Yeni il adətləri

Yeni il adətləri
Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirnilər bağışlamaq dəbdədir. Orda deyirlər ki, yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq.
-Bolqarıstanda daha bir adət illərdir ki, davam edir. Saat 12-ni vuranda bütün mənzillərdə işıqları söndürürlər. Üç dəqiqə davam edən qaranlıqda hamı bir-birini öpməlidir. ( 2-ci adət maraqlı adətdir, elə deyil mi ? )

*****
Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınalra verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyirlər, Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yox bu vəziyyət cəmi bir günlükdür. ( P.S Olmaz olsun belə adəti. Bu kişilər üçün bayram olmadı ki. Qadınlar üçün bayram oldu )

*****
Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında 12 ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuranda soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalan aylar isə quraq keçəcək. (Sinoptiklərin, daha dəqiq desək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidremetereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun gözündən uzaq !! yoxsa bu inanca qəti qadağa qoyarlar !!! )
*****

Havanada yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Axşam saat 12-də saatın zəngləri vuranda hər adam 12 gilə üzüm üzüm yeməlidir. Bu o deməkdir ki, ilin 12 ayında sənin həyatın üzüm kimi şirin olacaq (saat 12 olana kimi mən süfrədə üzüm qoyaram qalsın…. axmaqdırlar da. Təssəvür edin ki, saat 12-yə kimi süfrədəki üzümlərə şişə-şişə baxırlar !!! Axmaqlar )

*****
Ruminiyada isə daha qəribə adət vardır. Bu ölkədə yeni il süfrəsi üçün sürprizlərlə dolu kökə bişirmək adətdir. Belə ki, bu yağlı kökələrin içinə daha çox pul, gümüş üzük, acı istiot və s. qoyurlar. Yeməkl vaxtı kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinəpul ya üzük çıxanları il boyu xoşbəxtlik gözləyir. Bəxtinə istiot çıxanlar isə il boyu ehtiyatlı dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. ( bu inancı sınamağa dəyməz…. Vay o günə ki, kiminsə bəxtinə istiot çıxa. Ondan sonra gəl 1 ili narahat keçir ki, mənim bəxtimə istiot çıxıb il uğurlu olmayacaq !!! )

*****

Macarıstanda yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya ki, yeni ildə quş əti yeyənin saədəti uçub gedə bilər. Subay qızlar isə bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər ( əziz Azərbaycan xanımları !!! Qətiyyən bu inanca inanmayın !!! Çünki bu macarların inancıdır və çox mənasız bir inancdır…. Odur ki, yeni ildə istədiyiviz quşun ətini rahat rahat yeyə bilərsiniz… )

*****
Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axırında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əzizlərinə çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.

Qeyd: mən burada bəzi ölkələrdə olan adətlərdən və inanclardan yazmışam, amma bu o demək deyil ki, mən bu və ya digər inanclara inanıram… Qətiyyən inanmıram. Sadəcə maraqlı adətlər olduğu üçün sizlərlə də paylaşmaq istədim !!!

Burada yazılanlar nəinki Aznetdə hətta dünya internet saytları içərisində ilk dəfə
ForGenc.net-da….

BadBoy

Şərhlər:

  1. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  2. Cristi dedi ki:

    XEBERE GORE SAG OL. MENCE BASQA OLKELER DAHA MARAQLI KECIRDIR. EN SEVDIYIM BAYRAM YENI ILDI. BU BAYRAMIN MENIM UCUN BASQA YERI angel VAR

  3. elnurr dedi ki:

    yeri var yeri var

  4. elnurr dedi ki:

    sag ol bu cox yaxsi xeberdi ???????? sad oldum

  5. BLACK STAR dedi ki:

    cox saol maraqlidi!!

  6. BadBoy dedi ki:

    Deymez Ezizlerim sizincin Caliwiram!!!

  7. Leonel-207 dedi ki:

    cox sag ol maraqli xebere gore.

  8. Jelannaya_013 dedi ki:

    cooox twk xebere gore..

  9. Suphenallah dedi ki:

    tesekkurler maraqliydi

  10. MMO dedi ki:

    o gun olsun bundanda yaxshi xeberler yazasan,maraqli idi

  11. BalaM dedi ki:
    xebere gore tshk dostik give_rose
  12. PRistupnIK dedi ki:

    cox sagol qaqulya

  13. _Cinbala_ dedi ki:

    Cox sagol…ellerin var olsun!