2009-cu il Azərbaycanda nə ilə yadda qalacaq?

Bir il də beləcə sona çatdı. Tarix etibarilə kiçik bu zaman kəsiyində çox hadisələr bir-birini əvəzlədi. Baş verən hadisələr həm yaxşı, həm də pis tərəfləri ilə tarixə qarışdı.

2009-cu ildə Azərbaycanda baş vermiş hadisələrin müfəssəl xronikasını-Ölkə daxilində baş vermiş hadisələrlə yanaşı, Azərbaycan sərhədlərindən kənarda yaşanan, ölkəmizlə bu və ya digər formada əlaqəsi olan hadisələr də diqqətdən kənarda qalmayıb.

Yanvar

06. Nardaranda İsrail əleyhinə nümayiş keçirilib, Buşun və Ehud Olmertin müqəvvaları yandırılıb

09. Nardaranda nümayişlər zamanı kənd ağsaqqallarından biri deputat Sabir Rüstəmxanlını ölümlə təhdid edib

12. Estoniya prezidenti Tomas Hendrik İlves Azərbaycana rəsmi səfərə gəlib

12. Azərbaycan ombudsmanı İsrailin Qəzzaya hücumunu pisləyib

12. Rusiyanın səfiri Vasili İstratov XİN-ə çağırılaraq Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah satması barədə sorğu sual edilib

12. Azərbaycan ekspedisiyası Antarktidanın Vilson zirvəsinə Azərbaycan bayrağını sancıb

13. Azərbaycan müxalifəti konstitusiya islahatına qarşı alyans yaradıb

13. Azərbaycan prezidenti Estoniyalı həmkarını qəbul edib

13. MTN polis mayorunun rəhbərlik etdiyi quldur dəstəsini Gəncədə zərərsizləşdirib

14. Erməni silahlı qüvvələri Ağdam rayonunda cəbhə xəttinə yaxın ərazidə çəkiliş aparan “Lider TV” və “ATV” kanallarının əməkdaşlarını atəşə tutublar

14. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanlıların 60 il əvvəl Ermənistandan qovulmasına dair tarixi sənədləri qurumun qış sessiyasında təqdim edib

14. MONEYVAL-ın Azərbaycan barədə hesabatı açıqlanıb

15. Ermənistan hökuməti Şuşa şəhərinin erməniləşdirilməsi məqsədi ilə 118 000 dollar vəsait ayırıb

16. Rusiyanın xarici işlər naziri Ermənistana silah satılması barədə xəbərləri təkzib edib

16. Bakıda yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb, bina isə tam yararsız vəziyyətə düşüb

16. Nardaranda yenidən İsrail əleyhinə mitinqlər başlayıb

17. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sürixdə görüşüb

17. Prezident İlham Əliyev yeni ildə həmsədrləri ilk dəfə qəbul edib

21. Prezident İlham Əliyev Avropanın xarici əlaqələr üzrə komissarı Benito Ferrero Valdneri qəbul edib

22. Azərbaycan diplomatı Oqtay İsmayılzadə BMT-nin tərksilah üzrə Komissiyası sədrinin müavini seçilib

22. Azərbaycanın Misirdəki səfirliyi 5 Azərbaycan vətəndaşını Qəzza zolağından çıxararaq Bakıya yola salıb

24. Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana bir neçə saatlıq işgüzar səfərə gəlib

26. İsrailin Bakıdakı səfirliyinə qarşı terror hücumunun qarşısı alınıb

27. Hücuma keçmək istəyən Ermənistan ordusunun həmləsi dəf edilib. Cavab atəşi nəticəsində 3 erməni əsgəri öldürülüb, bir-neçəsi yaralanıb. Fakt Ermənistan müdafiə Nazirliyi tərəfindən 3 gün sonra etiraf edilib

28. Azərbaycan və Ermənistan prezidentləri Sürixdə görüşüb

29. Qənirə Paşayeva Qubadakı kütləvi məzarlığa dair sənədləri AŞPA-ya təqdim edib

30. Respublika QİÇS-lə mübarizə Mərkəzinin 2008-ci il üçün hesabatı yayımlanıb. Hesabata əsasən 2008-ci ildlə 46 Azərbaycan vətəndaşı QİÇS-dən vəfat edib

Fevral

02. MTN Bakı-Novorossiysk neft kəmərini partlatmaq istəyən qrupu zərərsizləşdirib

07. Azərbaycan insan hüquqlarına dair milli hesabatı BMT-yə təqdim edib

09. Obamanın seçki kampaniyasının rəhbəri Devid Pluf Bakıya gəlib

09. Prezident “2009-2013-cü illər üzrə insan alverinə dair milli mübarizə Planı”nı təsdiq edib

09. Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycana rəsmi səfərə gəlib

10. Prezident İlham Əliyev Küveytə rəsmi səfərə gedib. Səfər çərçivəsində Küveyt əmiri Şeyx Əhməd əl Sabaha “Heydər Əliyev ordeni”ni təqdim edilib

