Qohum evlilikləri niyə olmaz?

http://azersayt.com/fotofiles/45553.jpg

İnsan orqanizminin bütün xüsusiyyətləri genlər tərəfindən müəyyənləşdirilir. Gen isə körpəyə ata və anadan ötürülür. Bu səbəbdən körpə bəzi əlamətlərinə görə ataya, müəyyən əlamətlərə görə isə anaya bənzəyir. Genin nəzarət etdiyi əlamətlər isə dominant və ressesiv olurlar. Domunant əlamətlər üstünlük təşkil edir, ressesiv əlamətlər isə şəxsdə görsənmir yəni gizli olur.

Qohum olan şəxslər evlənərkən irsi olan xəstəliklər araşdırılmalı və nəzərə alınmalıdır. Bəzi əlamətlər deyildiyi kimi ressesivdir yəni xəsrəlik gendə olduğu halda biruzə vermir. Bu zaman qohum olan şəxslər evləndikdə yeni doğulacaq körpəyə keçən genlərdə xəstəlik olduğundan körpədə artıq xəstəlik təzahür edir və bu daha qabarıq formada özünü göstərir. Yəni əlamətlər dominantlıq əldə edir.

Bununla yanaşı qohum evliliklərinin yalnız bir xeyri ola bilər. Bu isə müəyyən istedada malik olan qohum qadınla kişinin heç bir irsi xəstəlik olmadığı halda evlənməsidir. Yəni evlənən şəxslər istedadlı və qeyri adı təfəkkürə malikdirsə bu əlamətlər körpəyə genlər vasitəsilə ötürülür.

Yəni qohum evliliklər zamanı ilk növbədə irsi xəstəliklərin olub-olmaması araşdırılmalıdır. Bir problem olmadığı halda cütlər evlənə bilər. Xatırlatmalıyam ki, qohum evlilikləri daha artıq olan yəhudilərdə irsi xəstəliklər daha çox olduğu halda istedadlı insanların da yəhudilər olduğu məlumdur.

İslam dini qohumlar arasında nikah bağlanmağa qarşı çıxmır. Bu, normal bir haldır. Ümumiyyətlə, bu gün təbabətdə qohumlar arasında evlilik nətiсəsində dünyaya xəstə övladın gəlməsi barədə deyilənlər hamıya aid deyil. Bu, hemofiliya, talassemiya və s. bu kimi irsi xəstəliklər zamanı özünü göstərir. Bu isə əslində, qohum olmayan ailələr arasında da baş verə bilər. Bunu da ailə qurmadan önсə tibbi müayinə yoluyla müəyyənləşdirmək mümkündür. Belə bir hal əsla qohumlararası nikahın qadağan olmasına dəlalət edə bilməz. Konkret olaraq ailə qurmağa hazırlaşan oğlanla qızın hər ikisində eyni genetik xəstəlik olarsa, onun gələcək körpəyə keçməməsi, fəsadlarla nətiсələnməməsi üçün bu cür nikahlardan çəkinmək daha məqsədəuyğundur.

Hansı yollarla “qohum evliliklərinə son” deyək? Xahiş edirəm, bunu oxuyan hər kəs buna öz fikrini bidirsin.

BadBoy

Şərhlər:

  1. GLINKA dedi ki:

    qohumla evlilik dinde normal haldir
    duzdur evveller hec xoshuma gelmirdi
    amma gorursen ki ele sene qalan qohumdur etini de yese sumuyunu tullamayaq

  2. Reshad_24 dedi ki:

    nece olursa olsun qohum ya yad gerek bir birilerin en baslicasi sevsinler hormet etsinler qalanlari duzelen seydir inanin

  3. Melekcik dedi ki:

    menim he4 de xowum gelmir qohum evliliyinden…qohum ele qohumdudaa,evlenmek nedi adam yoxdu ki evlenesen

  4. L_U_N_A_T_I_K dedi ki:

    Vallah ne qohum nede bele bosh bosh sheylerdi hamisi qismetinde kimdise oda olacaq 🙂 xebere gore cox sagolun

  5. BadBoy dedi ki:
    1__Bir yandan Gohumnan Evlenmek Yaxwidiki Hansisa Fersize evlenmeydansa Gohuma Evlenmek Olar !
    2__Hemde Bunun Wahidi Olmuwam Gohumlar evlenende Uwaglari ya Invalid Ya da Ki Xeste Olurlar!!
  6. memi_ dedi ki:

    qohum olursan ki,nesl boyusun,da qohumla evlenib neyleyirsen onu bilmirem

  7. Miss_Koroline dedi ki:

    maraqli xeberdi mencede qohum evlilikleri olmaz!!!

