Satanistler

Satanistler

Satanizm – şeytana ibadət Avropa ölkələrində geniş yayılmış inanclardan biridir. Qərb ölkələrində dini
tolerantlıq yüksək səviyyədə olasa da, bu cərəyan leqal fəaliyyət göstərmir. Doğrudur, Avropada satanizmlə məşğul olanların əməlində cinayət tərkibi yoxdursa cinayət məsuliyyəti də daşımırlar.
Bir çox qaynaqlardan əldə etdiymiz bilgilərə görə satanistliyin başlıca yaranma səbəbi diqqətsizlikdir. Bu və ya digər səbəbdən diqqətdən yayınan övladlar özlərini artıq lazımsız hiss edirlər və belə inanclara inanmaqla boşluğu sanki doldururlar.
Hər hansı qara libaslı varlığa, bəlkə də Şeytana xidmət edirlər. Pişiyə nifrət edir, insanlarla az əlaqə qurur vaxtının çox hissəsini qaranlıqda keçirdirlər. Əslində pisliyin və ya yaxşılığın tərəfdarı deyillər. Eqoist olur həyatdan hər şey almağa cəhd edir özlərini hər şeyin yaradıcısı hesab edirlər. İnam onlar üçün ikinci plandadır. Satanistlər yalnız bir şey haqda fikirləşirlər-ölümdən sonra həyat var və bu həyat yalnız onlara mənsubdur.
Satanistlər internetdə çox güclü təbliğat aparırlar. Bu təbliğat nəticəsində onların inancını qəbul edənlərin sayı sürətlə artır.
Bu inancı qəbul edənlərin arasında yeniyetmə qızlar üstünlük təşkil edir.
Qloballaşma dövründə artıq qonşu ölkələrdə və Azərbaycanda da satanistlərin təbliğatına qoşulanların sayı artır.
Məsələn, Türkiyədə bu inanca meyil edənlərin sayı böyük sürətlə artır. Valideynlər çıxılmaz durumda mətbuatdan, hökumətdən kömək istəyib övladlarının onlara qaytarılmasında kömək istəyirlər.
Məsələn, Zeynəp Öncəl adlı bir ana iki qızının satanist olduğunu ürək ağrısı ilə mətbuata açıqlayıb və kömək istəyib. «Qızımın birinin 38, digərinin 19 yaşı var. Ataları öldükdən sonra bir müddət diqqətsiz qaldılar. Bu zaman ərzində onlarda qəribə dəyişikliklər müşahidə etdim. Qara geyinir, üzlərini tünd rəngə boyayır hər gecə hara isə gedirdilər. Bir dəfə izlədim və gördüyüm mənzərə məni şoka saldı. Qızlarım qara örtüklə mühasirəyə alınmış mağaraya girdilər. Çox qorxdum, qapıdakı tünd əlbisəli birisindən onları çağırmağı xahiş etdim. Qızlarım çıxıb məni görüncə döyməyə başladılar. Belə hallar artıq 1 ildir ki mənim başıma gəlir. Xahiş edirəm övladlarımı əvvəlki normal həyata qaytarın».
Qeyd edək ki, Rusiyada da satanizm geniş yayılıb. Aleksandr Titov adlı biri dostunun satanistliyə tutulmasını belə xatırlayır. «Dostumun satanistliyə alüdə olması internetdən başladı. Qəribə saytlara girir, satanistlər haqda kitablar oxuyur, libasında dəyişiklik edirdi. Əvvəl onda hər şey normal idi, amma get-gedə sanki başqa insan olurdu və bizdən uzaqlaşdı».
Azərbaycanda da satanistlər var. Onların sayı barədə dəqiq məlumat olmasa da internetdə öz təbliğatlarını aparmaları məlumdur.
8-ci km qəsəbəsində yaşayan və adının çəkilməsini istəməyən bir ana bizə qızının satanist olduğunu söyləyib. Qeyd edək ki, əvvəlcə qızın özü ilə söhbət etməyə cəhd etsək də o danışmadı. Amma anası övladının halına acıyaraq yalnız bunları deyə bildi. «Qızım son 5 ay ərzində çox qəribə olub. Hamıya qarşı qeyri-adi davranır, pişikləri görəndə isə az qalır öldürsün. Demək olar ki, heç kəslə danışmır, qapalı mühitdə öz otağında olur, yalnız bir neçə dostu gələnə qədər. Onlardan başqa heç kəslə ünsiyyət qurmur. Çox vaxt qara geyinir. Otağında qəribə geyimlər və kitablar mövcuddur.15 yaşlı qız üçün belə rəftar heç də normal deyil. Onun bu halı hamımızı pərişan edir»…

Fikirlerinizi bildirmeyi unutmayin…!!!

Camka

Şərhlər:

  1. Admin dedi ki:

    AAAA belay Duwunende etim urpewir am

  2. MILAQROS dedi ki:

    VAAAAAAAAAAAAAAAY laughing

  3. suitme dedi ki:

    kul biqizin basina gic qici ozunu ne hala salib heyvan onnan yaxsidi

  4. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere!!!

  5. ...::EMERALD::... dedi ki:

    XEBERE GORE SAG OL

  6. fanya_ya dedi ki:

    woooooooow i`m crazy i`m crazyyyyyyy

  7. ::HappilY:: dedi ki:

    emeye hormet