Çərəzin cana xeyri…

199;601;r601;zin cana xeyri...

Ləbləbi – ana südünü artırır, mədəni rahatladır. Tərkibindəki yağları bədənə xeyirli olan ləbləbi insanda toxluq hissi yaradır, pəhriz saxlayanlar üçün isə artıq çəkidən azad olmağa kömək edir.



Günəbaxan tumu – tərkibindəki fosfor sümük və dişlər üçün faydalıdır, həmçinin ürək əzələlərinin və böyrəyin işini yaxşılaşdırır, yaraların tez sağalmasına, immunitetin güclənməsinə, dad və qoxu bilmə hissinin güclənməsinə kömək edir. Vitaminlərlə zəngin olan günəbaxan tumunun tərkibindəki B6 vitamini qan şəkərini, E vitamini isə ürək, damar, beyin və sinir funksiyalarını tənzimləyir, dərinin yaşlanmasını ləngidir, eləcə də xərçəng riskini azaldır.



Qabaq toxumu – dişlər və sümüyü möhkəmlədir. B15 vitamini ilə zəngin olan qabaq toxumu xolestrolu salır, qəbzlik və bəzi xərçəng növlərinin yaranmasının qarşısını almağa kömək edir. Hər gün bu tumdan istifadə prostat xərçəngi riskini azaldır.



Fıstıq – tərkibindəki B1 vitamini qan yaradıcı xüsusiyyətə malikdir, qandakı xolestrolu salır, qavrama qabiliyyətini yaxşılaşdırır, mədə, bağırsaq, ürək üçün xeyirli qidadır. Yaşlanmağın qarşısını alan fısdıq

siqaretin və spirtli içkinin təsirini azaldır. Yer fıstığının tərkibindəki B3 vitamini qan dövranını yaxşılaşdırır, zehni gücləndirir.


Fındıq
– omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq bborla zəngin olduğundan sümükləri gücləndirir.



Badam – omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır.



Qarğıdalı – protein, kalsium, dəmir, fosfor, A və B2 vitamini ilə zəngindir, qan şəkərini tənzimləyir, qəbzliyin qarşısını alır, ürək xəstəlikləri riskini azaldır, bədəni enerji ilə təmin edir.



Qaysı – böyüməyə kömək edir, görmə qabiliyyətini artırır, şəkər xəstəliyi riskini azaldır, immuniteti gücləndirir, qanı artırır. Dəmirlə zəngin olan qaysı sinir sisteminin və ürəyin fəaliyyətini yaxşılaşdırır, qəbzlik və bəzi xərçəng növlərinin qarşısının alınmasında faydalıdır, zərərli maddələrin bağırsaqlarda qalma müddətini azaldır.



Kişmiş – tərkibindəki bor sayəsində beyin funksiyalarını yaxşılaşdırır. Kişmiş həmçinin sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən maqneziumla boldur. Saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmağın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır.

SuZaN

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    bunu oxumusham,nete vereceydim. dostikk yene qabaqladi meni.

    eziyyete gore teshekkurler!!!

  2. merry-girl dedi ki:

    superdir.bax bele xeberlr cox olsun

  3. Leonel-207 dedi ki:

    Sitat: SuZaN
    Leonel-207,dostik neyniyimeee ))))

    hec ferqi yoxdur esas nete verilib ferqi yoxdur sen verdin men
    verdim…

  4. memi_ dedi ki:

    tapsaq yeyerik,xebere gore cox sag ol

  5. Firuze dedi ki:

    Xeberi yazan eller var olsun tewekkurler flower

  6. aznetin_gozeli dedi ki:

    superdir.bax bele xeberlr cox olsun, maariflendirici.Bugun butun xeberler lezzet eledi mene,.
    cox sagolun deyerli muellif:)

  7. _Aynur_ dedi ki:

    Maragli idi,bilmediklerimi bildim.Cooox sag ol

  8. SuZaN dedi ki:

    oxuyub rey bildiren her kese tskr…
    Leonel-207,dostik neyniyimeee ))))

  9. Suphenallah dedi ki:

    Hmmmmmmmmmmm Cox tesekkur bu qeder faydali olduqlarini acigi bilmirdim

  10. DaviDoFF dedi ki:

    cox saol eziyyete gore.. ALLAH RAzi Olsun…

  11. BadBoy dedi ki:

    Cox sag Ol Baciwka!!

  12. fanya_ya dedi ki:

    Xabara gora tewakkurlar