Dərdsiz Dua Soyuqdur

Bir nəfər gecələri qalxar,
Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: Ey Allahı
çox anan insan! Bütün gecə Allah deyib çağırırsan. Heç sənə: Buyur
deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda
ona belə deyirlər: Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə
usandın?
O: Buyur deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram, -deyir
Səs: Sənin Allah deməyin, Onun Buyur deməsidir. Sənin yalvarışın
Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu,
sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hərYa Rəbbim! deyişinin
altında Allahın Buyur deməsi var.
Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona Ya Rəbbim!
deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub.
Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm,
kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır.
FİKİRLƏRİNİZİ BİLDİRMƏYİ UNUTMAYİN!!!
Yenilənib:
XEbere gore cox sagol!!!!
Cox sag Ol Ayselka!!!
super.ALLAH razi olsun…
Allah Razi Olsun Amin…
Allah razi olsun
allah razi olsun
Allah razi olsun