Sevgi…….

Sevgi.......

Hər eşqin göy üzündə bir mələyi varmış. Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki, bizim mələyimiz heç ağlamayacaq.

Bir şirin gülüş vurdu məni çox dərindən. Baxanda qamaşdı gözlərim gözəlliyindən. Sevirəm sözü yıxdı məni çox dərindən. Burax izimi ey pəri əgər sevməyəcəksənsə!

Eşq dənizdən çınqıl toplamağa bənzər, əvvəl tək-tək yığırsan sonra bir-bir atırsan. Sadəcə bəzilərini atmağa ürəyin gəlmir və səndə atılmayanlardansan!

Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.

Bilirəm sən bir ulduzsan ətrafında bir çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!

Göy üzü nə qədər qaranlıq olarsa olsun oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var!

Həyatındakı üzüntülər sahildəki ayaq izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər qalıcı olsun.

Ay işığının aydınlatdığı bir sahildə kiçik bir budağa “Səni Sevirəm” yazmaq istərdim. Ancaq sən qəzəbli bir dalğa olub silə biləcəyindən deyə qorxuram.

Gecədir ki, adamı kədərləndirən? Yoxsa adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?

Qəlbimdə 3 çiçək böyütdüm. Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq biri qaldı; gözləmək!

Yarı dalğalı olmamalıdır dəniz. Ya tam sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam sevməli yada çıxıb getməli.

Duyğular vardır anladılmayan. Sevgilər vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.

Səni sevdiyim qədər yaşasaydım ölümsüz olardım.

Bu dünyada iki kor var. Biri məni görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.

Kül olmuş atəş yanarmı? Buz bağlamış su axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?

Soyuq havalarda heç bir zaman üşümədim bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.

Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.

Sevgini göstərməlisən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!

Günəşə baxa bilərəm amma üzünə əsla, atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni unutsam belə səni əsla.

Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!

Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!

Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.

Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?

Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?

Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!

Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm.

Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.

Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.

Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.

Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.

Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

Sənə bir göyərçin göndərirəm ürəyində sevgi qanadlarında xoşbəxtlik dimdiyində öpüş var!

Single Girl

Şərhlər:

  1. love_krasotka dedi ki:

    сагол

  2. BAKINKA_777 dedi ki:

    cox saq ol

  3. BLACK STAR dedi ki:

    ehhhh bu sevgiiiiii bu sevgiiiiiiiii mene ezab verir eee……..
    xebere gore saolun.))

    cry
  4. N_E_R_R_G_I_Z dedi ki:

    superdi ellerinize saqliq

  5. ASHKSIZ_PRENS dedi ki:

    tesekkьrler

  6. BalaM dedi ki:

    Baciw cox sagol give_rose

  7. DaRk_AnGeL dedi ki:

    tesekkurler maraqli idi

  8. Miss_Koroline dedi ki:

    Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər зьnki qəlbimin səndə olduğunu bilməyirlər! heart Ellerine salik SINGLE_GIRL

  9. Leonel-207 dedi ki:

    cox sag ol eziyyet cekmisen.

  10. SuZaN dedi ki:

    ayda…. lap darıxdımeee… cry
    tskr xeber eladi

  11. L_U_N_A_T_I_K dedi ki:

    yenede sevgi ? :))) men reylerimi semimi yaziram hec kim menden incimesin 🙂 oxumadim ama emeye xebere gore cox sagol

  12. merry-girl dedi ki:

    Cox sag Ol!!