Yolka bəzəmək ənənəsi haradan gəlir?

Yolka b601;z601;m601;k 601;n601;n601;si haradan g601;lir?

Həyat rəmzi olan yolkanın bəzənməsi hansısa bir dinlə bağlı deyil

Yeni il bayramını al-əlvan,bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür.Əlbəttə,bu yolka təbii küknar ağacından olsa daha gözəl olardı.Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar.Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir?

Çoxları yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir.Əslində isə,həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil.Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər.Bu,həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər.Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər.Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir.Həmin mənbələrə görə,o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb,həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş.Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır.Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər.1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib.O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir.Beləcə yolka bütün dünyada məşhurlaşıb.

Hazırda hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var.Onlardan bir neçəsi aşağıdakı kimidir.


Mexiko–Bu ölkədə ən məşhur yeni il bəzəyi İsa Peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır.

Qvatemala–Burada da əhali əsasən İncildən olan səhnələr əks edilmiş bəzəklərdən istifadə edirlər.Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr qoyulur.

Qrelandiya–iqlimindən asılı olaraq burada şam ağacı bitmir.Amma bu sakinlərə yeni ili yolkasız qarşılamağa mane olmur.Kənardan gətirilən ağac əl-əlvan bəzdilir.Adətən bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir.

Braziliya–Bu ölkə bayramı isti havada qeyd edir.Bunun üçün də yolka ağ pambıqla bəzədilir. Bu mülayim havada qar effekti yaratmaq üçün nəzərdə tutulub.

İrlandiya–bu ölkədə yeni ildə qış əsl üzünü bol qar və kəskin şaxta ilə göstərir.İrlandiyalılar yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə üstünlük verirlər. Yolkanın başına isə mələk və ya ulduz asırlar.Qapılara isə kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır.

İsveç–isveçlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər.Onlar yolkanı düz bayram günü alırlar.Ağac əsasən küçədə qurulur.Yolka günəş,ulduz və qar dənəsi kimi bəzəklərlə bəzədilir.

Qeyd edim ki,Yeni il münasibəti bir çox ölkələrin mərkəzi meydanlarında böyük yolkalar qurulur.Bu il dünyanın ən böyük yolkası Mexikoda qurulub.Ağacın hündürlüyü 110 metrdir.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    İsveз–isveзlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər.Onlar yolkanı dьz bayram gьnь alırlar

    GOREN NIYE BELE TEZ ALIRLAR??!!!

  2. SuZaN dedi ki:

    tskr dostik bu haqda oxumusdum

  3. Leonel-207 dedi ki:

    Sitat: Skromnaya
    men bilmirem goresen niye?:)


    menede maraqlidir niyesi

    Sitat: Miss_Koroline
    elaa xeberdir thanksssss


    buyur!

    Sitat: BadBoy
    Cox sag Ol Gaga!!


    deymez qaqash

    Sitat: badi_Seba
    maraqli xebere gore cooooox tewekkurler dostikim


    buyur dostikim!!!!

    Sitat: DaviDoFF
    cox saol xebere gore..


    buyur!

    Sitat: Suphenallah
    Cox tesekkurler Duzunu desem xeberindeki melumatlar meni bir az rahatlatdi Suallarimi cavablandirdin bir sozle Tesekkur


    lap yaxshi neyise melumatin artdisa sevindim

    Sitat: Aynur_az
    Maraqli xebere gore cooooooox saq ol dostikim


    Sitat: aznetin_gozeli
    cox sagol dostik, sevirem bu tip xeberleri.etno ile bagli xeberleri. maraqlidir .


    buyurun dostiklerim beyendiyinize sevindim.

    Sitat: Firuze
    Coooox sag ol .Yeri var super….


    Sitat: PLAY_BOY
    cox saol ataw…maraqlidi.))))


    beyendiyinize sevindim.

    Sitat: memi_
    xebere gore cox sag ol,elka bezemek mence zovqden de asilidir


    buyur.raziyam

  4. memi_ dedi ki:

    xebere gore cox sag ol,elka bezemek mence zovqden de asilidir

  5. BLACK STAR dedi ki:

    Leonel-207,
    cox saol ataw…maraqlidi.))))

  6. Firuze dedi ki:

    Leonel-207,
    Coooox sag ol .Yeri var super…. yerivar applause

  7. aznetin_gozeli dedi ki:

    cox sagol dostik, sevirem bu tip xeberleri.etno ile bagli xeberleri. maraqlidir .

  8. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cooooooox saq ol dostikim

  9. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  10. Suphenallah dedi ki:

    Cox tesekkurler Duzunu desem xeberindeki melumatlar meni bir az rahatlatdi Suallarimi cavablandirdin bir sozle Tesekkur

  11. Badi_Seba dedi ki:

    maraqli xebere gore cooooox tewekkurler dostikim

  12. BadBoy dedi ki:

    Cox sag Ol Gaga!!

  13. Miss_Koroline dedi ki:

    elaa xeberdir thanksssss

  14. BalaM dedi ki:

    Leonel-207,

    men bilmirem dontknow goresen niye?:)

  15. Leonel-207 dedi ki:

    Sitat: SuZaN
    tskr dostik bu haqda oxumusdum


    ola biler. buyur!!!