Xal xasiyyetini muueyyen et

Xallar müxtəlif cür: Böyük və ya kiçik, yaraşıqlı və yaraşıqsız, cazibədar və ya çirkin ola bilər. Xal insanı bəzən gözəlləşdirə, bəzən isə eybəcərləşdirə bilər. Hətta formasını dəyişə, yoxa çıxa və yenidən peyda ola bilər. Xalları öyrənən elm sahəsi moleosofiya adlanır. Bu elm sahəsi xalın insanın xarakteri və onun gələcəyi ilə bağlılıq dərəcəsini öyrənir və izah edir. Buna inanıb-inanmamaq isə hər kəsin öz işidir.

İnsanın üzündə yerləşən xalların verdiyi məna bədənin digər hissələrdə olan xalların mənasından çoxdur. Şərqdə, xüsusilə də yapon fizioqnomikasında üzü şərti olaraq bir neçə hissəyə bölürlər. Bunlar alın,qaş, burun və üzün aşağı hissəsidir. Üzdəki xalla xasiyyəti müəyyən edən mütəxəssislərin fikirincə, hər bir xal hətta müəyyən yaş dövrlərində baş verənlərlə bağlı məlumat daşıya bilər.Ümumiyyətlə,müxtəlif qədim kitablarda insan xasiyyətinin xalla müəyyən edilməsi ilə bağlı məlumatlar var. Hətta bəzən deyirlər ki, xalın kəsilməsi insan taleyinin bir hissəsinin kəsilməsi deməkdir.

Qadının sağ qaşında xal olması erkən və xoşbəxt nikahdan, sol qaşdakı xal isə bunun tam əksinin baş verəcəyindən xəbər verir.Gözün ucundakı kiçik xal isə sakit və ağır xasiyyətdən, eyni zamanda özünə inam və səliqədən xəbər verir.Yanağın sağ tərəfində xal varsa, qadın ehtiraslıdır və gələcəkdə xoşbəxt olacaq. Sol tərəfdəki xal isə uğura gedən yolda baş verəcək xoşagəlməz hadisələrdən, çətinliklərdən xəbər verir.Burnunda xalı olan qadınlar isə atacaqları addımdan asılı olmayaraq uğurla rastlaşacaqlar.Qadının dodağındakı xal onun şən xasiyyətindən xəbər verir. Belə qadınlar dəbdəbəni sevir, üzərlərinə hər hansı bir məsuliyyət götürməyi xoşlamırlar. Dodağın yuxarı hissəsindəki xal isə qadının nazlı, qəmzəli olmasını göstərir.Xalın qadının sinəsinin sağ tərəfində olması onun daim çətinliklər içində olacağından, sol tərəfdə olması isə yüngülxasiyyət və yelbeyinliyindən xəbər verir. Sinənin ortasındakı xal isə yaxşı gəlir vəd edir. Beldə xalı olan qadın isə çoxlu uşağa sahib olur. Xal nə qədər böyükdürsə, uşaqların sayının bir o qədər çox olacağı gözlənilir.Qadının çiynindəki xal onun uğurla rastlaşacağını göstərsə də, təkcə sol çiyində xalın olması maliyyə çətinliklərini bildirir.Pəncədə xalı olan qadın isə maraqlı karyeraya və var-dövlətə sahib olur.Əldəki xal isə həmin şəxsdə ona uğur gətirəcək istedadın olmasından xəbər verir.Qadının ovucunun içindəki xal onun müstəqil və çalışqanlığından xəbər verir.

Alnının sağ tərəfində xalı olan kişi şöhrət sahibi, sol tərəfində xalı olan isə xoşbəxt olur.Qulağında xalı olan kişinin heç bir qayğısı olmur. Belə adamlar amansızlıqları ilə də seçilir. Bu xal həmçinin var-dövlətdən xəbər verir.Boynunun böyür hissəsində xalı olanları çətin həyat, ön hissəsində olanları isə başgicəlləndirici karyera gözləyir. Boynunun arxa hissəsində xalı olanlarla isə ehtiyatlı davranmaq lazımdır. Boynunun böyür hissəsində xalı olanlar yaşlaşdıqca daha qeyri-səmimi və bəhanəçi olur.Çənədə xalı olan kişilər ətrafdakıların hörmətini qazansalar da, daim hər hansı bir xəstəlikdlən əziyyət çəkir və səliqəsiz həyat tərzi sürürlər. Xalın çənənin sol tərəfində olması bu xüsusiyyətlərin daha qabarıq formada olmasından da xəbər verir.Çiynində xalı olanların isə həyatları çətinliklərlə doludur.Kürəyində xalı olanlar açıq, düz, səxavətli adam olsalar da, deyinməyi xoşlayırlar. Eyni zamanda onlar lovğa, təkəbbürlü və özündən razı olurlar. Əgər xal kürəyin aşağı hissəsində yerləşirsə, belə şəxslərin duyma qabiliyyəti çox yüksək olur. Lakin onlar öz zəif cəhətlərinin öhdəsindən gələ bilmir.Hər iki ayağında xalı olan kişilər qətiyyətsiz və tənbəl olur. Belə adamlar səhlənkar və avaraçılığa meylli olur. Lakin maraqlıdır ki, onların həyatında uğurlar uğursuzluqlardan daha çox olurTopuğunda xalı olan kişilər səyahət etməyi xoşlayır. Sağ topuqda xal belə şəxsin arzularının həyata keçəcəyindən, sol topuqda isə dərin ağlından və xəyalpərəstliyindən xəbər verir.