  8. BalaM dedi ki:

    Qohuma getmereme xaxa Cox sagol

  9. N_E_R_R_G_I_Z dedi ki:

    menim atam anam da xala qizi xala oqludular evveler razi olmayiblarki birden usaqlar iskest olarlar amma mende qardasimda iskest deyilik Allaha sukur xebere gore twkler

  10. SensizEfirdi dedi ki:

    Sukurler olsun bizim ailede ele sey yoxdu kim kimi isteyir ona vso lap qohuim olsun nu ozun isteyrisense amma cox yaxin qohuma getmek olmaz

  11. milaya dedi ki:

    qohum ya yad? ne ferqi? esas odu ki aile heqiqi sevgi uzerinde qurulsun ve xowbext olsun. anormal, xeste uwaqlar ise her bir ailede dogula biler, yada qohuma dexli yoxdu.

  12. persifona dedi ki:

    Cox vaxt deyirler ki, qan qohumlarinin evliliyi duzgun deyil( usaqlarin saglamligi baximindan) , bes qan qohumu olmayanlarda nece? Duzunu desem men bunu da o qeder beyenmirem , cunki bele evlilikler adeten sevgi uzerinde yox sadece qohumluq elaqelerine gore olur…

  13. BLACK STAR dedi ki:

    hmm cox maraqlidi…mence ata terefden qohum evlilileri olmur sehv elemiremse……..
    amma menim en zehlem getdiyi weydiki qohumlar evlenesen…olerem amma evlenmerem…
    cunki ele weyden hec xowum gelmir

    applause

  14. Suphenallah dedi ki:

    PLAY_BOY,

    Hm dostik ata terefden duzgun deyil axi eyni qani dasiyirsan Demek olarki baci qardas hesab olunurlar
    Qohum evlilikleri olur normali da olur qeyri normali da
    Menim fikrim 50-50
  15. Badi_Seba dedi ki:

    mencede qohum evlilik hecde yaxwi deyil…qohum evlilik zamani onlarin uwaqlarinda nese problemler yaranir cox vaxt…mence bu duzgun deyil….
    PLAY_BOY, ya_za

  16. Night---Wolf dedi ki:

    mencede 4ox yaxin qohumla evlilik duzgun olmazdi……amma urekdi birde gorursen sevirler bir-birini …….

  17. Leonel-207 dedi ki:

    Sitat: badi_Seba
    mencede qohum evlilik hecde yaxwi deyil…qohum evlilik zamani onlarin uwaqlarinda nese problemler yaranir cox vaxt…mence bu duzgun deyil….


    TAMAMI ILE RAZIYAM.

    ELAVE OLARAQ DEYIM KI,QOHUM EVLILIK MENE CATMIR YENI XALAQIZI XALAOGLU,EMI OGLU EMI QIZI VE S.QISASI MENDE YAXSHI BAXMIRAM.SEMIMI FIKRIMDIR.

    MARAQLI MOVZU UCUN COX SAG OL DOSTUM.

  18. BLACK STAR dedi ki:

    Suphenallah


    dostik nedense menim ele weylerle aram yoxdu eee xowum gelmir..)))sen dediyinde duz du..))


    badi_Seba


    aha dostik men senle raziyam…..ele olur cox gormuwem ve ewitmiwem…

    black_eye
  19. SuZaN dedi ki:

    bu movzu o qeder muzakire olunub ki… eslinde baxirsan ki, bir – birile tam yaddirlar amma evlenirler usaqlari anormal olur… mence her kes (duzdu bunu eden coox az olur) evlenmeden once qanlarini yoxlatmalidir…
    amma qohum evliliyine men de qarsiyam… baxmayaraq ki, bacim oz dayimoglu ile evlidir… onlar 1 – 1 – lerini sevib aile qurublar ve cox da gozel ve tam da saglam usaqlari var…
    usaqlarin anormalligi qohum evliliyne bagli deyil… amma menim en zehlem geden seydir…
    xebere gore tskr…

  20. IzYuMinKa dedi ki:

    Sitat: Leonel-207
    ELAVE OLARAQ DEYIM KI,QOHUM EVLILIK MENE CATMIR YENI XALAQIZI XALAOGLU,EMI OGLU EMI QIZI VE S.QISASI MENDE YAXSHI BAXMIRAM.SEMIMI FIKRIMDIR.

    YA ZA TEWEKKURLER XEBERE GORE MARAQLI MOVZUDUR

  21. BEAUTIFUL_LIFE dedi ki:

    yok daha neler …..