2009-cu il kimleri apardi?


 

Bu ildə qoyub gedəcəyimiz adamların siyahısı da fərdidir. Mən də ilin itkilərinin siyahısını tutdum. Siyahıda o kəslərdir ki, onların yoxluğu insanlığı daha da yoxsullaşdırdı.

Yanvar

Yanvarın 27-də 77 yaşında yazıçı Con Apdayk vəfat etdi. Ona dünya şöhrətini Dovşan ləqəbli Herri Enqstrem haqqında romanlar seriyası gətirdi.
Con öləndə qəzetlər yazdı: “Dovşan sakitləşdi”.

Aprel

“Taleyin ərköyünü” Moris Dryüon vəfat etdi. O, uzun və xoşbəxt ömür yaşadı və dünya ilə 91 yaşında vidalaşdı.
Onun “Lənətlənmiş krallar” seriyasından kitabları hələ sovet illərində əldən ələ gəzirdi.
May
Əvvəla, Oleq Yankovski getdi – 65 yaşında. O, Alla Puqaçova ilə birlikdə SSRİ-nin sonuncu Xalq artisti idi. Bu titulu 1991-in 31 dekabrında almışdı. Artıq SSRİ yox idi.
Yankovski həm də aktyorlar pleyadasında ən intellektuallardan idi.
Sonra isə Vyaçeslav Nevinnı ilə vidalaşdıq. 75 yaşında, diabetdən. Bizlərin yaddaşında o, həmişəlik “Şən U” kimi qaldı – “Gələcəkdən gələn qonaq” filmindəki kosmik pirat kimi.
Nəhayət marşal Valentin Varennikov (1923-2009). Sovet İttifaqı qəhrəmanı, məşhur QKÇP-çi. Sonuncular arasında yeganə şəxs oldu ki, Yeltsinin amnistiyasından imtina etdi. Son gününədək SSRİ-nin dağıdılması ən böyük faciə saydı.
İyun

İyunun 25-də 51 yaşında Maykl Cekson öldü. Qəflətən, ani. Bununla da dünya “ən ağdərili zənci”sini itirdi.
İyul

Yazıçı Vasili Aksyonov (1932-2009) vəfat etdi. O, antisovet deyildi, ancaq Brejnev dövründə vətəndaşlıqdan məhrum edildi.
90-cı illərdə o, Rusiyaya dönəndə hamı ondan SSRİ-ni pisləyəcəyini gözləyirdi. Onun tənqidi isə yeni “demokratlar”a qarşı yönəldi.

Əfsanəvi futbolçu Bobbi Robson (1934-2009) da bu ildə qaldı. O, son illər xərçəngdən əziyyət çəkirdi.

Avqust

Semyon Faradanın (1934-2009) əziyyətlərlə dolu ömrü bitdi. Son 10 ildə o, xəstə idi. Yadınıza salın: “Həmin Münhauzen” və “Qaraj” filmlərini.

Sentyabr

Patrik Sueyzi (1952-2009) mədəaltı vəz xərçəngindən vəfat etdi. O, “Ruh” filmindən sonra superpopulyardı.
Digər itki – Sovet İttifaqı Qəhrəmanı, 4-cü kosmonavt Pavel Popoviç. Son gününədək kommunist olaraq qaldı.

Oktyabr

Yazıçı Əlibala Hacızadəni itirdik. Heç bir rəsmi titulu yoxdu, ancaq kitabları tiraj rekordçusu idi. Yaddaşlarda öz “İtkin gəlin”i, “Əfsanəsiz illər”i, “Təyaarə kölgəsi” və başqa kitabları ilə qalacaq.

Noyabr

Noyabr maksimal itkilər ayı oldu.

Əvvəla, Qılman İlkini itirdik. Müdriklik və təvazökarlıq rəmzini.

Digər itki – məşhur Aramis İqor Starıgin dünya ilə vidalaşdı. Onun 63 yaşı vardı.
101 yaşında canlı klas Klod Levi-Stross vəfat etdi.
Nobel mükafatı laureatı, fizik Vitali Ginzburq 94 yaşında gözlərini yumdu. O, dinə və elm saxtakarlarına qarşı barışmaz və yorulmaz mübarizdi. Yaramazların işi yüngülləşdi.
Digər itki – yazıçı Milorad Paviç. Magik realizmin parlaq nümayəndəsi noyabrın son günündə torpağa tapşırıldı.

Dekabr

Ayın itkiləri “Ştirlits”in ölümü ilə başdadı. Vyaçeslav Tixonov çoxdan ürək xəstəsi olsa da, ölümü qəfil oldu.
Azərbaycan Azad Şərifovu itirdi – istedadlı qələm sahibini və ləyaqətli vətəndaşı.

milaya

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Allah olenlere rehmet elesin!!! Qalanlara can sagligi versin!!! AMIN!!!

    XEBERE GORE ISE EZIYYETI OLAN,EMEYI OLAN HER KESE TESHEKKURLER

  2. milaya dedi ki:

    rey bildiren herkese tewekkur

  3. DaRk_AnGeL dedi ki:

    maraqli idi tesekkurler

  4. memi_ dedi ki:

    cox sag olun,heqiqeten maraqli bir xeber oldu menim ucun

  5. _Aynur_ dedi ki:

    Dunyasini deyiwenlere rehmet,qalanlara ALLAH can saqliqi versin

    maraqli xebere gore cox saq ol

  6. BLACK STAR dedi ki:

    hmmm cox saol..))))maraqli melumatdi..)))ellerine sagliq

  7. Firuze dedi ki:

    Heqiqeten maraqli xeberi idi.Tewekkurler applause

  8. aznetin_gozeli dedi ki:

    sagol Akusham xebere gore bitanem

  9. SuZaN dedi ki:

    ayda Elibaa Hacizadenin olduyunu bilmirdim… Allah rehmet elesin…

  10. Suphenallah dedi ki:

    ALLAH REHMET ELESIN O DUNYALARIN VERSIN

  11. DaviDoFF dedi ki:

    ALLAH butun olenlere rexmet elesin AMIN! cox saol xebere gore..

  12. BadBoy dedi ki:

    milaya spasibki tebe BoLWOYE!!!

  13. BalaM dedi ki:

    Allah olenlerin hamisina rehmet elesin..Amin

  14. qeribelik dedi ki:

    2009 BİZDEN YASAMAGA TEZECE ATILAN TELEBELERİMİZİ(ADNA) ALDI.COX İSTEYERDİM ONLARI QEYD EDERDİN.TSKLER