İslamı qəbul etdi, 36 min insanı islama gətirdi


 

Almaniya, İsveçrə və Avstriya üçbucağındakı alman dilində danışan ölkələrdə vaxtaşırı konfranslar təşkil edərək, insanları İslama dəvət edən Əbu Həmzə ərəb dilini mükəmməl öyrənmək üçün ərəb ölkələrindən birinə getmək qərarına gəlib. Bir müddət Səudiyyə Ərəbistanında təhsil alan Əbu Həmzə İslamın bugünə qədər düzgün başa düşülmədiyini, bu dinin onunla əlaqəsi olmayan insanlar tərəfindən yanlış çatdırılması ucbatından belə nəticələrə gətirib çıxardığını bildirib. Əbu Həmzə yaxşı təhsil alması, İslama dair kifayət qədər məlumatlı olması və gözəl nitq qabiliyyəti ilə tanınır. “Allah bizə insanlara kömək etməyimizi əmr edir. Bunu etmədiyiniz təqdirdə günah edəcəyinizi bildirir. Dünən təşkil etdiyimiz konfransda 10 nəfər müsəlman olub. Məqsədimiz bütün Almaniya əhalisi müsəlman olana qədər konfrans verməyə davam etməkdir. Mən İncili oxumuşam. İslamı qəbul etməzdən əvvəl Qurani-Kərimi də üç dəfə oxumuşdum. Sonda İslamın Allaha aparan həqiqi yol olduğunu gördüm. İnsanların İslamı qəbul edərək, qaranlıqdan – xristianlıq və yəhudilik kimi dinlərdən, eləcə də atezimdən uzaqlaşaraq, bir nur olan İslama gəldiklərini gördükdə özümüzü xoşbəxt hiss edirik. İnsanların cəhənnəmdən qurtulmaları üçün nə isə bir iş görmək insana böyük zövq verir. Mənimlə birlikdə çalışan həmkarlarım indiyə qədər 36 min insanın İslamı qəbul etməsinə səbəb olduğumu hesablayıblar. Mən bu qədər olduğuna inanmıram. Bu, olduqca yüksək bir rəqəmdir. Bunun qərarını Allah verəcəkdir. Ancaq məqsədimiz bu rəqəmin 36 milyona çatmasıdır” – deyə Səlahəddin əbu Həmzə müsahibəsində bildirib.

milaya

Şərhlər:

  1. cizzadi_ommaz dedi ki:

    lap yaxhi sevindim inshallah arzularina catarlar

  2. milaya dedi ki:

    vaxt ayirib oxuyanlara minnetdaram. coxsagolun

  3. BadBoy dedi ki:

    Cox Sag Olun Minnetdaram!!!

  4. qan-donor dedi ki:

    :::::::::::)))))))))

  5. Suphenallah dedi ki:

    Heqiqeten de sevindiricidir Cox sukurler olsun

  6. SuZaN dedi ki:

    uyda… halal olsun… aferin… ve..s… applause
    xeber gore tskr…

  7. Leonel-207 dedi ki:

    ugurlar arzulayiram.xeber ucun teshekkurler.

  8. BLACK STAR dedi ki:

    COX SAOL…MARAQLI XEBERDI…..LAP SEVINDIRICIDI EEE….)) applause

  9. Melekcik dedi ki:

    lap yaxwi ugurlar.inwallah yaxwi olar.xebere gore cox sag ol

  10. Crazy dedi ki:

    sevindirici xebere gore cox sag ol