Qaydasız gülüş

Qaydas305;z g252;l252;351;

1. Bir qabrovolu dostuna deyir:

-Atam dəli olub, bütün var-dövlət qalıb mənə.

-Yəqin ki, atanın borclarını sən ödəyəcəksən?

-Sən məni düz başa düşmədin, dəli olan atamdır, mən yox…

2. Qoyun-keçi otaran yüz yaşlı qocanın yanına intervyü almağa gələn müxbir soruşur:

-Baba, əvvəla, de görək sən keçi südünü çox sevirsən, ya qoyun südünü?

Qoca isə gülümsəyərək belə cavab verir:

-Hansı ucuzdursa onu…

3. Üç dost restorana getmişdi, ikisi əllərini yumağa gedəndə, üçüncüsü menyunu götürüb bahalı yeməklərin adını pozmağa başlayır. Afisant onun niyə belə etdiyini soruşanda, o, belə cavab verir:

-Axı yeməklərin pulunu mən verəcəyəm…

4. Ata oğlundan soruşur:

-Riyaziyyat müəllimi xoşuna gəlir?

-Oğul cavab verir, yox.

-Atası soruşur nə üçün?

-Oğlu deyir: Çünki yalançıdır. Dünən deyirdi, dördün üstünə beş gəlsən, olar doqquz, bu gün isə deyir ki, üçün üstünə altı gəlirsən eləyir doqquz…

5. -Əzizim, sən dünyada hamıdan gözəlsən.

-Doğru deyirsən? Dünən sənin dostun Orxan da mənə belə deyirdi.

-Sən ona inanma, o, yalançıdır…

6. Hakim müttəhimə müraciət edir:

-Danış görək maşını necə oğurladın?

-Mən onu oğurlamamışam, qəbristanın qapısında gördüm, elə bildim sahibi ölüb…

7. Birisi otaq tutmaq istəyir. Uzun-uzadı sahibi tavanından su axan, divarları da rütubətdən ləkə-ləkə olan otağı kirayə vermək istədiyi adama göstərir. Otağa baxan, ev sahibindən soruşur:

-Görünür tavandan həmişə su axır?!

-Yox, canım! Həmişə niyə? Yağış yağandan-yağana!

8. Oğul ataya deyir:

– Ata alkaş nədir?

Ata cavab verir.

– Bax oğlum ordakı 2 ağacı 4 dənə görən alkaşdır.

Ogul deyir.

– Ata !!! Axı orda 1 dənə ağac var…

9. Nənə nəvəsinə deyir:

-Balam, bu gecə yenə yuxuda uçurdum…

Nəvə:

-Ay nənə, neçə dəfə demişəm ki, sənin dərmanların o biri qutudadır…

10. Bir gün iki deli olur. Bunlar çay içmək istəyirlər amma bir qəndləri olur. Dəlilər sözdəşirlər ki gəl qəndi göydən asaq ona baxıb çayi içək. Bunlar belə edirlər lakin dəlinin biri gözünü qənddən çəkmir, o biri dəli də deyir:

-Mən oynamıram səninki şirin çay oldu…

BadBoy

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Allah seni guldursun ay dostik….cooooooooooox sagol… happy

  2. Suphenallah dedi ki:

    happy Allah guldursun bu neydi bele ?! adrenalinsize basdan-ayaga

  3. Melekcik dedi ki:

    laugh1 ALLAH sani guldursun

  4. DaRk_AnGeL dedi ki:

    maraqli idi bir axda olsa guldum

  5. Cristi dedi ki:

    Cooox sag olun..Elaaa…Super .oldum gulmekden happy xaxa

  6. girl_from baki dedi ki:

    kefim acildiye
    cox sag ol

  7. Crazy dedi ki:

    COX SAGOL ODUM GULMEKDEN

  8. qeribelik dedi ki:

    COXUNU OXUMUSAM.TSKLER

  9. BLACK STAR dedi ki:

    cox saol.maraqlidi!

  10. BadBoy dedi ki:
    Cox sag Olunki Beyendiz Minnetdaram Her Birinize Desteye Gorede Minnetdaram Sizsiz men Neyleyereme Sizi Cox Istiyirem gul
  11. BalaM dedi ki:

    tochna qaydasiz oldume gulmekden :)))..Sagole dostik give_rose

  12. Black_Boy dedi ki:

    ade ilham Allah seni guldurse\un sag ol qaqam yaxshidir ruslar demiwken tak derjat

  13. Leonel-207 dedi ki:

    COX SAG OL EZIYYETE GORE !!!

  14. nurlana77 dedi ki:

    gulmeliydi twk