10. Naxçıvanda “Nuhun tufanı və Naxçıvan” adlı beynəlxalq konfrans keçirilib

11. Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib, Prezident İlham Əliyev Küveytə səfərini yarımçıq qoyaraq vətənə dönüb

12. Venesiya Komissiyası Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb

13. Qoran Lenmarker Azərbaycana səfərə gəlib

13. Bəxtiyar Vahabzadə vəfat edib

16. NATO-nun Azərbaycandakı missiyasını koordinasiya etmək Rumıniyaya həvalə edilib

16. İlham Əliyev Yunanıstana rəsmi səfərə gedib, səfər çərçivəsində 4 sənəd imzalanıb

18. “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri təntənəli mərasimlə açılıb

18. “day.az” və “today.az” saytları bağlanıb

23. Zahid Oruc Xocalı soyqırımı haqqında qanun layihəsini parlamentə təqdim edib

24. “day.az” və “today.az” saytları satılıb.

Mart

02. İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantiko Azərbaycana rəsmi səfərə gəlib

02. Azərbaycan prezidenti ilham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

05. ATƏT-in Minsk qrupu həmsədrlərinin 26 fevral atəşkəsin pozulması haqqında bəyanat verib

08. Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edib, Azərbaycan və İran arasında 7 müqavilə imzalanıb

11. Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərə gəlib

12. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rus həmkarı Sergey Lavrovla görüşüb

12. Kanada Parlamentini Xocalı soyqırımı haqqında bəyanat verib

12. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Xarici işlər naziri Sergey Lavrovu qəbul edib

13. Elmar Məmmədyarov Bolqarıstanın yeni səfirini qəbul edib

18. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Təklif olunan bütün dəyişikliklər qəbul edilib

24. MONEYVAL Azərbaycana dair hesabatını açıqlayıb

25. AŞPA-nın yaz sessiyasında alman parlamentari Kristof Ştrasser Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib

30. MSK referendumun nəticələrini rəsmən açıqlayıb.

(davam edəcək)

BadBoy

Şərhlər:

  1. BadBoy dedi ki:
    Oxumaga Deyer!!!
  2. qeribelik dedi ki:

    EN PİS TARİXİMİZ 30 APREL.COX SAG OL QAQAM.

  3. SuZaN dedi ki:

    coox sag ol canim dostikim…

  4. BadBoy dedi ki:

    Sitat: PLAY_BOY
    BadBoy
    cox saol brat..maraqlidi))

    deymez gagawim!!

    Sitat: qeribelik
    EN PİS TARİXİMİZ 30 APREL.COX SAG OL QAQAM.

    Duzdu!!

    Sitat: SuZaN
    coox sag ol canim dostikim…

    Deymez Canim Baciwkam!!
  5. Leonel-207 dedi ki:

    bunlari oxumusham.yenede cox sag ol!!!

  6. BadBoy dedi ki:

    Sitat: Leonel-207
    bunlari oxumusham.yenede cox sag ol!!!

    Goresen Harda Oxumusan=)))
  7. IzYuMinKa dedi ki:

    BadBoy,
    spasibkiii

  8. Miss_Koroline dedi ki:

    dostik sagol maraqli xeber idi tws

  9. Leonel-207 dedi ki:

    Sitat: BadBoy
    Goresen Harda Oxumusan=)))

    ayri bir saytda oxumusham qaqashim.

  10. BLACK STAR dedi ki:

    BadBoy
    cox saol brat..maraqlidi))

  11. BadBoy dedi ki:
    COX SAG OLUNKI REYLERINIZI BILDIRDIZ!!!
  12. BalaM dedi ki:

    Cox sagol xebere gore sora axira kimi oxuyaram give_rose

  13. BadBoy dedi ki:

    Sitat: Skromnaya
    Cox sagol xebere gore sora axira kimi oxuyuram

    Oke Baciwka!!
  14. Firuze dedi ki:

    Maraqlidir tewekkur…..

  15. Melekcik dedi ki:

    BadBoy,
    4oox sag ol dostik oxudum

  16. BadBoy dedi ki:

    Sitat: Melekcik
    4oox sag ol dostik oxudum

    Cox sag oLKI oXUDUN

    Sitat: Firuze
    Maraqlidir tewekkur…..

    Deymez Dostik!!
  17. PRistupnIK dedi ki:

    sagol xebere gore twkk

  18. BalaM dedi ki:

    oxumagna oxudume amaki bir weyden bawim cixmadi:)) Rossiyada da yawamag bele weydi de:))) Yenede cox sagol xebere gore give_rose

  19. Melekcik dedi ki:

    BadBoy,
    deymez wirin

  20. DaRk_AnGeL dedi ki:

    xebere gore tesekkurler dostik

  21. DaviDoFF dedi ki:

    cox saol meleumata gore..

  22. Miss_Azericka dedi ki:
    cox sagol Ureyim xebere gore