Sabir – Ey fələk, zülmün əyandır…

Sabir - Ey f601;l601;k, z252;lm252;n 601;yand305;r...

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün eşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah!

Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhbu səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət:

biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər məhtü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…

Budur aləmi-nisvan!

Budur hali-müsəlman!

Gərəkdir edə məhdud

Öz övladını insan!

Sən, əmma, hələ qanma!

Inanmırsan, inanma!

Fərəhlən əməlindən,

Utanmırsan, utanma!…

PunishMent

Şərhlər:

  1. GLINKA dedi ki:

    supppa
    amma sepkili ser formasinda olsa da gerek sen onu misralar seklinde yazardin
    ela soz tapmiram
    yaxsi davulla demek olar bunu

  2. Single Girl dedi ki:

    Sabirin bir cox weirlerini bilirem amma bu weiri birinci defe idi oxumuwam
    Sən, əmma, hələ qanma!
    Inanmırsan, inanma!
    Fərəhlən əməlindən,
    Utanmırsan, utanma!…

    Tewekkurler

  3. Angelocka dedi ki:
    PunishMent
    Cooooooxx sagol dostik..Minnetdaram..Ellerine sagliq..Coox xowuma geldi..Superr…Ne deyim bilmirem mukemmell:)) angel
  4. Leonel-207 dedi ki:

    Sitat: aznetin_gozeli
    allah sabire rehmet eylesin!


    AMIN.

  5. personality dedi ki:

    Sən, əmma, hələ qanma!
    Inanmırsan, inanma!
    Fərəhlən əməlindən,
    Utanmırsan, utanma!…

    1ci defdi oxudum bu weri. oxuyanda qafiye oz ozune yaranir ele bil. soz tapa bilmirem.eladi

  6. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerin agriamsin.

  7. aznetin_gozeli dedi ki:

    applause ok

    allah sabire rehmet eylesin!
  8. SuLiKo dedi ki:

    maraqlidi thanks

  9. GLINKA dedi ki:

    badi_Seba,
    he eladir eeee
    superdir adama lezzet edir

  10. Badi_Seba dedi ki:

    BU SERBEST WEIRDI..MEN BUNU EZBER BILIREM…OZUDE BUNUN DEYILIW QAYDASI VAR…COX TEWEKKURLER…

  11. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team