Duanin növü

Dua iki növ olur.
İstək duası və ibadət duası.
Qulun Allaha əl açaraq ehtiyaclarını istəməsi istək duasındandır.
Namaz, oruc, sədəqə, qurban kəsmək və digər ibadətlər isə ibadət duasındandır.
Oruc tutan, sədəqə verən, namaz qılan insan öz əməli ilə Allahdan istədiyi üçün bu növ dualara ibadət duası deyilir.
İbadət duasını heç bir şəkildə Allahdan qeyrisinə yönəltmək olmaz.
İstək duasını da Allahdan qeyrisindən istəmək olmaz. Lakin dörd şərt istisna olmaqla.
1. Diri olmalı.
Yəni ölüdən istəmək olmaz.
2. Qadir olmalı.
Yəni
yağış, şəfa vermək kimi istəkləri yerinə yetirməyə yalnız Allah qadir
olduğu üçün bu növ istəkləri yaradandan qeyrisindən istəmək şirk, böyük
günah sayılır.
3. Eşitməli.
Yəni
diri olmalı və eşitməlidir. Yanında olmayıb hansısa məsafədə səndən
uzaqdadırsa onu da çağırıb ondan yardım istəmək şirk sayılır.
4. Hazır olmalı.
Yəni qeybdə olmamalıdır. Məsələn, cinlər, mələklər və ya ölmüş birisindən istəmək bu şərtə ziddir.
Beləliklə biz artıq bildik ki, dua iki növ olur. Unutmayaq ki, müqəddəs
kitabımız Qurani-Kərimdə rastlaşdığımız dua sözlərində hər iki dua növü
qəsd olunur.
Dua əzəmətli ibadətlərdən biridir. Bu fikri Allah Rəsulundan rəvayət olunan “Dua ibadətdir” hədisi də təsdiq edir.
Rəbbimiz buyurub: “Mənə
dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın,
harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi
mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar
Cəhənnəmə zəlil olaraq girəcəklər! [Ğafir 40:60]
Bu ayədə Allah duanı ibadət adlandırdı.
Əgər bir şeyin ibadət olması isbat oldusa onu Allahdan qeyrisinə yönəltmək şirk sayılır.
Dua əzəmətli ibadətdir və içərisinə dinimizin əsas təməl prinsipi olan tövhidin üç qismini də alır.
Rububiyyə, uluhiyyə, ad və sifətlər.
Ümumi olaraq duanı saleh əməllərin qarşısında, ortasında və ondan sonra da ifadə etmək olar.
Allah-Təalə buyurur:
Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
Yenilənib:
Я согласна, супер новость…
Ayselka, слов нету, МОЛОДЕЦ))
cox sagol
Cooooooooooooox sag ol…..
twkler allah razi olsun
Cox sag Olun!!!