Apollon Proqramı

Apollon
Proqramı və ya Layihəsi – NASA tərəfindən reallaşdırılmış Aya uçuş
layihəsidir. Gemini Layihəsindən sonra qəbul edilən bu proqramın
reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur.
Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə
1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon
Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan
Apollondan almışdır.

Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan
kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə
kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi
daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir,
sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemisayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra
kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri
qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə
olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi. Bunların
köməyi ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer
müəyyənləşdirilmişdi.

Ay səthinə enmək məqsədilə 4 ayrı plan düşünülmüşdü:

Birbaşa qalxma: Bu plana görə kosmik gəmi birbaşa Aya uçmalı və Aya
enib qalxmalı idi. Bu əməliyyat üçün həmin dövrün ən güclü raketi olan
Nova raketindən daha güclü bir vasitəyə ehtiyac vardı.

Yerin orbitində görüşmə: Bu plan biri kosmik gəmini, o biri isə
yanacağı daşıyan 2 Saturn V raketinin kosmosa qalxmasını nəzərdə
tuturdu. Kosmik gəmi Yerin orbitinə yerləşməli və lazımi qədər yanacaq
doldurulduqdan sonra Aya gedib qayıtmalı idi. Yenə də kosmik gəmi tam
halda Ay səthinə oturmalı idi.

Ay səthində görüşmə: Bu plan biri yanacaq daşıyan və Aya enməli olan
insansız kosmik vasitənin və bir müddət sonra onu izləməli olan insanlı
kosmik gəminin yaradılmasına əsaslanırdı. Yanacaq insanlı vasitə Yerə
qayıtmazdan əvvəl insansız vasitədən insanlı vasitəyə köçürülməli idi.

Ay orbitində görüşmə: Bu plana görə kosmik vasitə İdarəetmə modulu,
Xidmət modulu və Ay modulundan ibarət olmalı idi. İdarəetmə modulu və
Xidmət modulu 3 astronavtın 5 günlük Ay səfəri üçün lazımlı həyat
sistemlərini və kosmik gəmi Yer atmosferinə geri qayıdarkən lazım
olacaq istilik qalxanını daşıyırdı. Ay modulu Ay orbitində əsas gəmidən
ayrılacaq və iki astronavtı Ay səthinə eniş üçün daşıyacaqdı. Ən sonda
İdarəetmə modulu ilə Xidmət modulu geri dönəcəkdi. Atmosferə girərkən
Xidmət modulu da buraxılacaq və beləliklə Yerə geri qayıdan tək hissə
İdarəetmə modulu olacaqdı. Sonda məhz bu plan seçilmiş və icra
edilmişdir.

16 iyul 1969-cu il, Saturn V raketi Apollon 11 kosmik g601;misini Ay s601;yah601;tin601; do287;ru yola 231;305;xar305;r.Bütün
planlar arasında Ay orbitində görüşmə planı kosmik vasitənin yalnız
kiçik bir hissəsinin Aya eniməsi səbəbiylə geri qayıtma vasitələri üçün
lazım olan kütləni ən aza endirirdi. Geri qayıdacaq kütlə eniş
mühərriki və eniş vasitələrinin də Ay səthində qalması ilə daha da
azalır.

Layihənin icrası zamanı əldə edilən bir çox müvəffəqiyyətlərə qarşı 2
böyük uğursuzluq yaşanmışdır. Birincisi Apollon 1-in uçuş sınaqları
zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard Higgins Vayt və Rocer
Çaffi) ölümü, ikincisi isə Apollon 13-ün kosmosda partlaması idi. Bu
fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və ekipaj
üzvlərinin səyləri sayəsində avtronavtlara heç nə olmadan sovuşduruldu.

İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon 8-in
Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə fırlanması ilə
atıldı. 3 Mart 1969-cu ildə Apollon 9 vasitəsilə Aya enmə zamanı
istifadə ediləcək Ay modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik
bir tunellə Ay moduluna keçilərək ilk dəfə kosmik gəminin xaricinə
çıxmadan bir kosmik vasitədən digərinə keçid edildi.

Apollon 16-n305;n Ay modulu Ay305;n s601;thind601;.Apollon
Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon 11 reallaşdırdı. 16 iyul
1969-cu il tarixində Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in
içindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də
Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən
saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay
orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım
atan Neyl Armstronq həmin an demişdi: “Bu, insan üçün kiçik bir addım,
bəşəriyyət üçün böyük bir sıçrayışdır”.

14 noyabr 1969-cu ildə göndərilən Apollon 12 sayəsində noyabrın 19-da
Aya ikinci dəfə insan endirmək mümkün oldu. Apollon 13 Aya uçarkən
oksigen balonlarından biri partladı və gəminin böyük hissəsi
parçalandı. Astronavtlar çətinliklə Yerə geri qayıda bildilər. Apollon
15-in astronavtları kosmik vasitə ilə birlikdə aparılan nəqliyyat
vasitəsinin köməyi ilə Ay səthində gəzərək çox sayda nümunə topladılar.
Apollon 16 özü ilə təxminən 100 kq ağırlığında Ay daşı gətirdi. Apollon
17 isə 1972-ci ilin dekabrında Apollon Layihəsi çərçivəsində həyata
keçirilən son Ay səfərini reallaşdırdı.

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    Oluremde NASA proyekti ucun isteyirem UFO sakinleri gelib meni aparsinlar bu acimasiz dunyadan ((

  2. ELIK28 dedi ki:

    cox sagol dowanad