Sahibsiz sevgi mektubu

Sahibsiz sevgi mektubu

Bilirəm oxumayacaqsan, amma yenə də yazıram. Oxumayacaqsan, çünki göndərməyəcəm. Bəlkə otağımın bir küncündə, bəlkə geymədiyim bir köynəyin cibində tapacaqlar illər sonra. Kimisi sevgi məktubu deyəcək, kimisi ümid dolu bir məktub… Kimisi cümlələrin qəlbən yazılışına heyran qalacaq, kimisi sualların sərtliyi ilə təsirlənəcək… Hal-hazırki bir kağız olmayacaq indi əlimdə tutduğum kağız. Bəzi hərflər oxunmayacaq, bəzi sorğu işarələri də həmçinin. Kimisi sorğularımı xəyallar kimi anlayacaq. Nöqtələrim belə silinəcək. Bu gün bitirdiyimi sandığım bir çox xatirələrdən bitməmiş cümlələr qalacaq illər sonra… Səni hökmən suçlayacaqlar. Mənim özümü günahlandıran ifadələrimdən belə, mənə acıyan çıxacaq. Bu məktubumu oxuyanlar sənin gözəl olduğuna dair hökm edəcəklər. Hətta gözəl belə deyilsən anlamlı olduğunda həmfikir qalacaqlar. Səni sevdiyimi düşüncələrinə belə gətirməyəcəklər. Amma sənin məni sevib sevmədiyin məsələsində biri-biriləriylə mübahisəyə girəcəklər. Sən oxumayacaqsan, amma oxuyacaqmışsan kimi yenə də yazıram. Yazdıqdan sonra cırıb atmağı da düşünürəm. Amma ağlımda başqa fikir. Amma xeyir, saxlayacam.

Oxumamış olsan da kəlmələrimi sevdiyimi bilirsən. Sevdiyim üçün, mənim sənə bu məktubu yazdığımı hiss edəcəyini bilirəm. Mən yazarkən içinin ürpəkdiyini, gülən üzünün hüznləndiyini, danışan dilinin susqunlaşdığını, ağlının qarışdığını, qəlbinin həyəcanla atdığını hiss edirəm. Bəlkə sırf bu səbəbdən yazıram. Sanki bu yazılarımla sənə toxunuram. Sanki kağızı qatlamaq deyil, sənə sarılıram. Məktubu saxlamayıb sanki səni unutmağa çalışıram. Xeyir, oxumayacaqsan. Göndərməyəcəm, çünki adresin yoxdur. Bəlkə poçtalyona versəm səni tapar. Amma öncə məni çox yaxşı tanıması gərək. Mənim də onu. Tanıması kifayət etməz məni anlaması da həmçinin şərt. Mənim də onu. Mənim üçün sənin necə anlam ifadə etdiyini yaxşı bilməsi gərək. Bilməlidir ki, səni tapa bilsin. Bilməlidir ki, səni tapmaq ayaqlarını yormasın, ağlını çaşdırmasın. Bu məktubu göndərməyəcəm. Çünki sahibini bilmirəm. Səni sevirəm amma kimsən bilmirəm. Nə üzünün simasını, nə səsinin tonunu, nə oturduğun evin mənzərəsini. Hansı vurğuyla çıxar dilindən sevgin? Hansı rəngləri sevirsən? Məktub alınca nə hiss edərsən? Səni qorxudan bir qapı zənginin səbəbi olmaq istəmirəm. Mənim necə biri olduğumu sən zənn edə bilməzsən.

Bu məktubu göndərməyəcəm. Çünki mən yoxam. Göndərməyəcəm… Çünki sən də yoxsan!

Crazy

Şərhlər:

  1. BalaM dedi ki:

    Cox interesnen oxudum..Sagol cray

  2. BLACK STAR dedi ki:

    sob exxxxxx…..

  3. girl_from baki dedi ki:

    sagol bidenem yaxsidi

  4. Crazy dedi ki:

    Reshad_24,
    Cox sag ol lazim deyil.bu hekaye mene aid deyil

  5. Night---Wolf dedi ki:

    Зьnki mən yoxam. Gцndərməyəcəm… Зьnki sən də yoxsan! hmmmmmmmm…. twk….

  6. Single Girl dedi ki:

    ehhhh:(((((((((

  7. a.shevchenko dedi ki:

    sagollllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
    llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
    lllllllllllllll super

  8. nilgun dedi ki:

    caann baciwkam coxx sagoll :(((( ellerine salikk wirinim cray

    Bu mektubu gondermeyecem cunki men yoxam……..gondermeyecem cunki, sen de yoxsaaannnn !!!

  9. Reshad_24 dedi ki:

    ne yaman ureknen ve tesirli yazmisan Allah qovusdursun seni amin!
    isteyirsen telekanallarin birine ver axtarib tapsinlar hemin adami

  10. HEKTOR dedi ki:

    Bu məktubu gцndərməyəcəm. Зьnki mən yoxam. Gцndərməyəcəm… Зьnki sən də yoxsan!

    ;((((((((((((((((((((((((((((((((((((((((((((((((((((((( XEBERE GORE SAGOL….

  11. Dj ExTrEmE dedi ki:

    Sagol Baciw Ela Men Hiss Ediremki Seni Bunu Yazanda nece kovrelmisen sagol !


    Bu məktubu gцndərməyəcəm. Зьnki mən yoxam. Gцndərməyəcəm… Зьnki sən də yoxsan!

  12. Melekcik dedi ki:

    chox sag ol eladiyee cry

  13. Suskun-Ruh dedi ki:

    Cingiz Allah Rehmett elesinn Sevgi hansi Sevgiydii Mamasii Kamaz Soferii ??

  14. Leonel-207 dedi ki:

    Uzaqlıqlar kiзik sevgileri yox edir, bцyьklerini ise ucaldır. Eynile kьleyin şamı sцndьrьb alovu alovlandırdığı kimi.

    XEBERE GORE COX SAG OL.

  15. aznetin_gozeli dedi ki:

    sevgi…sevdiyin seni sevende gozel olur bu hiss.

    tewekkur

  16. Admin dedi ki:

    Bu məktubu gцndərməyəcəm. Зьnki mən yoxam. Gцndərməyəcəm… Зьnki sən də yoxsan!

    CUNKI SEVGI OLUB ARTIQ BU INSAN UCUN

  17. milaya dedi ki:

    Sevdiyim ьзьn, mənim sənə bu məktubu yazdığımı hiss edəcəyini bilirəm. Mən yazarkən iзinin ьrpəkdiyini, gьlən ьzьnьn hьznləndiyini, danışan dilinin susqunlaşdığını, ağlının qarışdığını, qəlbinin həyəcanla atdığını hiss edirəm. Bəlkə sırf bu səbəbdən yazıram.

    emeye twk.

  18. FeGo dedi ki:

    Tesekkurler Sahibi tapilar inwallah =)