KerA – 6 saat

KerA - 6 saat

Gecə saat 2-ə işləyib. Saniyələr tələsir. Sanki tələsməsə fəlakət baş verər. Mən…Mənsə oturmuşam otağımın divarlarını gözəl bir mənzərə kimi seyr edirəm. Radio açıqdır, kimsə nəsə danışır. Heç onu dinləmirəm.
Fincandakı soyuq çayı içdikcə qəlbim bir az da soyuyur.
Otağımda hər şey yerli yerindədir. Amma yenə də ürəyimi sıxan nəsə var.
Bilmirəm…
Artıq cavabsız suallardan bezmişəm.
– Mən kiməm?
Yenə bu sual… Məncə mən mənim mənə verdiyim ən pis hissəm.
Artıq gecə gedir. Amma gələcək. Çünki mən dərdimi yalnız ona danışa bilirəm. O, sakitdir. Heç dinib, danışmaz. Məni çox sakit və təmkinlə dinləyib gedir. O mənim sahib olduğum yeganə sevgidir.
– Bəs qalan insanlar?…
– Yox !.. Mən onlar üçün sadəcə gülüş hədəfiyəm. Onlar mənə gülürlər. Amma özlərinin gülünc vəziyyətdə olduqlarını görmürlər.
Artıq Günəşin gətirdiyi səhər otağımdan gecəmi qovur. Gecəm məni tərk edir. Amma dönəcək. Dönəcək mənim yeganə sirrdaşım. Məni dinləmək üçün mütləq dönəcək.

PunishMent

Şərhlər:

  1. Damla dedi ki:

    sag ol ela tesekkurler

  2. HEKTOR dedi ki:

    TWK…………………..

  3. NoNaMe_ dedi ki:

    Eslinde belkede menimde yegane sirdawim gecelerdi herden olur oz ozume daniwiram ne bilim kera-nin dediyi kimi belkede gece ile daniwiram ve o meni sakit dinleyir

  4. nilgun dedi ki:

    menimde en yaxin dostum GecelerdiR………… yaxwi gunumdede, pis gunumdede mene en yaxinn Geceler olub…… indide eledi…..ve deiwmeyecek……

    meqaleye gore cooxxx sagoll :)))) super idi :))))

  5. meymunka dedi ki:

    – Mən kiməm?
    Yenə bu sual… Məncə mən mənim mənə verdiyim ən pis hissəm.
    Artıq gecə gedir. Amma gələcək. Зьnki mən dərdimi yalnız ona danışa bilirəm. O, sakitdir. Heз dinib, danışmaz. Məni зox sakit və təmkinlə dinləyib gedir. O mənim sahib olduğum yeganə sevgidir.

    Maraqli idi,Thankssss

    – Mən kiməm?
    Yenə bu sual… Məncə mən mənim mənə verdiyim ən pis hissəm.
    Artıq gecə gedir. Amma gələcək. Зьnki mən dərdimi yalnız ona danışa bilirəm. O, sakitdir. Heз dinib, danışmaz. Məni зox sakit və təmkinlə dinləyib gedir. O mənim sahib olduğum yeganə sevgidir.

    Maraqli idi,Thankssss

  6. Reshad_24 dedi ki:

    herden olur insanin cetin anlarinda ama sebr etmek lazimdir

  7. Leonel-207 dedi ki:

    BEYENILSIN.MARAQLI HEKAYE UCUN TESHEKKURLER.

  8. Suskun-Ruh dedi ki:

    goell meqaledii Heiqetenn Alqislarr

  9. aznetin_gozeli dedi ki:

    bu xeberin super. xususile soyumus cayin icimlesinin qelbini daha da soyutmasi hisseis cox xosuma geldi

  10. qan-donor dedi ki:
    hm aydindir Kera yeri varrr