Guinness rekordlari


 

1995-ci ildə Kobe şəhərində (Yaponiya) baş vermiş 7,2 ballıq zəlzələ nəticəsində 6400 nəfər vəfat etmiş, 27 000 nəfər xəsarət almış və 106 000 bina zədə almışdır. Ümumiyyətlə dəyən ziyan 100 milyar $ dəyərində hesablanmışdır.

Mərkəzi Amerikada yaşayan balaca parlaq qurbağalar dünyada ən zəhərli qurbağalar sayılır. Beləki belə bir qurbağanın zəhərindən 10 nəfər vəfat edə bilər.

155-145 milyon il eramızdan qabaq yaşamış Diplodok ən uzun quyruğu olan dinozavr olmuşdur.
 

Afrika düzənliklərində rast gələn straus (struthio camelus) yerüstü quşlar arasında ən sürətlisidir. Beləki onun sürəti ― 72 km/saat-dır. Onun bir addımının uzunluğu isə – 7,01-dir.

 
İngilis Filla Vilera saxladığı, Tobi 3 adlı dovşanın qulaqları bütün dovşanlar arasında ən uzunlarıdır. Beləki qulaqların uzunluğu ― 75,6 sm, eni isə ― 18,24 sm-dir.

 
Yaponiya firması olan “Honda” firmasının istehsalı olan “Akkard EX Sedan” avtomobili dünyada ən ekoloji təmiz avtomobil hesab edilir.

 
2000-ci ildə “Ekonomist” jurnalının keçirdiyi araşdırmalara görə yaşayış səviyyəsinin inkişafına görə dünyada ən varlı şəhər Tokio (Yaponiya) hesab edilir.

 
Dünyada ölkələr arasında ən çox pivə 1998-ci ildə Çexiyada içilmişdir. Beləki həmin il 1653 milyon litr pivə içilmişdir. Hər bir vətəndaşa 160 litr pivə düşür

 
14 iyun 2000-ci ildə “Karindiru” (San-Paulu, Braziliya) türməsində 120 dustağın toy mərasimi keçirildi. Bunun üçün dustaqxananın 6-cı bloku müvəqqəti kilsəyə çevrilmişdir.

 
6 avqust 1945-ci ildə Xerosimada (Yaponiya) atom bombasının partlayışı nəticəsində 155 200 nəfər insan vəfat etmişdir. Atılan atom bombasının uzunluğu – 3,04 metr, çəkisi isə – 4080 kq idi.

 
1991-ci ilin fevral ayında kulinariya məktəbi olan “Qremi Provinsial”-da (Barselona, İspaniya) hündürlüyü 13 metr, eni ― 2,5 metr çəkisi isə ― 4 ton olan şokoladdan gəmi hazırlanıb.

 
1998-ci ilin may ayında “Kolumbiana Karia Senter”-in ( Lisbon, ABŞ) tələbələri tərəfindən uzunluğu ― 2,99 metr eni ― 1,33 metr olan siçan tələsi hazırlanıb.

Dünyada ən zəngin miniatür maşın kolleksiyası ― Saha Məhd əl Zaroniyə (Dubay) məxsusdur. Onun kolleksiyasında ümumi dəyəri 3 milyon $ olan 1500 maşın saxlanılır.

 
Dünyada ən zəngin miniatür təyyarə kolleksiyası ― Robert Xempfriyə (ABŞ) məxsusdur. Onun kolleksiyasında 1642 təyyarə saxlanılır.

18 mart 1997-ci ildə Devid Levi (ABŞ) dünyada ən balaca klaviaturanı patentləşdirdi. Bu klaviaturada 64 klavişa vardır. Klaviaturanın ölçüləri isə ― 7,62×3 sm.

Demək olar ki, vaxti ilə bütün dünyanı bürümüş virus “I love you” virusudur. Bu virusa dünya üzrə 3,1 milyon kompüter yoluxmuşdur. Bu virus e-mailə düşdükdə avtomatik olaraq adres kitabında olan bütün ünvanlara göndərilir.

Dünyada ən böyük internet kafe (klub) Tayms-Skverdə (ABŞ) yerləşən “EasyEverything” internet kafesidir. Burada 760 kompüter vardır.
FIKIRLERINIZI BILDIRMEYI UNUTMAYIN!!!

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    İngilis Filla Vilera saxladığı, Tobi 3 adlı dovşanın qulaqları bьtьn dovşanlar arasında ən uzunlarıdır. Beləki qulaqların uzunluğu ― 75,6 sm, eni isə ― 18,24 sm-dir.

    UYDAAA)) belay

  2. Sip_Sirin dedi ki:

    Maraqlidirlar.menim xeberim yoxdu bunlari hardan qoyursan hmmm?

  3. Rena_786 dedi ki:

    спасибо Ayselka… Интересная новость.. : forgenc

  4. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  5. Avtosh_227 dedi ki:
    tewekkurler.ellerin var olsun… applause