Allahi Anmaq

İnsan öz sevdiyi
insanın razılığını qazanmaq istədikdə, onun xoşuna gəlməyi arzu etdikdə
görüşə ən gözəl paltarlarını geyir və ən gözəl şəkildə hazırlaşır.
Həmin şəxsə hədiyyə vermək fikrində olanda, ən qiymətli və ən gözəl bir
şey alır və ya özündə olan ən qiymətli bir şeyi ona bağışlayır.
Qarşılığında alacağı mükafat və ya əldə edəcəyi bir şey çox böyükdürsə,
var gücüylə əlindən gələni edir ki, o şeyə nail olsun.
Allahu
Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona
yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam
halda qəbul edir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən
əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani
Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib. Hud
surəsinin 7-ci ayəsində Allahu Təala buyurur ki; ((Ərşi su üzərində
ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək
üçün göyləri və yeri altı gündə yaradan Odur.))

Allahu Təalanın insanlara verdiyi bəlalarda hikməti, onların ən gözəl
işlər görənləri ilə pis işlər görənləri ayırmaqdır. Bütün ayələrdə
Allahu Təala bildirir ki, hansı insanlar ən gözəl əməl edəcəklər, ən
çox əməl deyil.

Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır.

((Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!)) (Əl-Bəqərə, 152)

((O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı
xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər):
“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və
müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)) (Əl-İmran,
191)

((O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!” buyurdu.)) (Əl-İmran, 41)

((Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! ))(Əl-Əraf, 205)

((Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.)) (Əl-Muzəmmil, 8)

Bunun kimi bir çox ayələrə rast gəlmək olar. Bəs Allahı zikr etməyin, Onu daim xatırlamağın faydası nədir?!

Allahı zikr etməyin aşağıdakı faydaları vardır:


1) Şeytanı qovur, onu əzir və sındırır;


2) Rəhman olan Allahı razı salır;


3) Qəlbdə olan sıxıntı və kədəri aparır;


4) Könüldə sevinc və fərəh hissləri oyadır;


5) Ürəyi və bədəni bərkidir;


6) Qəlbi və sifəti nurlandırır;


7) Ruzinin gəlməsinə səbəb olur;

8) Cabirdən rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurub: ”
Kim Sübhənallahi və Bihəmdihi deyərsə, ona, cənnətdə bir xurma ağacı
əkilər” ;

Ayselka

Şərhlər:

  1. Rena_786 dedi ki:

    Cabirdən rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) belə buyurub: \" Kim Sьbhənallahi və Bihəmdihi deyərsə, ona, cənnətdə bir xurma ağacı əkilər\" ;
    спасибо за новость…

  2. IzYuMinKa dedi ki:

    Spasibki…..super

  3. Rast dedi ki:

    Ey iman gətirənlər! Allahı зox zikr edin! əl-Əhzab 41
    gerekki bizler Allahi daima zikr edek yeni yada salaq. Hara baxiriqsa Allahi gorek yeni onun varligini hiss edek. Bir anda ondan Allahdan qeflet etmeyek.
    Allah taala buyururki bezen bendem mene o qeder yaxin olurki onun yeriyen ayagi goren gozu men oluram. Menasi budurki o bende hara baxirsa allahi gorur. O bende Allahin dili ile danishir yeni haqdan basqa bir sey danishmir .
    Hamiya ozumede Allahin sevdiyi bendelerden olmagi dua edirem

  4. BadBoy dedi ki:

    Ayselka spasibki Blagodaren tebe!!!

  5. ...::EMERALD::... dedi ki:

    MARAQLİDRİ.SAG OL