Bəşəriyyəti təşvişə salan qlobal yalanlar hansılardır?

Bəşəriyyəti təşvişə salan qlobal yalanlar hansılardır?

Bunlardan biri 11 sentyabrda partladılan iki qoşa binanın guya müsəlmanlar tərəfindən həyata keçirilməsidir. Bu hadisə ilə bağlı təkcə ABŞ-ın özündə aparılan araşdırmalara nəzər salsaq, görərik ki, nə qədər də absurd versiyadır. Və bu iftira Buş “cənablarının” özünə bumeranq kimi qayıtdı. Sən demə, bunu digər yalan üçün zəmin yaratmaq üçün edirmiş.

İraq və Əfqanıstana hücum. Guya ki, İraqda nüvə silahı var idi. Bu gün Amerikanın özündə artıq 11 sentyabr hadisəsinin heç də müsəlmanlar tərəfindən deyil, məhz elə Buş administrasiyasının xüsusi hazırladıqları plan olduğuna yetərli sübutlar gətirilir. Bircə elə Maykl Murun “Farehgeyt üzrə 9.11” sənədli filmini missal gətirmək bəs edər.

Səddam rejiminin nüvə silahına sahib olmasına gəldikdə, bu yalan lap ABŞ hökumətinin olmayan abrını apardı. İraq işğal olunduqdan sonra məlum oldu ki, İraqda nüvə silahı yox imiş. Mİnlərlə günahsız müsəlmanları qətlə yetirəndən sonra, Buş çıxış edərək onlara düzgün məlumatlar verilmədiyini “etiraf etdi”. Amma buna qədər dünya ölkələrini “inandırmışdılar” ki, İraq nüvə silahına malikdir və bölgəyə təhlükədir. Dərhal sanksiyalar qoyulmalıdır, yoxsa əks halda nüvə obyektlərinə hücumlar gözlənilir.

Başqa bir yalan İranın nüvə silahına malik olması versiyasıdır. Daha burada dərinə getməyə ehtiyac da yoxdur, eynilə İraqa qarşı necə siyasət aparılmışdısa, İrana da eyni münasibət var. Çünki bunların özülünü eyni insanlar qoymuşdurlar.

Başqa bir yalan “quş qripi” ilə bağlı oldu. Amma bu lap gülməli oldu. Deyirdilər ki, ay aman filan ölkədə 10 nəfər, filan ölkədə 100 nəfər öldü. İndi nə oldu, niyə səs çıxmır? Bu qripin uydurucuları lap ustalıq etmişlər. Deyirdilər ki, digər ölkələrə göydə uçan quşlardan keçə bilər. İndi gəl bunun qarşısını al da. Azərbaycanda da bəziləri çıxıb dağlarda keşik çəkərək məzlum quşları məhv edirdilər.

Bu yalan da çox yerimədi. Yeni bir yalan – “donuz qripi” meydana çıxdı. Onsuz da dünyada getdikcə hər şeyin virtuallaşdığı bir zamanda dedilər ki, insanlar bir-birlərinə salam verməməlidir, əllə görüşməməlidir. Hamını maskalar geyinməyə təşviq etdilər. Onsuzda bəzi demokratiyadan dəm vuranlar, çoxdandır ki, daxili maskalara yiyələnmişlər. Bunun sonu necə oldu? Hətta bir çox məsələlərə reaksiya verməyən ölkəmizdə də buna reaksiyalar verilməyə başladı. Amma əhalinin çox az bir hissəsində. Ona görə ki, xalqımız bir məsəli çox gözəl yadda saxlayıb: “Yalan ayaq açar, amma yeriməz”.

milaya

Şərhlər:

  1. DaRk_AnGeL dedi ki:

    maraqli melumata gore sag olun

  2. milaya dedi ki:

    fikrini bildiren her kese minnetdaram. yalanlarla dolu dunyada Allah bizi yalandan uzaq etsin.

  3. Suphenallah dedi ki:

    Allah muselmanlari yalandan,serden,bohtandan ve ermeni lobbisinden qorusun Amin

  4. ximik dedi ki:

    maraqli ve tamamile dogu xeberdi minnetdaram.belke bunnan sora bir xebere inanmazdan sora onun dogrulugunu yoxlayarlar.

  5. Leonel-207 dedi ki:

    teshekkurler xebere gore. en bagishlamadigim 1-ci xeyanet.2-ci ise yalandir.

  6. Angelocka dedi ki:

    Sitat: Admin
    ALLAH INSANLARI YALANDAN QORUSUN…

    ya_za ya_za Amin..Allah bizleri werden yalandan qorusun..Yalanin omru 40 gun gedir..41-ci gun mutleq acilir..Ama kicik yalanlarda olur..Pis yalanlar yox..Ama yenede yalan yalandi.. cry cry

    heart milaya heart
    baciwkam xebere gore cox sagol..Cox maraqli ve deyerli melumatlar idi opucuk

  7. Melekcik dedi ki:

    tewekkur edirem

  8. Admin dedi ki:

    Yalan dunyani eline alib gedir…ALLAH INSANLARI YALANDAN QORUSUN…

  9. N_E_R_R_G_I_Z dedi ki:

    Sitat: SuZaN
    tskr… ee… bos yere dunyaya yalan dunya demirlerki….


    SuZaN,

  10. BLACK STAR dedi ki:

    cox saolunnn maraqli melumatdi..)))))

  11. GLINKA dedi ki:
    bu xristianlarin da biyabirchi siyasetleri lap agin chixarib ee
    muselmanlar da dinmir ele hami sheri onun ustune atir
  12. Miss_Koroline dedi ki:

    Ehhh dunya dunya sen nelere qadirsen!!!

  13. SuZaN dedi ki:

    tskr… ee… bos yere dunyaya yalan dunya demirlerki….

  14. BalaM dedi ki:

    Cox sagol milaya give_rose

  15. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram!!

  16. Avtosh_227 dedi ki:

    tewekkurler.bu yalan dunya da bir tek gercek tapa bilmemiwem hele.xebere gore tewekkurler…