HİCAB GÖZELLİKDİR

HİCAB GÖZELLİKDİR

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər…» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) (əl-Əhzab, 33).
Allah təala deyib: «…Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər…» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər…» (əl-Əhzab, 59).
Allah Rəsulu deyib: “Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.

HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «…Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir…» (əl-Əhzab, 59).
Uca və Xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: «Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur…»
Ardıyca Allah təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: «…Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və bilindir! (ən-Nur, 60).
Beləliklə Allah təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?

HİCAB – TƏMİZLİKDİR

Uca Allah deyib: «…Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olməyın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər …» (əl-Əhzab, 53).
Allah təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyisə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: «…Yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər (əl-Əhzab, 32).

HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.a.v.) deyib: “Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir”. O, həmçinin demişdir: “Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir”.

HİCAB – TƏQVADIR

Uca Allah deyib: «Ey Adəm övladları ! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» (əl-Əraf, 26).

HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki…» (ən-Nur, 31). «…və möminlərin övrətlərinə de ki…» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin (r.a.) yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: “Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.

HİCAB – HƏYADIR

Rəsulullah (s.a.v.) deyib: “Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: “Həya imandandır, iman isə Cənnətdədir…”.
Peyğəmbər (s.a.v.) deyib: “Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: “Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: “Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.

HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli (r.a.) demişdir: “Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏYİN ZİYANLARI
Özünü nümayiş etdirmə Allaha və Onun Rəsuluna (s.a.v.) asi olmaq deməkdir.
Həqiqətən, Allaha və Onun Rəsuluna (s.a.v.) tabe olmayan yalnız özünə zərər vurur, bunun Allaha heç bir ziyanı yoxdur. Rəsulullah (s.a.v.) demişdir: “Mənim bütün ümmətim Cənnətə düşəcək, yalnız bundan imtina edənlərdən başqa”.
Ondan soruşurlar: “Ya Peyğəmbər! Bundan kim imtina edəcək ki?” Allahın Rəsulu (s.a.v.) belə cavab verir: “Kim mənə tabe oldusa Cənnətə düşəcək, kim ki, itaət etmədi- Cəhənnəmlikdir”.

qeribelik

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    cox saol eziz dostik..)))ALLAH senden razi olsun ela alinib.ellerine sagliq

    angel
  2. Leonel-207 dedi ki:

    deyerli melumat ucun cox sag ol!!! yazan ellerin agrimasin!!!

  3. qeribelik dedi ki:

    Leonel-207,
    SİZ SAG OLUN.BEYENMENİZE SEVİNDİM

    MMO,
    BUNU MARAQ UCUN YOX,SEMİMİİ İSTEK UCUN BAGLAMAQ LAZIMDIR.TSKLER

  4. qeribelik dedi ki:

    Avtosh_227,
    COX SAG OL.

    DaviDoFF,
    ALLAH CUMLEMİZDEN RAZI OLSUN.

    PLAY_BOY,
    BUYURUN.BEYENDİYİNİZE SEVİNDİM

  5. Suphenallah dedi ki:

    Bacis Allah razi olsun Allah butun qizlarimiza ici men qarisiq hicab neseib etsin Amin Insallah
    Burdan aciq geyinen qizlarimiza seslenirem Vallah aciq geyinmek kenardan hec de xos gorunmur iffetinizi qoruyun

  6. Black_Boy dedi ki:

    ilk once xanima oz minnetdarligimi bildirmey isteiyrem ki bele bir movzu yerlewdirib sayta. ikincisi ise movzu ile elaqadar deyim ki hicab ne yarawiq ucun ne vid ucun ne de ki kenar oglanlarin xanimlardan xowlanmasi ucun geyinilmir hicab ozunu qorumaq ve yadlardan muhfize anlamindadir hicab sozu o demey deyil ki o soz mehz qadinlara aiddir yox ele deyil o soz butun beweriyyete aiddir ki her bir iwde hicab ile baxmaq lazimdir misal ucun haramdan qorunmaq namehreme baxmamaq ve s. hicab hemde Peygemberimizin bizlere verdiyi bir oyud ve nesihetdir yeni ki bu mvzuda cox dniwmaq olar amma ki helelik bur qeder

    xeber ise super tsk

    Ve birde butun userlere uzumu tutb deyirem ki bir qardaw ve yoldaw kimi xeberlere qisa werhler yazmayin twk sps bele sozler yazmayin movzuya uygun reyler yazin ki yazarda heveslensin heminizdan done done xaiw edirem sag olun

  7. Nika1 dedi ki:

    ALLAH razi olsun bacim senden.Cox maraqli movzu ve bu gunmuze lazim olan movzudur.

  8. memi_ dedi ki:

    allah qismet etsin

  9. elnurr dedi ki:

    cog saglo xebere gore???

  10. qeribelik dedi ki:

    rey bildiren her kese tskler.Allah razı olsun.Amin

  11. MMO dedi ki:

    duzdur,amma buna maraq gorseden azdir,sheytan elini her yere uzadib

  12. Melekcik dedi ki:

    4ox sag ol xebere gore.Allah razi olsun

  13. BadBoy dedi ki:

    Gunel Cox sag Ol Minnetdaram!!

  14. _Aynur_ dedi ki:

    Maraqli movzuya gore,cooox sag ol…Allah senden razi olsun!!!!!

  15. Miss_Koroline dedi ki:

    hmmmm maraqli xeberdir tws

  16. DaviDoFF dedi ki:

    ALLAH razi olsun cox saol xebere gore..

  17. Avtosh_227 dedi ki:

    menim hicaba munasibetim yaxwidir.tewekkurler…

  18. DaRk_AnGeL dedi ki:

    tewekkurler

  19. Eliko dedi ki:

    duzdur hicab qizin yarasigidir,munasibetim yaxsidir… butun qizlarlara yarasir flower

  20. Damla dedi ki:

    sag ol tesekkurler

  21. Jelannaya_013 dedi ki:

    cox twk..maraxli xeberdi ellerine sagliq

    ALLAH razi olsun!

    cox twk..maraxli xeberdi ellerine sagliq

    ALLAH razi olsun!

    cox twk..maraxli xeberdi ellerine sagliq

    ALLAH razi olsun!

  22. МиниК_Сердце dedi ki:

    Cox maraqli applause Allah razi olsun angel