Bu həyatdan sıxıldınızmı?

Bu h601;yatdan s305;x305;ld305;n305;zm305;?
Bu həyatdan sıxıldınızmı?
Uzun zamandır həyatınız düm-düz uzanan, soyuq və darıxdırıcı bir yola bənzəyir. Halbuki bu təkrarlananı qırmaq və həyatınızın axışını dəyişdirmək əlinizdə. Necəmi?

Cavabı çox sadə…
Bir qadın həyatındakı hər şey yolunda gedərkən, yaxşı bir işi, möcüzə bir sevgilisi və sadiq dostları varkən, istədiyi yerə gedib istədiyini edəcək maddi imkanlara sahibkən, gündəlik problemlər xaricində əllə tutular heç bir problemi yoxkən bədbəxtliyin və qəribə bir boşluq hissinin pəncəsinə düşə bilərmi?
Düşə bilər, həm də asanca…

Təkrarlanan bir həyat sürmək, hər səhər qalxıb bir əvvəlki günün eynisini təkrarlamaq, tez-tez “Mən bu anı daha öncə yaşamışdım” hissinə qapılmaq, hər həftə sonu eyni məkanlara gedib eyni üzləri görmək bəzən insanı amansız bir xəstəlik kimi ovucunun içinə alan, ruhundakı enerjini azaldan, həyata sevincini korlaşdıran bir can çətinliyinə səbəb olar.

Həyatı başdan yaratmaq
Əgər siz də son zamanlarda tez-tez bu cür hisslərə qapılanlardansınızsa, həyatınızda ciddi bir dəyişiklik etmənizin zamanı gəldi deməkdir. Ancaq əsla bu dəyişikliyi çox yaxşı gedən bir romantik əlaqəni bitirərək, yoldaşlarınızla görüşməyərək ya da rahat bir həyat yaşamanızı təmin edən işinizdən ayrılaraq edəcəyinizi sanmayın. Çünki beləsi gərəksiz və mənasız bir macəraya atılmaqdan kənar heç bir işə yaramaz. Unutmayın ki, həyatınıza bir şeylər əlavə etməyə ehtiyacınız var, ondan bir şeylər azaltmağa deyil.

Yeni bir başlanğıc üçün əvvəlcə özünüzə soruşmanız lazım olan bəzi suallar var.
Həyatınızı dəyişdirəcək doqquz sual:

1. Gün içində nələri yalnız vərdiş etdiyiniz üçün edirsiniz?
2. Bu etdiklərinizdən hansılarına həqiqətən davam etmək istəyirsiniz?
3. Niyə geri qalanını etməyi buraxmırsınız?
4. Həyatınızda nələri dəyişdirməyə ehtiyacınız var?
5. Sizi bu dəyişiklikləri etməkdən saxlayan nədir?
6. Bu dəyişiklikləri etsəniz ola biləcək ən pis şey nədir?
7. Bu ən pis ehtimalın reallaşması ehtimalı nə ola bilər?
8. Tam mənasıyla xoşbəxtsinizmi?
9. Yoxsa yalnız həyatınızdan məmnunsunuzmu?

Bu sualları cavabladıqdan sonra özünüz və həyatınız haqqında daha çox məlumat sahibi olduğunuzu düşünəcəksiz.
Unutmayın ki, bu sizin həyatınızdır və bir daha belə şansınız olmayacaq…

BadBoy

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    COX SAG OL XEBERE GORE!!!

    8. Tam mənasıyla xoşbəxtsinizmi?

    NECEDE MENE UZAQ BIR KELME

    cry cry cry cry cry

  2. elnurr dedi ki:

    sag ol bu cox yaxsi xeberdi ???????? sad oldum senk you very mach

  3. girl_from baki dedi ki:

    cok mersi

  4. Melekcik dedi ki:

    4oox saol xebere gore angel

  5. BLACK STAR dedi ki:

    cox saol maraqlidi!!!

  6. ZveZdoCka dedi ki:

    BEZEN YORULURUQ BEZEN BEZIRIK BEZENDE DEYIRIK NE OLURSA OLSUN HEYAT GOZELDI VE YASAMAGA DEYER.ALLAH HEC KIMI HEYATDAN BEZDIRMESIN

  7. rihanna dedi ki:

    cox sagol xebere gore.

  8. BadBoy dedi ki:

    Cox sag Olunki Fikirlerinizi Bildirdiz!!!

  9. BalaM dedi ki:

    BadBoy dostik ellerine saglig tshk give_rose

  10. DaviDoFF dedi ki:

    cox saol xebere gore…

  11. Badi_Seba dedi ki:

    Bu həyatdan sıxıldınızmı?


    yox sixilmadim bezdiiiiiiiiiiiiiiiiim

  12. Cristi dedi ki:

    XEBERE GORE SAG OL. AMMA HELE SIXILMAMISAM angel