Sevginin vəzifəsi..

Sevginin vəzifəsi..

Sevginin vəzifəsi!
Ruhumda ağrılar yığdım. Bir eşq döyüşçüsüyəm, hər yanım yara izləri ilə bağlıdır. Öz sonunu hazırlayan bu dünyada, ürəyimə dəstək olmağa çalışıram.

Sevginin vəzifəsi!
Dərmanı yox bəzi dərdlərin, bilirəm. Heç keçməyəcək izlərim ürəyimdə, əvəzini ödədiyim səhvlərin möhürlərini daşıyıram. İçim rahat, özümdən çox kimsəyə zərər vermədim. Bütün qazandıqlarım, məğlubiyyətlərimin nişanıdır. İndi sayıram da, nə çox məğlub olmuşam! Olsun, xülyalarımı qurtardım mən o uduzmalarda.

Arxamda gözü yaşlı insanlar buraxmadım. Sevdanın qanadına ilişib, elə avara xəyallar arxasında da qaçmadım. Həmişə sevdim! Elə böyük sevdim ki bəzən, sevdiklərim altında qaldılar. Kiminə çox gəldim, kiminə az..amma sevgidən əl çəkmədim.

Elə günlər oldu ki, öz ağrılarıma baxıb,qorxdum. Bir insan ürəyi bu qədər qanayan yaranı necə qaldırar? Qırağdan görməsinlər deyə , gizləndim. Aralı bir ürək qapısı tapana qədər, gizləndiyim yerlərdən çıxmadım. Güvənmək istədim. Heç bir zaman söykənəcək etibarlı bir çiyin tapa bilmədim. Ona görədir, öz kürəyimdən başqa yerə söykənə bilmirəm.

Namərdlikləri gördüm. İnsanların ağrımadan necə kürəyindən vurduğunu; dostluğun, sevginin yerini alan güclərin vicdansızlığını bilirəm. Pul dediyin əlimizin çirki idi, başımızın tacı oldu. Pozulduq, çirkləndik, itdik.


Sevginin vəzifəsi..


Bəzi gecələr küçələr boyu gedərəm. İnsanları seyr edərəm, qadınları, kişiləri, uşaqları… Gülümsəməyi unutmuş, ürəkləri soyuq, tək və qaranlıq insanları görərəm. Nə acı ki, eşq onların küçəsinə heç gəlməmişdir. Onları görüncə xoşbəxt olaram. Bütün uduzmalarıma, ağrılarıma, xatirələrimə daha möhkəm sarılaram. Bilərəm ki, eşqlə tanış olmamış bir ürək funksiyasızdır.

Uzaqlarda bir yerdə, bir gecə yarısında, mənim kimi tək amma cəsur biri olduğunu xəyal edərəm. Taleyin böyük gücünün, vaxtı gəlincə bizi müqayisə edəcəyini ümid edərəm. Əslində diləyim budur ki, hər kim eşqini tapmaq üçün yollara düşmüşsə, ona çatsın. Sevməyi öyrənmiş ürəklər bir-birini tapsın çünki ancaq o zaman bu dünya yaşanar olacaq.

Nifrətin, döyüşün, kinin, bədbəxtliyin qol gəzdiyi bu kainatda, eşq doğru qapıları döydüncə, dünyanın dönməsi dayanmayacaq. Ürəyində sevda yaşıllaşdıranlar üçün, günəş doğulmağa, çiçəklər açmağa davam edəcək.

Sevməyi bilənlərin vəzifəsi var. Onlar gedib, eşqi bilməyənləri sevəcək. Sonunda acı çəkəcəklər mütləq,ancaq başqa cür kimsə, onlara sevməyi öyrədə bilməyəcək..!

Fikirlərinizi bildirməyi unutmayın..!

BadBoy

Şərhlər:

  1. BalaM dedi ki:

    sagol dostik ela xeber give_rose

  2. Firuze dedi ki:

    hmmmmmm maraqlidir….sag olun…tewekkur….

  3. Leonel-207 dedi ki:

    XEBERE GORE COX SAG OL!!!

  4. milaya dedi ki:

    Sevməyi bilənlərin vəzifəsi var. Onlar gedib, eşqi bilməyənləri sevəcək. Sonunda acı зəkəcəklər mьtləq,ancaq başqa cьr kimsə, onlara sevməyi цyrədə bilməyəcək..!

    teessuf cox vaxt da mehz bu cur olur cry

  5. BLACK STAR dedi ki:

    cox saol ataw..maraqlidi

  6. Jelannaya_013 dedi ki:

    cooox twkur,maraxli idi sueeeeer…

    cooox twkur,maraxli idi sueeeeer…

  7. DaRk_AnGeL dedi ki:

    tewekkurler

  8. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerin agriamsin..

  9. _Aynur_ dedi ki:

    cooooox maraqlidi,tewekkur dostik ellerine saglig…

  10. Nika1 dedi ki:

    Cox maraqli ve menali metindir.Coxsagol

  11. DaviDoFF dedi ki:

    cox saol xebere gore maraqli idi..

  12. BadBoy dedi ki:
    Sizincin Yazdim Sizincin ellewdim Sizincin Eleyirem Bunlari!!

    Sitat: Skromnaya
    sagol dostik ela xeber

    Deymez Dostik Sizincin Eleyirem gul
  13. nilgun dedi ki:

    xeber ucun cooxx sagolllll :))))))))) maraqli idiiii wirin