BENZERSIZ MUKAFAT

Dünya şöhrətli saat firmalarından biri vaxtilə yeni modelə məxsus yalnız bir nüsxə saat istehsal etmişdi. Firma öz nadir məhsuluna 100 milyon dollar qiymət qoyaraq onu bu cür reklam etmişdi: “Bu nadir saatı qoluna taxacaq şəxs ondan başqa heç kəsdə belə bir saat olmadığını düşünərək hədsiz sevinəcək. Həqiqətən, bir saatın yalnız sizə məxsus olduğunu bilmək xoş deyilmi?”

Bir qədər dərin düşünsək, Allah-təalanın hər birimizə bu cür nadir və bənzərsiz mükafat verdiyinin şahidi olarıq. Bəli, bəşəriyyətin hər fərdində elə bir xüsusiyyət vardır ki, ondan başqa heç kimdə eynilə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət hər birimiz üçün ilahi mükafatdır.

Həmin mukafatın nədən ibarət olduğunu bilmək üçün səbrsizliklə gözləyirsiniz, deyilmi? Elə isə ovcunuzu açın və barmaqlarınızın ucuna baxın. İnsanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. Həzrət Adəmdən (ə) başlayaraq indiyə kimi gəlib-getmiş, habelə bundan sonra yaşayacaq bütün insanların barmaq izləri müxtəlifdir.

İnsanın bu xüsusiyyəti yalnız ötən əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, bəzi inkişaf etmiş ölkələrdə hər insanın şəxsiyyətini təsdiq etmək üçün nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izləri əsasında tanıma metodu tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edilir.

Əsası isə budur ki, elm tərəfindən XIX əsrdə kəşf olunmuş bu nailiyyət vaxtilə Qurani-Kərimdə elan olunmuşdu. “Qiyamət” surəsinin 3-4-cü ayələrində buyurulur: “Məgər insan elə guman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi yenidən yaratmağa qadirik”.

Ayədən göründüyü kimi, insanın xilqətinin ən çətin mərhələsi kimi barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edilməsi xatırlanır. Heç bir elm buna qadir deyildir. Bu, yalnız uca Yaradana müyəssər olan bir qüdrətin əlamətidir.

girl_from baki

Şərhlər:

  1. BalaM dedi ki:

    girl_from baki tshk Allah razi olsun
  2. reyhan dedi ki:

    saq ol maraqli idi twk

  3. N_E_R_R_G_I_Z dedi ki:

    yazan eller var olsum..
    Allah razi olsun!!!

  4. Leonel-207 dedi ki:

    YAZAN ELLERIN AGRIMASIN DOSTIKKK!!!

  5. girl_from baki dedi ki:

    hamiya tesekkurler reyleriniz ucun

  6. QeMLi AuS(( dedi ki:

    twkler maraqli idi

  7. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerin agrimasin…

  8. DaviDoFF dedi ki:

    maraqlidi cox saol xebere gore..

  9. memi_ dedi ki:

    cox beyendim tewekkur

  10. Jelannaya_013 dedi ki:

    cox twkur xebere gore ALLAH razi olsun…

  11. Crazy dedi ki:

    Cox sag ol menim sirin bacim

  12. nilgun dedi ki:

    wirinimm ALLAH razi olsuunnnn opucuk coooooooxx sagoooooooolllllllll wirin

  13. DaRk_AnGeL dedi ki:

    maraqli xebere gore tewekkurler

  14. _Aynur_ dedi ki:

    Cooooooooox maragli xeberdir,tewekkur baciwim!!!
    Allah senden razi olsun!!!

  15. BLACK STAR dedi ki:

    cox saol canim dostikim)))ellerine sagliq..ALLAH razi olsun..

    applause
  16. BadBoy dedi ki:
    Cox sag Ol Dostik Super bravo applause
  17. BAKINKA_777 dedi ki:

    maraqli idi