim
cox sag ol!
sag olun
Cox sag Olun Minnetdaram size!!!
Derin menali sozlerdir.
Gozel nitqiniz ve dusunceniz var.