Sağ qaşının üstündə xalı olanları isə həyatlarında və işlərində daim uğur gözləyir. Xal sol qaşın üstündədirsə, onun sahibi tənbəl və əsəbidir, eyni zamanda alkoqollu içkilərə meyllidir. Bir çox hallarda isə atdığı addımlara görə məyusluq hissi keçirir.Gözlərin ətrafındaki xal isə kişinin səmimiyyət və əzmkarlığından xəbər verir. Belə xalı olanların həyat yolu yüksəliş və enişlərdən, sevinc və məyusluqdan ibarət olur.Burnun istənilən hissəsindəki xal onun sahibinin tez özündən çıxan və ehtiraslı olmasından xəbər verir. Belə insanlar dostluqda sadiq, açıq və səmimi olur. Əsəbi olan bu adamlar da tez-tez alkoqollu içkilərdən istifadə edir. Buna baxmayaraq, onlar həyatda bir çox uğurlarla rastlaşırlar.Yanaqda xalı olan kişilər isə zəhmətkeş və xeyirxah olur. Bu xalın sahibi çox varlı olmasa da, həddən artıq kasıb da olmur.Sağ əlində xalı olan adamlar tez-tez uğurla üzləşsə də, sol əlində xalı olanların daim pulla bağlı problemləri olur. Qarnında xalı olan istər kişi, istərsə də qadın xudbin, tənbəll və xəsis olur. Pis vərdişlərindən isə əl çəkə bilmirlər.Qabırğada xalı olanlar isə qorxaq və avara olur. Bu şəxslərdə heç bir hiss yoxdur. Xal qabırğanın sol hissəsində olduqda isə göstərilən xüsusiyyətlər daha çox olur. Lakin belə şəxslər özünə tənqidi yanaşa bilir.Sağ dizdə olan xal onun sahibinin qayğısız həyat sürəcəyindən və heç bir maddi probleminin olmamasından xəbər verirsə, sol dizdəki xal daimi həyəcan göstəricisidir. Ovcunda xalı olanlar isə dəqiqlikləri ilə fərqlənirlər. Bu cür xalı olan qadınlar yüksək enerji sahibi olur və zəhmətkeşlikləri ilə fərqlənir.Ayaq pəncəsinin sağ tərəfindəki xal onun sahibinin gəzintiyə meylliliyindən, soldakı isə yüksək düşüncə qabiliyyətinə malik olmasından xəbər verir.Xalın dirsəklərin birində olması narahat və dəyişkən xasiyyətdən verir. Bu adamlar eyni zamanda yaxşı və sadiq dostdur.Əl pəncələrinin birində xalın olması isə əməksevərlik və var-dövlətdən xəbər verir.Sinənin sağ hissəsindəki xal sahibinin alkoqollu içkilərə və əks cinsə meyllindən xəbər verir. Sinənin sol hissəsində xalı olan isə zəhmətkeş və tədbirli adamdır. Belə şəxsin həyatı daim uğurlarla dolu olacaq.Xalın sol dizdə olması hirsli xasiyyətdən, tənbəllik və sədaqətsizlikdən xəbər verir. Sağ dizində xalı olanlar isə sadə, mehriban və düzgün adamlardı.Kişinin ovcundakı xal onun zərif xasiyyətli, qadının ovucunun içində isə xal onun cəsarətli olmasından xəbər verir. Ayaq pəncəsində xalı olan adam passiv və melanxoliyaya meylli olur.

Xalın ölçüsünün böyük və kiçik olması onun sahibinə gətirəcəyi uğurun və ya uğursuzluğun ölçüsündən xəbər verir.Yumru xal uğurdan, uzunsov xal isə az-çox uğurdan və qayğısızlıqdan xəbər verir. Uçbucaq və forması məlum olmayan xalları sahibləri isə həyatda istənilən hadisə ilə üzləşə bilər.Eyni zamanda xalın rənginin canlı olması da onun sahibinin daha fəal insan olmasından xəbər verə bilər.Göstərilən əlamətlərə inam hər bir kəsin öz işidir. Ancaq istənilən halda onlara diqqət yetirmək ziyan etməz. Bu xalların yerinin dəyişməsi də, bəlkə də, nədənsə xəbər verir. Düzünü Allah bilir.

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    Ohooo ela))) Maraqli dii uje bildim

  2. Optimist... dedi ki:

    bele seylere inanmagim gelmir…

  3. _AyDaN_ dedi ki:

    hmmm maraqliydi

  4. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  5. MILAQROS dedi ki:

    love AYSELKA love
    POSIBKI MILAYA

  6. Rena_786 dedi ki:

    cox Sag ol Ayselka )) интересно было почитать)) fellow

  7. ELIK28 dedi ki:

    twk sagol minetdaram