2 şeir

Gözümün önündə sən, nə yaman qocalırsan?
Deyəndə ağrıyıram, gizlicə ağlayırsan.
Ağlayanda ay ana, qəlbimi dağlayırsan.
Tanrıdan diləyimdir sənsiz olmasın günüm,
Sənin qoynunda keçsin, hər saatım, hər ilim.
Ana səndən ayrılanda, itirirəm özümü.
İstəmirəm bircə an sən, məndən küs, ya inci,
Heç bir övlad çəkməsin, gizli ana həsrəti.
Tanrıdan diləyimdir, sənsiz olmasın günüm.
Sənin qoynunda keçsin, hər saatım hər ilim.
Dünyada nəğmə çoxdur, laylan kimisi yoxdur.
Deyirlər övlad şirin, ana tək şirin yoxdur,
Tanrıdan diləyimdir, sənsiz olmasın günüm,
Sənin qoynunda keçsin, hər saatım hər ilim
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dostum
Günlərin bir günü ömrümə gəldin..
Bir əziz dost kimi qapımı döydün.
Elə bil hər zaman sən mənimləydin…
O vaxtdan ürəyim sevinclə dolur,
O gündən hər günüm mənalı olur.
O vaxtdan soyuq qış çevrilib yaza,
Boranlı havalar dönüb ayaza,
Təbiət yenə də başlayıb naza,
Ömrümün bağında çiçəklər açır,
Qəlbim də Günəştək şəfəqlər saçır
Sən gəldin ömrümə çətin zamanda,
Həyata sevgimi itirən anda.
Yox idin nə yadda, nə də gümanda,
O vaxtdan sən oldun mənim sirdaşım,
Yenilənib:
coooox xowuma geldi en esas da dostum weri.Men bu weri oxuyanda Chingiz yadima duwdu.:))))
Ayala cox sag ol dostum Sevindim ki BIr dost kimi yadindayam.Coox sag ol
..::Askim::..,
ANA ve DOSTLUQ muqeddes bir quvvedirler.BUna gore sene minnetdaram cox sag ol
GulkA_HOSTed,
cox sagol canim :)))
xebere gore TSKUR

Tesekkurler ela
..::Askim::..cox sag ol!
Dostum и ANA супер стихи. Спасибо))
GulkA_HOSTed,
pasibki radnaya
sag olun dostlarim
Ana Mugeddesdir Cox sag Olun Minnetdaram!!!
Derin menali sozlerdir.
Gozel nitqiniz ve dusunceniz var.