SALAM


 

SALAM

“Kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az adam çox adama, minikdə olan piyadaya, yoldan keçən dayanmış adama, dayanmış adam da oturmuş adama salam versin”.
Hər gün neçə-neçə insanlarla rastlaşırıq, neçə-neçə insanlarla ünsiyyət qururuq. Bəs insanlarla rastlaşanda, ünsiyyətə başlayanda necə başlayırıq? Nə deyirik? Bəlkə bir çoxları bunu unutsa da, çoxları buna çox önəm verir ki, bu da “salam” kəlməsidir. İmam Sadiq (ə) söyləmiş: “Salam hər bir kəlamdan qabaqdır”.
Bu kəlməni gün ərzində dəfələrlə dilimizə gətiririk. Amma bu sözün nə qədər əhəmiyyətli və bizim üçün önəmli olduğunu heç düşünən olubmu? Öncə bu sözün mənasına nəzər salaq: “Salam” – ərəbcədir. Müsəlmanların “əs-səlamu əleykum” (“sizə sülh və əmin-amanlıq olsun”) salamından irəli gələn əmin-amanlıq və firavanlıq arzusunun ifadəsidir. Buna cavab olaraq “və əleykum əs-səlam” (“sizə də sülh və əmin-amanlıq olsun”) və yaxud daha geniş səpkidə “və əleykum əs-səlam və rəhmətullahi və bərəkətuhu” (yəni, “sizə də sülh, əmin-amalıq, Allahın rəhməti və xeyir-duası olsun”) deyə cavab verilməlidir. Yəni, gün ərzində işlətdiyimiz bu beş hərfli, görünüşcə çox kiçik, lakin mənaca çox dərin olan bu söz əslində bir-birimizə etdiyimiz xeyir-duadır. Bunu da qeyd edim ki, “islam”, “müsəlman” sözləri də məhz elə “salam” sözünün kökündən əmələ gəlib.
Quranda qeyd olunduğu kimi, Allah-Təala salama çox böyük önəm verir: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz ki, Allah hər şeyi hesaba alandır!” (surə 4, ayə 86).
Salam Allah kəlamı olmaqla yanaşı həm də Allahın gözəl adlarından biridir. Bəs belə olduğu halda bu gözəl sözü necə dilə gətirməmək olar?
Salam verməklə yanaşı, salamı almaq da çox önəmlidir. İmam Əli (ə): “Salam 70 həsənədən (savabdan) ibarətdir: 69-u verənin, 1-i isə salamı alanındır”.
Deməli, kimsə sizi salamladığı zaman sizə savab qazandırmış olur. Bir kimsənin salamını almamaq isə o şəxsə deyil, Allahın buyurduğuna hörmətsizlik etmək deməkdir. Peyğəmbərimiz (s) buyurmuşdur: “Kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az adam çox adama, minikdə olan piyadaya, yoldan keçən dayanmış adama, dayanmış adam da oturmuş adama salam versin”.
Rəvayətlərə görə Muhəmməd peyğəmbərin (s) özü hətta uşaqlara salamı birinci verərmiş. Bu haqda da bizə belə bir nəsihət vermiş: “Beş şeyi ölənədək tərk etmərəm … uşaqlara salam verməkdir ki, (bu iş) məndən sonra bir sünnə olsun”.
Salamla bağlı bəyənilən əməllərdən biri də Allahın Rəsuluna (Muhəmməd peyğəmbərə (s)) salam göndərməkdir. “Mənə salam göndərən üçün qəbirdə bir nur var, Sirat körpüsündə bir nur var, və behiştdə bir nur var”, – söyləmiş peyğəmbərimiz Muhəmməd (s).
Görün bu beş hərfli söz nə qədər hikmətli imiş, nə qədər xeyirli və bərəkətli imiş. “Allahin adı yad olunmadan və mənə salam salavat göndərilmədən başlanan söz nəticəsiz qalar, xeyir və bərəkətdən uzaq olar”, – buyurmuş Muhəmməd peyğəmbər (s).
Bu sözü hər kəs gündəlik həyatında işlədir. Lakin bu sözün mənasını, yaxud bu sözü işlətməklə nə qədər savab qazandığını, Allahın razılığını qazandığını bilirmi? Həzrət Muhəmməd peyğəmbər (s): “Məğfirət səbəblərindən biri də salam vermək və gözəl danışmaqdır”.

milaya

Şərhlər:

  1. memi_ dedi ki:

    allah razi olsun,cox sag ol

  2. milaya dedi ki:

    fikrimce, bu xeberden sonra hami daha diqqetli olar salam vermekde ve almaqda. bununla biz hem savab qazaniriq, hem de kiminse savab qazanmasina vesile oluruq.
    Allah razi olsun haminizdan– xeberi redakte eden adminden ve xeberi oxuyub werh yazanlardan.

  3. Crazy dedi ki:

    Cox sag ol Allah savaba yazsin

  4. GLINKA dedi ki:

    kichik sriftler gozumu agridir kopyaladim oxuyacam mutleq

  5. Reshad_24 dedi ki:

    milaya gozel xanim bunu coxdan yazmali idin qoy bu xeberini mene sual veren shevcenko oxusun \"salam aleykum\"sozunun menasin gorsun.
    cox gozel ve yerinde olan melumatdir allah evezin verer o dunyada insallah

  6. Leonel-207 dedi ki:

    HAMIYA SALAM OLSUN

    ALLAH RAZI OLSUN!!!

    \"Bцyьk gьnahlar; Allaha ortaq qoşmaq, ana və ataya qarşı gəlmək, adam цldьrmək və yalan yerə and iзməkdir.\"

  7. L_U_N_A_T_I_K dedi ki:

    Xebere gore cox sagol kicik olsanda Salamini ver ve qarshi terefe onnan boyuk oldugunu bir daha subut et !!!

  8. aznetin_gozeli dedi ki:

    Kiзiklər bцyьklərə, bir nəfər iki nəfərə, az adam зox adama, minikdə olan piyadaya, yoldan keзən dayanmış adama, dayanmış adam da oturmuş adama salam versin”.

    savab baximindan he canla-basla edek bunu.Amma sen bilirsen ki, bezileri var ki sala verdikden sonra men ozume nifret edirem..tutdun yeqin parollari:)

    Allah razi olsun sagol baculka

  9. nilgun dedi ki:

    ALLAH savaba yazsin tatlimm :)))) cooxx sagoll :)))

    Salam ALLAHIN adidi…. salami veren ALLAHIN adini cekmiw oluurr :)))))

    ellerine salik wirinn :))) sagol :)))

  10. rihanna dedi ki:

    Xebere gore cox sagol