Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?

399;g601;r Qap305;na Pey287;601;mb601;rimiz (s.a.s) G601;ls601; N601; Ed601;rs601;n?

Əgər bir gün qapına yer üzünə indiyə qədər gələnlərin və bundan sonra gələcək insanların ən gözəli olan, istər idarəetmədə, istər mənəviyyat yönündən seçilmiş, ən yüksək mərtəbədə olan insan, Allahın aşiq olduğu bəndə, Allahın dostu olan qul- Həzrəti Məhəmməd s.a.s gəlsə nə edərsən?



O dəqiqə qapıya qaçarsan. Göz yaşları içində, üzündə də təbəssüm qapını açarsan “Peyğəmbərimiz bizə qonaq gəlib” deyə…İndiyə qədər gələn ən gözəl qonaq və həyatımızın ən gözəl hissəsi… Bəlkə o gəlmədən öncə onun gəlişinə hazırlaşarsan? Tez yataq otağına qaçıb, şkafdakı müğənnilərin kaset və disklərini toplayıb, bir yerə gizlədərsən? Onların yerinə dini kassetlər və disklər qoyarsan. Sonra da divardakı Hollivud ulduzlarının şəkillərinin yerinə “Allah” yazısı olan şəkilləri yapışdırarsan. Pəncərənin qırağındakı mənasız romanlar kitablarını və boş-boş şairlərin mənasız kitablarını toplayıb bəlkədə balkondan aşağı atarsan. Onun yerinə dini elmihallar, Quran, dualar kimi gözəl kitablar yığarsan. Peyğəmbərimizin s.as. sevməyəcəyi bütün əşyaları toplayıb bir yerdə gizlədərsən.



Əziz müsəlman qardaşım! Bəlkə O gəlməmişdən öncə biraz saqqalını uzadarsan. Çünki Onun da saqqalı var və saqqal saxlamaq sünnətdir. Bəlkə diş fırçanın yanına bir dənə də misvak qoyasan?



Əziz müsəlman bacım! Peyğəmbərimizin qabağına açıq saçlarla, dar paltarla, üz-gözündə bir neçə kiloluq bəzək düzəkləmi çıxacaqsan? əgər Peyğəmbərin qabağına belə çıxsan o bəlkə də elə bilər ki- qapını səhv salıb və müsəlman olmayan kimsənin evinə gəlib. Bəlkə də gözlərini bağlayıb üzünə belə baxmazdı. Arxasını çevirib başqa bir qapıya gedərdi. Onda halın necə olardı?



Peyğəmbərimiz gələndə valideynlərinin üstünə qışqıracaq, söyəcəkdinmi? Onlarla bacardığın qədər gözəl rəftar edəcəkdinmi?



Əgər Peyğəmbərimiz səndən “sabah namazına qalxırsanmı? Məscidə camaat namazlarını qılmağa gedirsənmi? Və hamımızın problemi olan – Gecənin üçdə birində Allahla söhbət edirsənmi?” soruşsa CAVABın və olacaq? Yalandan – hər gün sabah namazlarını qılıram, hər gün hər gecə Allahla söhbət edirəm, gecələri namaz qılıram, hər gün namazlarımı camaatla qılıram –deyəcəkdinmi?



Yaxşı, Peyğəmbərlə oturub nə söhbət edəcəksən? Müğənnilərin ən son kliplərindənmi? Ən son Hollivud kinosundanmı? Bəlkə futboldan danışacaqsan? Bəlkə “cim-bom” deyib qışqıracaqsan? Bəlkə internetdə dostunun sənə yolladığı “anekdotu və ya açıq saçıq fotolaramı”göstərəcəksən?



Səni belə daşürəkli edən nədir? Səni Allahdan döndərən nədir? Sənin önündə 1000 qapı açan və ömrünü bərəkətləndirən Allahdan niyə qaçırsan? Sən bu sözləri Qiyamət günü mütləq xatırlayacaqsan. Şübhəsiz. Ya Allaha şükür edib yaxşıki bu sözlərə uydum və Cənnəti qazandım deyəcəksən ya da ki, Cəhənnəm odunda- heyiflər olsun mənə, niyə bu sözləri eşidəndə qulaqlarımı tutdum, eşitmədim deyəcəksən…



Allah hamımıza hidayət versin… Amin!!!

SuZaN

Şərhlər:

  1. BadBoy dedi ki:
    Cox sag Ol Baciwka !!!
  2. Crazy dedi ki:

    Cox sag ol Suzan Allah senden razi olsun hedden artiq gozel xeberdi kaski hami bos-bos islerle mesgul olmaqdansa dinnen mesgul olub Allaha inansalar sagol

  3. SuZaN dedi ki:

    Suphenallah,
    ximik,
    Melekcik,
    sizde sag olun… oxuyub rey bildirdiyiniz ucun…

  4. Melekcik dedi ki:

    sagol bacim cox sag ol ela xeberdi.Allah senden razi olsun

  5. ximik dedi ki:

    cox sag ol Allah komeyimiz olsun bacim ellerive sagliq

  6. Suphenallah dedi ki:

    Allah her birimizi emeli saleh bendelerinden etsin Amin Coooooox sag olun

  7. SuZaN dedi ki:

    Leonel-207,
    girl_from baki,
    Sizde coox sagolun ki, oxumusuz… Allah razi olsun…

  8. girl_from baki dedi ki:

    Suzan xanim cooooox sag olun bu gune qeder oxudugum en gozel xeberdir.Allah min kez razi olsun senden

  9. Leonel-207 dedi ki:

    Allah hamımıza hidayət versin… Amin!!!
    ALLAH RAZI OLSUN.EZIYYETE GORE TESHEKKURLER DOSTIKKKKK

  10. SuZaN dedi ki:

    BadBoy,
    GLINKA,
    N_E_R_R_G_I_Z,
    PLAY_BOY,
    HER BIRINIZE TSKR… flower

  11. BLACK STAR dedi ki:

    cox saol canim dostikim..ALLAH senden razi olsun..))))

  12. N_E_R_R_G_I_Z dedi ki:

    Allah hamımıza hidayət versin… Amin!!! pray pray

    Allah senden razi olsun baciskam ela xebere gore twkler girl_ang

  13. GLINKA dedi ki:
    he bu barede mende hedis var mp3 seklinde
    eslinde onu chox sevdiyimizi deyirik amma her dediklerini etmirik

    Suzan bu suoer xeberdir

  14. SuZaN dedi ki:

    Crazy,Allah her birimizden razi olsun…