SEVIREM SOYLESEN BIR AXWAM SUSARAM MENE, DENIZ KIMI

BALACA XEZERIMDEN SUPER BİR ŞEİR


 

Dənizi hədiyyə verirəm sənə…

Mən dedim, sən baxdın, sən gülümsədin.


Göylərin şəfəqi düşdü üzünə.


Mən isə… göyləri verirəm, – dedin…


Ayrıldıq qəribə hədiyyələrlə,


Göylər eşqim kimi mənə əzizdir.


Ayrıldıq dənizlə, ağ ləpələrlə,


Necə aparasan? Dəniz dənizdir.


Dənizi verdim ki, sənə hədiyyə,


Gəldiyim sahilə gələsən bir də.


Məni görməyəndə o mənəm – deyə,


Mənimlə danışıb, güləsən bir də.


– Əgər görüşməsək, bizə dağ olar,


Dedim, neçə dəfə belə dedim mən.


Dəniz sahilinə qayıtmaq olar,


Göylərin sahili varmı, gedim mən?!


Düşündüm, ayrıldıq gələndən bəri,


Sən mənim eşqimə çıraq olasan.


Onunçün verdinmi mənə göyləri,


Məndən göylər qədər uzaq olasan?!


Mən bir dənizəm ki, eşqim səhərdir,


Səni düşünürəm, əzizim, yenə.


Mənim dalğalarım xatirələrdir,


Qoy çatsın qəlbinin sahillərinə.


Əsl məhəbbət ki, böyük hünərdir,


Coşar ümman kimi təzə arzular.


Mənim dalğalarım xatirələrdir,


Orda tufan da var, burulğan da var.


Dənizəm, eşqimdən qaçmaq hədərdir,


Mən ki, adlayıram çölü, çəməni.


Mənim dalğalarım,xatirələrdir,


Gecə də, gündüz də tapacaq səni.


İstəsən yuxuna gələrəm sənin,


gələrəm dəniz kimi.


Üzünə incilər çilərəm sənin,


çilərəm dəniz kimi.


Yoluna şəfəqlər səpərəm hərdən


səpərəm dəniz kimi.


İstəsən üzündən öpərəm hərdən,


öpərəm dəniz kimi.


Adını qəlbinin sahillərinə


yazaram dəniz kimi,


“Sevirəm” söyləsən bir axşam mənə,


Susaram dəniz kimi,


Susaram dəniz kimi.


Dünyada sakitlik aramadım mən,


Günəş kimi parla,


səhər kimi gəl.


Göylərtək yuxuma gəlmək istəsən,


Sən aylı, ulduzlu göylər kimi gəl.


Adla qucağından gur tufanların,


Mən baxım axşamdan səhərə kimi.


Adla ağ yoluyla kəhkaşanların,


Parlasın hər ulduz xatirə kimi.


Gəl, qış gecəsində,


yaz səhərində,


Dənizi göylərdən ayırmaq olmaz!


Sonsuz kainatın üfüqlərində,


Sən görüş vaxtını şimşəklərlə yaz!


Mən gərək nəğmətək səni dinləyəm,


Sən mənim eşqimlə, ürəyimləsən.


 

balaca

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    ela….. super.. perfect..

  2. IzYuMinKa dedi ki:

    twklweer balaca super xeberdiii

  3. DaviDoFF dedi ki:

    cox saol xebere gore yaxshi idi..

  4. BadBoy dedi ki:
    Cox sag Ol Allarina saglig!!!
  5. Leonel-207 dedi ki:

    cox sag ol.eladir.ellerin agrimasin.

  6. milaya dedi ki:

    supeeerrrrr….

  7. N_E_R_R_G_I_Z dedi ki:

    ellerine saqlioq superrrrrrrrrrr…

  8. Night---Wolf dedi ki:

    Dənizi hədiyyə verirəm sənə..
    400x sagol eladiiiii

  9. qeribelik dedi ki:

    MARAQLI İDİ.THANK YOU

  10. Cristi dedi ki:

    SEHRIYAR HEQIQETEN SUPER angel

  11. BAKINKA_777 dedi ki:

    cox saq ol

  12. DaRk_AnGeL dedi ki:

    tesekkurler dostik super

  13. cizzadi_ommaz dedi ki:

    ser xeberi menlik deyil please userler incimesin
    sere xeber deye bilmirem

  14. Crazy dedi ki:

    Dənizi gцylərdən ayırmaq olmaz!
    Sonsuz kainatın ьfьqlərində,
    Sən gцrьş vaxtını şimşəklərlə yaz!
    Mən gərək nəğmətək səni dinləyəm,
    Sən mənim eşqimlə, ьrəyimləsən

    cox sag ol gozel seirdi

  15. BLACK STAR dedi ki:

    sehriyar qaqaawim cox saol..)))ela alinib…ellerine sagliq applause

  16. Badi_Seba dedi ki:

    menim cooooooooooox xowum geldi bu sozlerden…hetda cox pis oldum… cry
    coooooooooooox tewekkurler…

  17. PRistupnIK dedi ki:

    kirpi baw sagol xeber super

  18. _Aynur_ dedi ki:

    Cooooooooooox gozel weirdi tewekkur.

  19. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerin agrimasin…

  20. BLACK STAR dedi ki:

    PRistupnIK


    ayee yuskaa iwin olmasin daa gorursenki balacadi))))ele dimeginen..))) laugh1 laugh1

  21. SuZaN dedi ki:

    tskr… mende var bu ser… sere soz ola bilmez sadece… SUPEEERRR…

  22. Miss_Azericka dedi ki:
    super