Ayrılıqların çirkin üzü…

Ayrılıqların çirkin üzü...

Qəlbində qırıqlıq, gözündə yaş, fonda xatirələrə aid mahnı…
Bilirsən ki, gəlməyəcək. Bəlkə də gələcək, amma… kim bilir nə vaxt?!
Canını yandıranları danışa bilmirsən heç kimə… Burax başqalarını, özünə belə açıqlaya bilməzsən bəzi şeyləri… İllər öncə gözünün içinə baxaraq söylədiyi mahnıları, indi başqasının qulağına pıçıldadığını bilmək yandırar canını… Bunu qəbul etmək nə qədər zamanını alar ki bir insanın? Üç ay, beş ay, bir il… Bilməzsən…
Bəlkə də gedişindən daha önəmli olan necə getməyidir…
Sevgi deyil hər gecə səni ağladan, daha artığıdır… Hər şeydən öncə, SƏNİ ALDATMIŞDI…Başqa biri üçün tərk etmişdi səni … Ən çox da nə yandırır insanı, bilirsənmi? Öz-özünə deyərsən “Sən getmək istədin,mənmi qoymadım səni?” “Kaş ki”lər ardı arasına sıralanar…
Düşünmək istəmirsən, amma hər şey birdən onu xatırladar… Ağlamaq istəmirsən, amma birdən gözlərin dolar… Gedişinə deyil, necə getdiyinə ağlayarsan…
İçindən hiss edərsən, dünya balaca, ahım isə böyük… Bir yerdə mütləq qarşıma çıxacaq, deyərsən…
Sən tərk edilənsən artıq! Yooox, sadəcə bu qədər deyil, BAŞQA BİRİSİ üçün tərk edilənsən! Birincisi deyil, ikincisi yandırar insanın canını!
Elə yalnışlar vardır ki, nə gedənin geri dönüb əff istəməyə üzü olar, nə də gəlsə belə, sənin əff edəcək gücün olar…Utanarsan əff etməyə!
Zəng etdiyində açılmayan telefonları, “vacib işim var, mən sənə zəng edərəm” deyə həmişə ikinci plana atılmalar… Həm də başqa birisi üçün!!!
Əslində bəlkə də onu unudulmaz edən gedişi deyil, gediş şəklidir. Səssiz-sədasız bitən eşqlər də çox acıdar insanın ruhunu. Amma heç bir şey aldadılmağın verdiyi acı kimi olmaz! Ola bilməz!!!
Heç kimlə bölüşə bilməzsən olanları. Paylaşsan nə olacaq axı? “Məni buraxıb getdi…”- bax budur ürəyindəki möhtəşəm acı! Həm də başqa birisi üçün!
Başın önündə gözlərin yaşlarla dolu, pıçıldayarsan bu cümlələri ən yaxın dostuna… Səni anlamazmı? Anlayar əlbəttə… O da bilər nələr olub-bittiyini kiçik qəlbində…O, daima gedəni düşünməyinin səni daha çox qırmaqdan başqa işə yaramayacağını, artıq başını qaldırıb önünə baxmağının vacibliyini söyləyəcək. Yəni doğru olanı…!
Amma hansı doğru yaralanan duyğularını sağaldacaq?
Hansı doğru göz yaşlarını dayandıracaq?
Gözün kimi baxdığın insan, artıq başqasına aiddir… Bunamı üzüləsən? Yoxsa başqası üçün səni artıq həyatından bir sınmış oyuncaq kimi atmış olmasınamı?
Əlbəttə ki ayağa qalxacaqsan! Başını önünə əydirən, bir gün özü əyəcək başını önə! O da sənə etdiklərini anlayacaq! Xəbərin olsun, ya da olmasın, VİCDANININ səsi onu yatmağa qoymayacaq gecələr!
Çox sevdin, yanıldın…
Unutma sadəcə zaman…
Bir az zamana ehtiyacın var…

(P.S-Oyandığın hər yeni gün keçmişdən bir addım daha uzaqlaşdırar səni… Bir gün oyandığında yaşanılan acıların, çəkilən bütün sıxıntıların sadəcə bir “XATİRƏ” olduğunu görəcəksən… Sadəcə o günə qədər içində ümidin, dilində duan və qəlbində sevgin ək olmasın.)

meymunka

Şərhlər:

  1. nilgun dedi ki:

    hansi dogru goz yawlarini dayandiracak ???? !!!!

    hec biri :((((( o dogrulari sevdiki??? bir utansindaa cry

    oyuncaqları buraxıb ьrəklər ilə oynayalı; oyunların adı \'EŞQ\' qaldı… cry

    heqiqetende canindan coxx sevdiyin birinin heyatindan gediwi yoxx getmek wekli insanin icini yandirir cry

    Ayriligin cirkin uzu !!!!! cry

    baciwkam cooxx sagoll :((( guzelll movzu idi :((((

  2. Leonel-207 dedi ki:

    Cox sevdiyin biri gelib ayrilmaq istediyini soyleyerse aglama, cunki susdugunu gormek daha cox aci cekdiyinin isbatidir.

    COX SAG OL

  3. aznetin_gozeli dedi ki:

    sondaki P.S i ise hecneye deyismerem.sadece bravo

  4. bdu_sep dedi ki:

    kash ayriliq olmamaydi.bunun tek sebebkari oglanlardi. bash

  5. BalaM dedi ki:

    S U P E R ..avtor sagol

  6. GLINKA dedi ki:

    umid edirem hami axracam oxuyub

    ayriligin cirkin uzu demmezdim sevgini ters uzu deyerdim

  7. Single Girl dedi ki:

    nermiw ne deyim bilmirem dogurdaNn sadece superrr cox gozel sozlerdi hemde dogru:((((((((((

  8. L_U_N_A_T_I_K dedi ki:

    Soz tapmiram dimeye ne deyim ? xebere gore cox sagol

  9. BadBoy dedi ki:

    Cox Gozel sozum Yoxdu !!! heart

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

  10. ZoRRo_BaKu dedi ki:

    CoX SaGoL

    twk