Sevgi

[HIDE]
Sevgi

Sevmək bölüşməkdir. Sevdiyi ilə sevgisini bölüşməkdir. Sevdiyi ilə qəlbini bölüşməkdir. Sevmək ki tək qəlb yaransın.

Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.

Sevməkdə istəmək yoxdur. Sevgilinin olduğu yerdə bitər bütün istəklər. Bir şey vardırsa istədiyin bu sənin üçün deyil, sevgili üçün istədiyindir. Ondan onun adına istəyərsən. Onu daha sonsuzadək sevə bilmək üçün istəyərsən. Sevmə azadlığını istəyərsən və bunu qəbul etməyini istəyərsən. İstəyərsən amma bir gün gələr bu istəklər də sona çatar. Özün özündən istəyərsən artıq. Sevdiyini daha çox sevmək istəyərsən özündən. Əbədi yaşatmaq istəyərsən.

Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə bilməkdir.Sevmək sevdiyini istəməməyi öyrənməkdir. Sevmək sevdiyini sevgili olduğuna görə sevməkdir.

Sevmək, gözləməməkdir. Gözləmələrin sona çatdığı bir yerdir. Elə bir yer ki bütün həqiqətlər, bütün dünya silinər. Nə Ondan başa düşməsini gözləyərsən, nə də onu başa düşməyi. Nə onun gəlməsini gözləyərsən, nə də onun Leyli, Məcnun olmağını. Gözlədiyin başqa bir şey yoxdur sevə bilməyi bacarmaqdan başqa.

Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!

Sevmək sevgilinin limanı olmaqdır. Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.

Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.

Sevmək, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir. Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır. [/HIDE]

Firuze

Şərhlər:

  1. fanya_ya dedi ki:

    Fotka super xabarsa chox xoshuma galdi

  2. gozel dedi ki:

    bəziləri ilə razıyam

  3. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  4. Admin dedi ki:

    nuri4ka,
    ))))
    badi_Seba,
    elaaa Cox gozel sozlerdir

  5. Badi_Seba dedi ki:

    • Sensizlik sessizlik demek. Sessizlik ölüm demek. Yashayarken ölmek, seni sevib sensizlikle yashamaq demek. Demek ki, yashamaq üçün sevmek, sevmek üçünde sen gereksen. Buda menim sevgi haqqinnda olan fikirim…..

  6. nuri4ka dedi ki:

    sevgi poxdur!yemeyen yoxdu!))
    ..::Askim::.. cox sag ol!

  7. Sip_Sirin dedi ki:

    Cox sagol tesekkurler

  8. Admin dedi ki:

    Elaaa ForGenc RULIT)))