Dj Azər-“Kəpənək sevgilər”

Dj Az601;r-

Köhnə nağıllardan oxuyuruq Leyli-Məcnun sevgisini. Bizə qəribə gəlir sevgidən dəli olub səhralara düşmək. Qeysin dönüb Məcnun olmağı ağlatmır, güldürür bizi. Fərhadın dağ yarmağı, Kərəmin saz çalmağı axmaqlıq gəlir daha. Olmasın Leyli, olmasın Əsli, olmasın Şirin, olsun bir başqası. Nə fərqi var, deyə düşünürük. Günlük sevgilər dəbdədi indi. Səhər tanışlıq, günorta bulvar skamyası, axşam “səni sevirəm”… Kəpənək Sevgilər yaşayırıq, bir günlük. Daha bir gül bəs eləmir, laləzar axtarırıq. Gül, bülbülün nəğmələriylə maraqlanmır, yaşadığı qəfəsə, yediyi yeməyə baxır. Bülbülün fikri, gülün yetişdiyi torpaqda deyil, bağbanın cibindədir…
Daha məktub yolu gözləyən yoxdur. Saatlarla poçt qutusunun qapağını gözləriylə döyən baxışlar tapılmır. Həsrətin ömrü bir telefon zəngi qədər qısadır. Ya da bir mesaj qədər konkret.
Evlilik bəsit və formal bir imzadır. Valideynlərin “halal süd əmmiş gəlin” və ya “pullu kürəkən” istəklərinin məcburi həyata keçirilmə prosesidir. “Filankəs arvad aldı”, “filankəsin qızı ərə getdi” sözlərini duymaq üçün qurulan evcik-evcik oyunu gündəmdədir. Təki elin tənəsindən, söz-söhbətindən uzaq olunsun. Sevmir? Eybi yox, uşaqdır. Öyrənər. Kəpənək sevgi qozasından çıxan kəpənək ailələr…
Hər ay xit olan qəmli mahnıları ilk dəfə metroda gördüyü oğlana hədiyyə etmək, sevməyin ilk atributudur. Yan-yörəsində qız qıtlığına düşüb elanlarda ömür-gün yoldaşı axtarmağın zəmanəsidir. Daha sevdiyini illərlə süründürməyə qorxur qızlar. Birdən evdə qalar. Kimdi daha gecə yarısına qədər pəncərə altında soyuqdan donan? Kimdi bir baxış üçün yüz yağış damlasını udan? Artıq yoldan ötən maşın siqnalı qədər asan olub kəpənək sevgilər…
Namus köhnə nənə sandığında, baba papağında gizlənib. Geyimdə parçaya qənaət arsızlığın limitindədir. Mentalitet, ağızlarda çürüyən çeynənmiş saqqızdı. Podyumlar ət, küçələr qeyrət bazarıdır. İndilərdə hamının azarıdır kəpənək sevgilər…
Daha gözlərdə namuslu baxışlara rast gəlmək olmur. Sevgi, beyinləri alt-üst edən bir neçə saniyəlik şəhvət qədər bəsitləşib. Həyəcandan söz tutmayan, dolaşıb düyün düşən dillər indi hər an yeni bir yalana hamilədir…
Məhəbbət dünyasında üsyan qalxıb. Ehtiras adlı qul zindandan azad olub. Sevgi taxtından düşüb, daha yeri ürəklər deyil… Öz doğma diyarından qovulub. Çətin bir də geri qayıda. O, öz yerini yanıq səslərdə, köhnə nəğmələrdə unutdu. Toz tutan kitab rəflərində, saralmış kinolentlərdə qaldı. Qorxub qaçmadı, məcbur olub tərk etdi. Dözmədi bu qədər alçalmağa, bir günlük yaşanıb yox olmağa. Tab gətirmədi bir gecəlik otel otağında unudulmağa. Mənliyinə sığışdırmadı və tərk etdi bizləri. Yerini bir günlük sevgilərə qoyub getdi.
Cəmi bircə günlük Kəpənək Sevgilərə…

Melekcik

Şərhlər:

  1. BadBoy dedi ki:

    Cox sag Ol Melek Minnetdaram !!!

  2. Jelannaya_013 dedi ki:

    cox twk xebere gore

  3. memi_ dedi ki:

    men raziyam,duz soze ne deyesen?

  4. DaviDoFF dedi ki:

    Melekcik saol xebere gore..

  5. Avtosh_227 dedi ki:

    super.cox sagol…ellerin agrimasni..

  6. Suphenallah dedi ki:

    He men bunun radio versiyasin esitmisem cox sag olun elleriniz derd gormesin

  7. Leonel-207 dedi ki:

    XEBERE GORE COX SAG OL DOSTIKKK!!! ELLERIN DERD GORMESIN!

  8. reyhan dedi ki:

    maraqli idi tesekkur saq ol super xebere gore applause applause applause

  9. Firuze dedi ki:

    sag olun minnetdaram…….

  10. Fa-Bio dedi ki:
    Namus kцhnə nənə sandığında, baba papağında gizlənib. Geyimdə parзaya qənaət arsızlığın limitindədir. Mentalitet, ağızlarda зьrьyən зeynənmiş saqqızdı. Podyumlar ət, kьзələr qeyrət bazarıdır. İndilərdə hamının azarıdır kəpənək sevgilər…

    Qeyretden Namusdan dem vuran oglanin hech oz Namusunda Qeyratinden Xeberi var ki????
  11. _Aynur_ dedi ki:

    Maraqli idi cox sag ol…

  12. Crazy dedi ki:

    ellerin agrimasin superdi

  13. girl_from baki dedi ki:

    coooox sag ol men bunu ele burc.fm den azerin dilinden esitmisem bir daha oxudum cox sag ol

  14. N_E_R_R_G_I_Z dedi ki:

    Melekcik ellerine saqliq twkler super!!!

  15. BadBoy dedi ki:

    Sitat: girl_from baki
    coooox sag ol men bunu ele burc.fm den azerin dilinden esitmisem bir daha oxudum cox sag ol

    Baciwka Reklam Olmaz Saytda gul !
  16. BLACK STAR dedi ki:

    cox saol ee canik..))ellerine sagliq.)))

    heart
  17. girl_from baki dedi ki:

    BadBoy,
    reklamcun demedim, ok olaz olmaz da sorry

  18. BalaM dedi ki:

    Melekcik sagol can give_rose

  19. SuZaN dedi ki:
    yazi super… yazilanlarda da heqiqet coxdu… indi ne sevgi qalib, ne hormet… isinde, heyatinda 1 pille yuxari qalxmaqdan otru, en eziz adamini ayaginin altina nerdivan edenlerin zamanidir… pesmansan kimese salam vermeye… hemen oz dusunduyu yere yozanlarin zamanidir.. indi her seyi qarinlari ucun… sah sohreti ucun… oz cirkin ehtirasi ucun yasayanlarin zamanidir… coox heyifler olsun… cooxx …. indi her shey
    Cəmi bircə gьnlьk Kəpənək Sevgilər kimidir….
  20. DaRk_AnGeL dedi ki:

    elleriniz derd gormesin

  21. BAKINKA_777 dedi ki:

    cox saq ol