Fillər Haqqinda

[hide]

Fillər Haqqinda

Fillər sürü halında yaşayan heyvanlardır. Sürünün başında böyük bir erkək fil durur. Lakin, sürü hərəkət halına keçdikdə yaşlı və təcrübəli bir dişi qabağa keçir. Yürüş vaxtı fillər bir-birinin ardınca irəliləyirlər. Dik yamacları enərkən ön ayaqlarını önə, arxa ayaqlarını arxaya uzadaraq qarınları üzərində sürüşürlər.
Bütün sürü halında yaşayan heyvanlarda olduğu kimi fillərdə də yetkinlik halına çatmış erkəklərdə güclü rəqabət vardır. Döyüşdə müvəffəqiyyətsizliyə uğramış yaşlı lider rəqibi tərəfindən sürüdən uzaqlaşdırılır. Qüruru qırılmış belə bir fil vəhşiləşir, ətraf üçün təhlükəli olur.
Filin balası mayalanmadan 21 ay sonra kobud və qara tüklərlə dünyaya gəlir, 90 sm uzunluğunda, 100 kq ağırlığında olur.
Fil balsının süd dişləri doğumdan 5-6 ay sonra düşsə də, o bundan sonra 2 il də anasının südünü əmir, daha 2 il də anasından ayrılmir.
11-12 yaşında fil mayalanmağa hazırdır. 14 yaşında fil tam yetkindir. Ancaq bundan sonra da onun artaraq böyüməsi davam edir. Təxminən 40 yaşında filin ağıl dişi çıxır.
Filin ömrü insanların təsəvvür etdiyindən qısadır, 50-60 il olmaz. Bir filin 84 yaşına çatdığı fikri irəli sürülsə də, bunu təsdiq edən dəlil yoxdur.
Fillərin ölümü çox qəribədir. Onlar öləcəklərini öncədən hiss edirlər, acı-acı qışqıraraq yaxındakı mağaraya doğru yola çıxarlar. Qışqırığı eşidən yaxındakı fillər də mağaranın ağzına toplaşırlar. Hamıyla vidalaşıb “halallıq” alan fil ailəsilə qalır. Başlarını və quyruqlarını bir-birinə sürtərək göz yaşı tökürlər. Sonra arxasına baxmadan mağaraya doğru addımlayan fili ailəsindən biri, ya balası təqib etmək istədikdə digər fillər mane olurlar.
Mağaraya tək girən fil bir daha ucadan qışqıraraq can verir. Bundan sonra fillər dağılışırlar. Bu hadisəni izləyən müşahidəçilər fillər dağıldıqdan sonra mağaraya girdikdə ölmüş filin cəsədilə qarşılaşırlar.

[/hide]

Ayselka

Şərhlər:

  1. Rena_786 dedi ki:

    спасибо Ayselkа.. smile

  2. BadBoy dedi ki:

    Cox sag Olun!!!

  3. fanya_ya dedi ki:

    xebere gore twk

  4. Optimist... dedi ki:

    applause tesekkur filler haqqinda maraqlanmiram..