Evin Bereketi Nece Azalir

Evin bərəkəti necə azalır




alt

Bir gün Musa əleyhissalam bir
kənddə var-dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir.
Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin söhbət edirlər.



Söhbət əsnasında o deyir:



– Malım-dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah-Təala
var-dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə
bilməyim. Həm də mal-dövlət o qədər çoxdur ki, bunlarla məşğul olmaqdan
qorxuram ibadətə vaxtım çatmaya. Yəni bu var-dövlət mənim Allah-Təalaya
olan şükrümü, ibadətimi azalda bilər. Mənə bir məsləhət verin, neyləyim
ki, dövlətim getdikcə azalsın?



Həzrəti Musa deyir:



– Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə-gəzə ye.



Adam Həzrəti Musanın bu təklifini qəbul edir.



Aradan bir xeyli keçir, yenə Həzrəti Musanın yolu həmin kənddən düşür.
Gəlib həmin adamı tapır. Vəziyyəti soruşur. Adam nə desə yaxşıdır:



– Siz mənə məsləhət verib getdiniz. Mən də siz deyən kimi elədim. Amma
siz gələnə qədər Allah-Təala mənə birə-beş verirdisə, siz gedəndən
sonra birə-on verdi. Sizin məsləhətiniz mənim mal-dövlətimi azaltmadı,
daha da artırdı. Həzrəti Musa deyir:



– Hələ bir göstər görüm, sən necə gəzib, necə yeyirsən?



Adam gedib bir ətəklik gətirir, onu səliqə ilə boynuna bağlayır, sonra
da əlinə çörək alıb yeyə-yeyə gəzməyə başlayır. Ağzının kənarından
düşən qırıntılar ətəkliyin içində toplanırdı. Adam əlindəki çörəyini
yeyib qurtarandan sonra ətəkliyə tökülmüş qırıntıları da ovcu ilə
toplayıb ağzına atır. Bu mənzərəni görən Həzrəti Musa ucadan gülür və
deyir:



– Mən o məsləhəti verəndə düşündüm ki, sən gəzə-gəzə çörək yeyəndə
qırıntılar sağa-sola dağılar və onunla da sənin evinin bərəkəti azalar.
Amma mən hardan düşünəydim ki, sən çörəyin heç tozunu da itkiyə
verməyəcəksən. Evinin bərəkəti də elə bunun üçün artır


Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    coooooox maraqlidi cox twk.
    forgenc

  2. Admin dedi ki:

    Maraqli idi tewekkurler

  3. korennoy_bakinec dedi ki:

    aysel bir az seviyye yaxwi weydide )) wink

  4. AYSANKA dedi ki:

    men bildiyime gore iwde maiw alan kimi en birinci corek alib qoysaz hemiwe evinize bereket geler utancaq